DİM yazıçıları, müəllimləri və elm adamlarını Azərbaycan dili üzrə sertifikasiya imtahanı verməyə dəvət edir, bəs başqaları ?

Müzakirə

Gözəl nəşr olunmuş boş kitabı görmək, boş bir insanın həyatın bütün maddi nemətlərindən zövq aldığını görmək qədər xoşagəlməzdir. V.Q.Belinski

Ana dilimiz üçün ciddi aşınma təsiri göstərən mənbələr şırasında bəzi nəşriyyatlarımızda çap edilən kitabların və şou proqramlarında səsləndirilən mahnıların mətnlərini də qeyd etməməyə bilmərik.


Yadınızdadırsa, 2018-ci ildə Fövqəladə Hallar Nazirliyinin Əbülfəz Kazımov adlı polkovnik-leytenantı ciddi hay-küyə səbəb olmuş bir kitab yazmışdı, adı da “Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi”. Elə ilk baxışda kitabın adı da özü dil qüsuru kimi diqqətə gəlir. Kitabın yazanın, üzərində işləyənlərin dilimizə bələdliyi yoxdur, bəs nəşriyyatların?!
Polkovnik kişi-qadın münasibətlərini, cinsi həyat haqqında seksual fantaziyaları texniki dərs vəsaitinə elə pərçim etmişdi ki, oxuyanlar şoka düşmüşdülər ki, daxili yanma mühərrikləri hara, seksual fantaziyalar hara.


Bir dəfə kitab mağazasından 2009-cu ildə nəşr edilmiş “Qəribə kəndin nağılı” hekayə kitabını almışdım. Onu özüm nəvəmdən qabaq oxumuş və nəvəmə verməkdən vaz keçmişdim. Səbəb bu olmuşdu ki, kitabdakı “…Ayğır at istəyirlər. Amma ayğıra şərait yaratmırlar ki, madyanın yanında başıaşağı olmasın…” cümlələrini nəvəmin oxumasını istəməmişdim.
Aygün Balın müəllifi olduğu “Qaz ilə göyərçinin əhvalatı” kitabı da işıq üzü görən kimi ciddi iradlara rast gəlmişdi və sair.

Biz ideologiyamızı da, dəyərləri də korporativ maraqlara çoxdan təslim etmişik. Televiziyamız belə, qəzetlərimiz belə, nəşriyyatlarımız belə.Tutaq ki, hər hansı yazıda ideoloji qüsurlar var, müəllif onu dərk edə bilmir, bəlkə özünü haqlı hesab edir.Bəs cəmiyyətin maraqları? Nəşriyyat onun qarşısını ala bilməzmi? Amma indi kim istəsə, kitab çıxara bilir, kim istəsə çap fəaliyyəti ilə məşğul ola bilir. Onda ideoloji qayğılarımıla bərabər, dil qayğılarımız da artır, təhlükəli həddə çatır. Cəmiyyətin hədəfi bir olsa, ciddi nizam-intizam olsa, bunların heç biri ola bilməz. Amma davam edir məsuliyyətsizliklər, laqeydliklər. Hər bir təşkilatın rəhbəri öz təşkilatında vətənpərvərlik edib Ana dilimizin dövlət dili kimi statusuna məsuliyyət formalaşdıra bilsə, onda heç bir sertifikasiya imtahanı yada da düşməz.
Bizim gənclik illərinin sevilən müğənnilərindən biri də Azad Zamanov idi. Bu yaxınlarda telelkanalların birində söhbətizamanı dedi ki, “on milyonluq xalqın bir milyonu müğənnidir”. Çox haqlı iraddır. Bizim musiqi mədəniyyətimiz çox zəngindir. Necə böyük sənətkarlarımız var. Onlar az qala unudulub, həmin diringi oxuyanlar ekranlardan, manşetlərdən əskik olmur. Hələ onların bir neçəsi də fəxri adlara layiq görülüb. Ona görə də 2- dəfə Zaurun verilişində özünü reklam etdirmiş, 1-2 özfəaliyyət tədbirinə dəvət almış belə diringi oxuyanlar çox keçmir ki, ad davası edir. Belələri daha çox toylarda məşhurlaşırlar. Onları hamı da elə toy müğənnisi kimi tanıyır.
Bizim çox məşhur müğənnilərimiz var ki, onlar həmişə toy məclislərinin onların yetişməsində böyük rolu olduğunu etiraf etmişlər.Əslində, bunlar toy məclislərinə getməsəydilər də, sənət üçün doğulmuşlar. Amma toy müğənniləri sənət üçün doğulmayıblar. Onlar bir az fonoqramla oxuyurlar, bir az digər səs aparatlarının texniki dəstəyi köməklərinə çatır, bir az duet tərəfdaşının ifadakı yeri effekt yaradır, bir az da şərabın gətirdiyi xumarlıq dinləyənləri düşünməkdən uzaqlaşdırır, ancaq ayaqlara fəallıq gətirir.
Bir neçə gün öncə belə müğənnilərdən biri özəl kanalların birində oxudu. Onsuz da özəl kanallar bu müğənnilərin ixtiyarına verilib. Amma qoca-qoca oxuyanları çıxardıb nə əyləncə şousudur bu? Hacıbaba Hüseynovdur, Əlibaba Məmmədovdur, Arif Babayevdir onlar?
Uzeyir Mehdizadənin mahnılarından bəzilərinin adını qeyd edim: “Ata məni də evləndir”, “O, mənim olmalıdır”, “Cavanlıq əla şeydir”, “Oyana gedir bu yana gedir”, “Səxsən onun acıgına”, “Simpatişni oglanam”,” Vəziyyətim əladır mənim”, “Rəvayət”, “Dost həmin o qız mənim”, “Sürünü –sürünə”, “Sənə Ne”, “Kəsəcəm damarları” və sair, və ilaxır (Qeyd: Mahnı adlarını mənbəsində olduğu kimi yazdım).


