Aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı mətbuatda yer almış bu və ya digər mövqelərə münasibətimiz

Mövqe

Kulis.az Eminqueyin dünən vəfat etmiş aktrisa Çimnaz Sultanova haqqında yazısını təqdim edib. Kulis.az-ı izləməsəm də, digər saytlarda indi haqqında bəhs edəcəyimiz yazılarla qarşılaşanda, oxumalı oluram. Belə də…İndiki gənclik bir az çılğındır, həyatı belə görür, gördükləri hüdudlarda da cavab verir.

Eminqueyin adı ilə də birinci dəfə qarşılaşırdım. Elə bildim sayt amerikan yazıçısı Ernest Heminqueyin hansı bir hekayəsini paylaşır. Axı o həm də kiçik hekayələr müəllifidir. Oxuyanda gördüm ki, belə deyiı və internetdə bu imzanı aradım. Sən demə, adı da Akif imiş. Bir-neçə yazısına adda-budda nəzər yetirdim. Yaxşı təhkiyəsi var, fikirləri rabitəlidir, savadlı yazır. Amma təqvim yazısı kimi təsir bağışlayır. Çimnaz Sultanovanın sağlığında bu mövqeyini bildirmiş olsaydı,hə, bu, olardı qələmin “düzü düz, əyrini əyri yazmaq” andına sədaqət. Amma sağlığında tənqid edə bilmədiyin adam və yaxud onun hansısa bir keyfiyyəti, öləndən sonra manşetlərə çıxarılacaqsa, bu, elə təqvimin qopmuş olduğu vərəqlə birgə o tarixdə də qalır. Ölülərə balaca uşağın da gücü çatar…
Bu gün həyatımız elədir ki, keçmiş sovet ideologiyasının ucaltdlğı qalalardan aşa bilməyən xarici təhlükələr indi bu məkanda özləri istədikləri kontingenti formalaşdıra bilir. Yadınızdadırsa, 2017-ci ildə Bakıda cinsi azlıqlara qarşı xüsusi əməliyyat keçirdikləri xüsusi əməliyyatda 100-ə yaxın da şəxs saxlanılmışdı və yaxud 2020-ci ildə feministlərin Bakının mərkəzi küçələrinə hansı əcaib şüarlarla çıxdığı hamımıza məlumdur. Bir vaxt yad kişi görəndə yaşmaqlanan, qayıdıb darvazadan içəri keçən qadın indı podiumlara çıxmaqdan çəkinmir.Yüksək pul qarşılığında erotik səhnələrə çəkilməyə hazırdır. Kommunikasiya texnilogiyalarının əlçatanlığı da bir tərəfdən belə meyilləri tətiklədi. Bu xalqın zamanın gərdişindən şərəflə çıxmış mənəvi dəyərlərinə zərərli meyillər sirayət etdirə bildilər və bu gün də davam etdirirlər. Artıq bu gün həmin bayağı, virusdolu avraopasayaq davranışlar adiləşib və .
Allah cansağlığı versin şairimizə. Nəriman Həsənzadənin “Yox oldu o gülərüz…” adlı 2 bəndlik bir şeiri var:


Yox oldu o gülərüz,
o ağ, bakirə bədən.
Evdə də gizlədərdi
özünü öz ərindən.


Sən həya saxlayırdın, –
arada abır, ismət.
Səni mənim əlimdən
torpaq aldı nəhayət.


Belə idi bizim uluların etik görüşləri, davranış və qadın/ər, ailə münasibətləri. Biz böyüməkdə olan nəslə belə nümunələri təqdim etməliyik. Bu gün mətbu vasitələr, həmçinin televiziya da bu şəkildə, gündəmə gətirdikləri mövzu və məlumatları faydalı şəkildə təfsir edib cəmiyyətə ötürməlidir. Amma belə deyil. Bir çox mətbu və yayım subyektləri reytinq dalınca qaçır. Onların nəyinə lazım “Həmin Zaur”un məktəbli qıza elçi getməsi, Tolik, Elgizin öz verilişlərinə kimləri dəvət etməsi, ictimai məzmun əvəzinə cəmiyyətə nə ötürmələri. Kimin nəyinə lazımdır Bakının küçələrini süpürən qadınlar, kitabxanaçı qadınlar, 30, 40, 50 il birgə ömür sürməkdə olan ağsaqqallar, ağbirçəklər?
Çimnaz Sultanova sənət adamı idi. Dünya praktikasında bu kateqoriya adamların davranışları belədir də.Hələ Çimnaz şükürlüsüdür.


