Əfsanə və rəvayətlər

Yaşlı bir ata varmış, onun da gözünün ağı-qarası bir oğlu varmış. Ömür-gün yoldaşı çoxdan rəhmətə getsə də, evlənməmiş, bütün mehrini oğluna salmışdı. Oğul da atasını. Bir sözünü iki etməzdi, bir arzusunu diqqətdən qaçırmazdı.


Bir gün atasını könlünə quzu ətindən kabab düşür və oğlu bunu bilincə atasını maşınına əyləşdirib təbiətin qoynundakı kabaxanaya aparır.
Atası bir neçə dəfə kababı ağzına aparmaq istəsə də, əlləri əsdiyindən tikələr əlləri titrədiyindən üstünə düşürmüş. Bu mənzərəni ətrafdakı insanlar da seyr edirmiş. Oğul atasının gözlərindən öpərək heç nə olmayıbmış kimi kababı xırda-xırda parçalara bölür və öz əli ilə atasına yedirir, ta sona kimi. Sonda da çox səbirlə atasının üstünü təmizləyib. Atası qəhərləndiyindən gözləri yaşla dolubmuş.Oğlu atasının yerə düşmüş eynəyini götürüb silmiş və yerinə taxmış. Sonra da atasının qoluna girib evə qayıtmaq üçün maşınına aparmağa hazırlaşmış. İçəridə olan insanlar əvvəlcə onları acıqlı baxışlarla izləyirdisə, indi hamı heyrətlə bu mənzərəyə diqqət kəsilibmiş . Oğul atasının qolundan tutub əyləşdikləri yerdən uzaqlaşmaq istəyəndə arxadan “ay oğul, bir dayan” sözlərini eşitmiş. Çevrilib baxanda onlara ən yaxın əyləşmiş, atası qədər olmasa da, nurani bir kişi ona doğru addım atmış:
-Övladım burada nə isə bir şey unutmadığına əminsənmi?
– Bəli, ağsaqqal, heç nə unutmamışam.
Yaşlı kisi cavabında:
-Yox, bala, yanılırsan. Sənin burada qoyduğun cox dəyərlidir, demişdir.
Cavan oğlan təəccüblə “nə qoymusam ki?” deyə soruşanda həmin yaşlı kişi demiş:
-Sən burada hər bir övlad üçün həyat, insanlıq, övladlıq dərsi və hər bir ata üçün bir ümid nümunəsi qoyub gedirsən.
Ətrafda kim vardısa, sən onlara dərs keçdin, sanki hər kəs indiyə kimi etdiyi soyuqluq və diqqətsizliyə görə utanc duyurdu sanki. Unutmusdular onlar hər zaman atalarına sıgındıqlarını.
Hamı etdiklərinə, düşündüklərinə görə utanırdı…


Olsun ki, çoxları hər çətin anında atalarına sığındıqlarını unudublar:
– Ata! Mən bunu istəyirəm.
– Ata! Mənə bunu al.
– Ata! Mən bu məktəbdə, bu universitetdə oxumaq istəyirəm, bu qədər təhsil haqqı tələb olunur.
– Ata! Mənə məktəb xərcləri üçün bu qədər pul lazımdır.
– Ata! Mən filan şəhəri gəzmək istəyirəm, pul ver.
– Ata! Ad günümə nə almısan?
– Ata!…
– Ata!…
Amma sanki heç vaxt demirdilər:
– Sən mənimləsən, ata, mənim üçün hər şey dəyər və kifayətdir!…
– Mənim atam! Səninlə olmaq mənim üçün bir dünyadır…
Həmişə sahib olmaq istədiklərimizdən gileylənirdik, yoxluğumuzu danlayır, şikayətlənirdik…
Amma bəlkə də ondan heç vaxt soruşmamışıq:
– Ata! Məndən bir xahişin var?
Bir çoxumuza uşaqlığımızda “Atanı sevirsən, yoxsa ananı?” deyə soruşmuşlar.
Əvvəlcə “hər ikisi” idi. Bir az israrla desək də, utanıb darıxırıq və alçaq səslə demişik: “Anamı”. Buna baxmayaraq, ata içindəki ağrıları bizə hiss etdirmədən gülümsəyib. Amma bir gün o, sizdən uzaqlaşarsa, o zaman ailə üzvlərinizin yaxşı yaşaması üçün atanızın hansı çətinliklərdən keçdiyinizi anlayacaqsınız.
Dua:
“Allahım, övladlarımdan razıyam, Allah onlardan razı olsun… RABBİM hər kəsə atasına, qardaşına, qohumuna, qonşusuna, heç kimin qayğısına qalan, xeyirxah övlad nəsib etsin. vətən, millət və hər kəs”.

Mənbə: İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!