Murad Arifin bir vaxtlar gözəl verilişlər aparırdı. Bu xalqın çox dəyərli sənət adamlarını bu verilişləri vasitəsilə xalqa təqdim edirdi.Sonra şouya keçdi. Mən öz subyektiv fikrimi deyirəm: ola bilsin ki, maddi baxımdan irəli düşüb, amma bu qədər rəğbəti itirdi. İndi şair olub, bəstəkar olub. Murad Arifin sözlərinə özünün də bəstələdiyi və ifa etdiyi mahnılardan üçünü təqdim edirik. Mahnı mətnləri internetdə necədir, olduğu kimi də götürüb yazımıza əlavə edirik :

Dondurma
Ayrılıqlarına immunitet yaranıb
Dözümüm daha vardır sənə
Səbəb olmasa da bir bəhanə tapıb
Yollanırsan atanın evinə
Çamadanları toplamısan
Yenə taksini çağırmısan
Didərək, üzərək, qanımı içərək
Mənə yenə qayıdırsan

[Nəqərat]
Başqa günəşlərdə əriyirsən, çox səbəb axtarma
Başqa adamlara tez inanırsan, beynimi qızdırma
Başqalaşıb mənə naz-qoz atırsan, eşqimi dondurma
Tərk edəcəksən, tək yeyəcəksən buz kimi dondurma

Bədənimə dol

Mənə bir ümid ver,
Min əzaba dözərəm.
Nəfəsini duysam,
Külək olub əsərəm.

Yer üzünü gəzərəm,
Səni tapa bilərəm,
Gözlərimi yumaram,
Ugrunda ölərəm, yar.

Gəl yenə həyatıma Günəsim ol!
Sevgimə nur sac, bədənimə dol.
Yalvarıram mən, axtarıram mən,
Varmı o qəlbinə yol …?

Anlaya bilsən nə olar ki, mələyim,
Yalniz səni istər sevgi dolu urəyim.
Olmasan da köməyim, sənsən mənim gərəyim,

Həsrətin bogur məni, söylə, indi neyləyim, yar.

Gəl yenə həyatıma Günəsim ol!
Sevgimə nur sac, bədənimə dol.
Yalvarıram mən, axtarıram mən,
Varmı o qəlbinə yol …?