Məşhur amerikan kino aktrisası, müğənni və model. XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından hesab olunan Merilin Monronun həyatı, yəni adi günləri də,dəhnə fəaliyyətidə,heykəl təcəssümü belə olub. Aktrisa 36 yaşında evində ölü tapılıb. Yazılanlara görə, aktrisa 5 avqust 1962-ci ildə 36 yaşında ikən barbituratın həddindən artıq dozası nəticəsində Los-Ancelesdəki evində ölü tapılmışdır. Çimnaz Sultanova isə yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib. Ölüm səbəbləri müxtəlif olsa da, talelər oxşardır. Mən, təbii ki, bunların arasında nə oxşarlıq tapmaq, nə də Çimnaz Sultanovanı Merilin Monro ilə müqayisə etmək istədim. Sadəcə, subyektiv də olsa, öz fikrimi bildirirəm ki, Merilin Monro da, Çimnaz Sultanova da yaddaşlara daha yaxşı formatda qala bilərdilər. Məsələn, mətbuatda Çimnaz Sultanovanın yaradıcılıq yolu, səhnə yaradıcılığı deyil, şəxsi həyatı yer alırdı . Onu paylaşan xəbərçilər kef axtarırlar, təki şou olsun. Tək Kardaşyan yox, bütün bu car məşhurlar hansısa ixtrira etmirlər, maddi nemətlər bolluğunda tər axıtmırlar, “cahan süfrəsinə” töhfə verəcəkləri bir heç nə yox, demək olr ki, əksər mətbu subyektlər önları zorla mənəviyyatımızada, evlərimizə də dürtür. Mətbuat, televiziya məlumat, xəbər paylaşa bilər, amma onun təməl vəzifəsi tərbiyə etmək, maarifləndirmək olmalıdır.
Mətbuatın, telekanalların cəmiyyətə hər zaman təqdim və təqdir etdikləri modellər, rəqqasələr, məşhurların zövcələri nümunə olmamalıdır. Hər kəs şəxsi həyatını azad və sərbəst yaşaya bilər, amma müəyyən ölçüləri tapdalamaqla. Nədən belə can atırsınız hərəsi bir ailənin, bir evin günəşi olacaq qızlarımızın əlinə su tökməyə stajı çatmayanları onların fövqünə qaldırmağa? Gənclərə belələrini ideallaşdırmayın.
Onların aqibəti amandır Merilin Monronun həyatı kimi olmasın.
Mövzudan çox mövzu var. Amma hansl mətbu subyektə üz vursan, balans üstünlüyü onların tərəfindədir. Bu kateqoriya mərbu subyektlər şou sənətçilərini ağbirçək, ağsaqqal statusunda ekspertə, sosioloqa, psixoloqa, kulturoloqa döndəriblər. Özəl kanallarda verilişləri də onların iştirakı ilə aparırlar, cəmiyyətə əriştə kəsməyi onlar öyrədir. Onlar rəy formalaşdırır, çağırışlar edir, bəzən dəekranda, mətbuat səhifələrində hərbə-zorba meydanı kimi gəşt edirlər.
Manaf Ağayev də deyir ki, “Röya ulduzdur, kraliçadır”….. İstəyir ki, kimsə də dedin ki, Manaf da “Toylar kralı”dır. Biz kral sözünün yaratdığı anlayışlarla xarici ölkələr ədəbiyyatında tanış olmuşduq. İndi şou sahəsindəki adamların 86, 93 faizi kraldır, kralıçadır. O gün Elarizin təşəxxüs dolu bir fikrinə rast gəldim. yəni bir məhkəmə şəkişməsində adı hallanan şəxs Elarizin kürəkənidir. Böyük həcmdə puldan söhbət gedir. Guya 3 sahibkarın 4 milyondan artıq vəsaitini ələkeçirənlərdən biri də onun kürəkəni imiş. Allah heç kim belə vəziyyətlərə salmasın. Bunun hüquqi qiymətləndirilməsi bizim ədliyyə orqanlarının işidir. Mən , sadəcə, Elarizin fikrinə münasibət bildirmək istəyirəm. O deyir ki, “niyə həmin sahibkarlardan soruşmurlar ki, bu qədər pulu hardan əldə edib? Mən Elariz Məmmədoğlu neçə ildir məşhur müğənni statusundayam, amma bu qədər vəsaiti təsəvvür edə bilmirəm”. Sözə baxın, özünü illərin məşhur müğənnisi hesab edir. Amma bugün Anatollu Qəniyevin, Yağub Məmmədov, Qulu Əsgərov adları nadir hallarda çəkilir: elə bil onlar heç bu dünyaya gəlməyiblər…
İzzət özünü İbrahim Tatlısəsə bənzədir. Biri deyir ki, Fədayə Zeynəb Xanlarovadan yaxşı oxuyur və sair…


