Nostalji

Eşqsiz yaşayan donuq bir insan
İçini qurd yemiş boş bir ağacdır.
Əsrlər dolanır, dəyişir zaman,
Məhəbbət əbədi bir ehtiyacdır.
Səməd Vurğun
Novruz bayramlarında toy əhdi, toy tədarükü olan bütün ailələrdə hər bir qızımızın xonça payı var. Dua edirik ki, oğul evləndirən, qız köçürən bütün ailələrimizdə süfrələrə Novruz xonçaları düzülsün. Bu müqəddəs bayramımızda istəyirik ki, bizə Sülh, Qarabağ qüruru bəxş etmiş , indi də onun keşiyində dayanmış cahangirləri— qəhrəman əsgər və zabitlərimizi hamımılıqla məxsusi olaraq təbrik edək. Subay əsgər və zabitlərimiz üçün arzu edək ki, bir gün də toy şənliklərinin sədalarını eşidək. Onlar hər zaman dualarımızdadırlar. Heç birinin başından bir tük belə, əskik olmasın. Xidmətlərini əsl qəhrəmanlar kimi sağ-salamat başa vurub, sağ-salamat da əzizlərinə qovuşsunlar. Baçıları, bibiləri, xalaları nişanlılarına Novruz xonçası aparsınlar. Allah xeyirli qismət etsin…