Gedək oppalara
Gedək oppalara!
Oppa-oppa
Oppa-oppa, oppalara

[Bənd 1: Murad Arif]
Soyuq havalar qanımızı içdi, üşüyüb donduq, aman!
Bu soyuqdan qaçmaq üçünsə 2 bilet almalıyam
Ah, günəşsiz həyat çətindir, istiyə tərəfdaram!
Mənlə gəlməlisən, tələbimdir, ölümünə inadkaram

[Keçid: Murad Arif]
Çox düşünmə, gəl bir qərara
Tərəddüdləri fırlat kənara
Səndən əl çəkən deyiləm, bilirsən, zəliyəm!
Düş, səni gözləyirəm!

[Nəqərat: Murad Arif]
Gedək oppalara
Buralardan uzağa
Düş, gedək oppalara
Mən hara, sən də ora

[Bənd 2: Ramil Nabran]
Avokado, kivi, papaya, ananas, manqo!
Hovuz kənarında rumba, tanqo, mambo!
Bir az da can qoy, yaxın ol, duy hissi!
Düş, naz eləmə, qız, dünya gözləyir bizi!
İzimizi bilməyən naməlum adalar
İkimizi gizlətsin kölgədə palmalar
Dalğalar lal olar bizim tet-a-tetdən
Yakamozu seyr edək kabrioletdən
See upcoming pop shows
Get tickets for your favorite artists

[Bənd 3: Murad Arif]
İkimiz bir yerdə olanda ürəyimə bal yaxılır
Sən qaranlıqlarda işıqsan, sənsiz ürək darıxır
Qırmızı Günəş, sapsarı qumlar ayağını yandıracaq
Dumduru dəniz, buz kimi şirələr, bu yay bizim olacaq

[Keçid: Murad Arif]
Çox düşünmə, gəl bir qərara
Tərəddüdləri firlat kənara
Səndən əl çəkən deyiləm, bilirsən, zəliyəm
Düş, səni gözləyirəm

[Nəqərat: Murad Arif]
Gedək oppalara
Buralardan uzağa
Düş, gedək oppalara
Mən hara, sən də ora

[Bənd 4: Ramil Nabran]
Durma, durma, boynunu burma, gəl mənimlə rəqs elə
Meydan dağılır – Tappatarap!
Hamının fikri səndə, məndə, önümə gəl də, məst elə
Meydan dağılır – Tappatarap!
Dadın damaqda, belə tamahla çək yanına, cəzb elə
Meydan dağılır – Tappatarap!
Hər ikimizə, bəxtimizə, sevgimizə verilib viza
Hamı bir yerdə!

[Nəqərat: Murad Arif]
Gedək oppalara
Buralardan uzağa
Düş, gedək oppalara
Mən hara, sən də ora

Gedək oppalara
Buralardan uzağa
Düş, gedək oppalara
Mən hara, sən də ora

Gedək oppalara
Buralardan uzağa
Düş, gedək oppalara
Mən hara, sən də ora

Əlbəttə, zəif şeirlərdir. Heç şeir də deyil, söz yığınıdır. Mətndə çoxlu orfoqrafik səhvlər var. Bundan keçərik, amma belə zəif mətnləri musiqi əsəri kimi təqdim etmək, Murad Arifi bəstəkar kimi təqdim etmək nə demək. Bəstəkarlar İttifaqımız fəaliyyətini dayandırıbmı? Bu cür cılız mahnıların belə hay-küylə təqdim edilməsi bağışlanılmazdır. Bax, sertifikasiya ilə idarə və qurumların bu cür laqeydliyini, diqqətsizliyini arasınlar.Yox, müəllimlər, yazıçılar dil imtahanı verəcək, Murad Arif bu cür diringilərini Heydər Əliyev adına Sarayda heç bir əyər-əsiyi yoxmuş kimi şəstlə oxuyacaq.
Bu cür mahnılardan əxz ediləsi heç nə yox. Yəni, bu qədər dərəbəylikdir ki, hər cızma-qara, hər diringi sənət nümunəsi kimi təbliğ və təqdir edilir, heç kəs də səsini çıxartmır.

Davamı var…