40-50 il bundan əvvəl “Araz” radiosunu bərpa etsinlər, bu müğənnilər heç yada düşməz. Lap hətta titulluları da. Bu müğənniləri çox sərbəst buraxıblar.
Onları belə şahə qaldıran da bir çox mətbu vasitələr və özəl televiziya kanallarıdır. Sanki hədəfləri təkcə təmsil etdiyi quruma reytinq qazandırıb özləri də qazanmaqdır.
Çimnaz Sultanovanın vəfatı xəbəri yayılandan sonra ilk fikir bildirən və yaxud Çimnaz Sultanova barəsində danışması istənilən Əli Mirəliyev , Manaf Ağayev, Elxan Yunisoldu. Elxan Yunisi başa düşdük, Əməkdar artistdir, mərhum Çimnaz xanımın tərəf müqabili olub. Bəs mətbuat niyə Əli Mirəliyeni mütləq mövzuya qoşmalıdır?! Elə ilk səsi çıxanlardan biri Əli Mirəliyev oldu.
Biz görmüşük ki, 40-50 il bundan əvvəl kişilər qadınlsrls dalamlaşmğa, hal-əhval tutmağa cürət etməyiblər, utanıblar. Amma Əli Mirəliyev elə şəhadət verir ki, sanki bunlar ikisi də kişi imiş və yaxud əksinə.


“Mən onun xəstəliyini əvvəldən bilirdim. Noyabrın sonu, dekabrın əvvəlində nəvəm üçün toy etdim. Bütün dostlarımı, yaxınlarımı toya dəvət etdim, o cümlədən, Çimnaza da bu münasibətlə zəng etdim. Mənə dedi ki, atam xəstələnib Türkiyəyə gətirmişəm. Atasına nə olduğunu soruşdum. Cavabı o oldu ki, həkimlər baxacaq. Dedim ki, atanı bəhanə edib özün üçün getmisənsə, bunu mənə bildir, mən seyidəm, cəddim sənə kömək olar. İsrarla dedi ki, yox, atamı gətirmişəm. Xərçəng elə xəstəlikdir ki, adamı 5-10 günə öldürmür. Uzunmüddətli müalicə tələb edir. Aylarla həkimə getməli olursan”.
Müğənni aktrisa ilə dostluq əlaqələrinin olduğunu da vurğulayıb:
“Mən xəbəri eşidəndən sonra zəng etdim, telefonu götürən olmadı. Atası fağır kişidir. Çimnazı bir insan kimi çox istəyirdim. Bir Roza Zərgərlini, bir də onun yeri mənim üçün çox ayrıdır. Onda əsl xanım-xatın görünüşü var idi. Keçmişdə rus qadınlarını fırça ilə çəkib təsvir edirdilər. Həmin o əndam, boy-buxuna sahib qadın idi Çimnaz… Biri var, estetiklə dartıb düzəldilənlər, biri də var təbii gözəllik. Bax, onun gözəlliyi təbii idi. Allah onu tez apardı. Qəni-qəni rəhmət olsun. O, ölümə layiq biri deyildi” (Bax: https://bizimlider.az/article/3016) . Elə Əli Mirəliyevin bu kiçik açıqlamasında mövqeyinindoğru olmadığı öz sözləri ilə təsdiq olunur: “Çimnazı bir insan kimi çox istəyirdim. Bir Roza Zərgərlini, bir də onun yeri mənim üçün çox ayrıdır. Onda əsl xanım-xatın görünüşü var idi. Keçmişdə rus qadınlarını fırça ilə çəkib təsvir edirdilər. Həmin o əndam, boy-buxuna sahib qadın idi Çimnaz… Biri var, estetiklə dartıb düzəldilənlər, biri də var təbii gözəllik. Bax, onun gözəlliyi təbii idi… ”
“Xanım-xatın” qadın sözü hörmət və şərəf üçün qadınlara verilən qiymətdir. Bir az açıq-saçıq geyinib diqqəti cəlb etmək xanım-xatın deyil, sadəcə, nisbi mənada gözəldirlər.
Mətbuat gərək yanlış mövqeləri onu söyləyənlərlə birgə abıra salsın, rəndələsin. Amma diqqət etsək, bu gün əksər mətbu vasitələrdə tribunları belə etik görüşləri onlara verirlər. Məsələn, bir neçə il əvvəl internetdə qadın obrazını təhrif edərək bəh-bəhlə“Fərda Amin Çimnazla yataqda” anonsu paylaşırdı.

Nə demək, nə etmək istəyirlər bununla. Fərdaa Aminnə vaxtdan yol müəyyələşdirən olub ki, o niyə aktyor olsun ki. Belə layihələrin sənətlə, estetikailə heç bir əlaqəsi yoxdur. Fərdanın 46 yaşı var, rəhmətlik Fazil Salayevin də 46 yaşı var idi. Fazil Salyev 30 yaxın filmə çəkilib, hamısı da epizodik rol olub,amma milli kinomuza bənzərsiz kolorit doldurub gedib Fazil Salayev.
Eləcə dədigər bir çox yazılarda mətbu subyektlər informasiyanı ancaq yazı xatirinə səhifələrinə çıxarırlar. Unutmaq olmaz ki, belə yazılar pis meyilləə stimul veri, yol açır, ictimai qınağa uyğunlaşdırır. Məsələn, indi haqqında bəhs edəcyim yazıya bir neçə saytda rast gəlmişəm.Həmin yazılarda bildirilir ki, 3 yaşlı dünyaşöhrətli model İrina Şeyk qızı Leya de Syen Şeyk Kuper ilə Nyu-York küçələrində gəzərkən paparassilərin obyektivinə tuş gəlib. Sonra bildirlir ki, İrina 44 yaşlı keçmiş əri Bredli Kuper qızını çox sevirmiş və onu tez-tez görə bilmək üçün yaşayış yerini Nyu-Yorka dəyişib.Köhnə sevgililər Leyanı birlikdə böyüdür, növbə ilə onunla vaxt keçirirlər.
Bu da evliliyin başqa eybəcər formatda yeni növü.
Bizim həyatda da bu gün belə oxşarlıqlar istənilən qədərdir. Bir balaca narazılıqlardan və yaxud xətalardan evliliklər sonuclanır… Ata tez-tez, yaxud arzu edəndə Bredli Kuper kimi gəlib övladına baş çəkir, ya da onu öz evinə aparır. Amma əvvəllr belə ola bilməzdi.Əksinə, bir ailədə uşaq varsa, bu uşaqlar tərəflər arasındakl bağlılığı qopmağa qoymurdular. Mətbuat, televiziya insanların xoşbəxtliyinə, pisliklərdən uzaq olmasına, içlərinə nəciblikləri doldurmağa vəsilə ola bilmirsə, apar qaytar.
XIX əsrin məşhur alman şairi və jurnalisti Henrix Heyne necə yazmışdır? Yamışdır ki, biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır.
Hesab edirəm, dəyərləri aşındığı indiki vaxtda biz bu qalalarımıan möhkəmliyi barədə düşünməliyik.