Tarixdə bu gün

İlin 121-ci (uzun illərdə 122-ci) günü.
Mühüm hadisələr:
1804 – Parisin məşhur “Per-Laşez” qəbiristanlığı salınıb. Bu qəbiristanlıqda uyuyanlar arasında azərbaycanlılar da var.
1805 – Şəki xanlığının Rusiyaya birləşdirilməsi haqqında müqavilə imzalanıb.
1904 – 7 Avropa dövləti Parisdə FİFA-nı təsis edib.
1921 – Sovet dissidenti, hidrogen bombasının müəllifi Andrey Saxarov anadan olub.
1991 – Hindistanın baş naziri Raciv Qandi gül dəstəsinin içinə yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub.
1996 – Azərbaycan Respublikası Şri-Lanka ilə diplomatik əlaqələr qurub
2004 – Azərbaycan Respublikası Malavi ilə diplomatik əlaqələr qurub.
2004 – Sumqayıt və Bari şəhərləri (İtaliya) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Niyyət Protokolu imzalanıb.
Doğum günləri:

1901 — Görkəmli Azərbaycan terapevti, kardioloq, Azərbaycan SSR EA akademiki , Əməkdar elm xadimi Cahangir Məmməd oğlu Abdullayev Gəncə şəhərində anadan olmuşdur.
Gəncədə klassik gimnaziyada təhsil almış, 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir.
C.Abdullayev 1936-cı ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmiş, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülmüşdür. C.Abdullayev 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.
C.M.Abdullayev kardiologiya sahəsi üzrə beynəlxalq aləmdə tanınmış görkəmli elm xadimlərindən olmuşdur. Onun elmi fəaliyyəti, əsasən, diyar patologiyası, hematologiya, ateroskleroz xəstəliklərinin, ürək-damar sistemi patologiyasının etiologiyası, patogenezi, klinikası, profilaktika və müalicəsi, eləcə də neft sənayesi işçilərində peşə xəstəlikləri probleminin, neft karbohidrogenlərinin ürək-damar sisteminə və qanın laxtalanmasına göstərdiyi təsirlərin öyrənilməsi,ürəyin işemik xəstəliyinin etiologiyası, patogenezi, klinikası, diaqnostikası, müasir müalicə və profilaktika üsullarının araşdırılmasına həsr edilmişdir.
Alim həmçinin strofantinin damargenişləndirmə təsirini müəyyənləşdirmiş, miokard infarktı xəstəliyinin müalicəsində ondan geniş istifadə etmişdir.
C.M.Abdullayev 150-dən artıq elmi işin, o cümlədən 10 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi və həmmüəllifi olmuşdur.
Alim milli kadrlardan ibarət olan 13 nəfər elmlər doktoru, 47 nəfər elmlər namizədi hazırlanmışdır.
C.Abdullayev 4 yanvar 1973-cü ildə Bakıda vəfat etmişdir.
1910 – Azərbaycan Respublikasının Xalq artisti Sürəyya xanım Şəmsəddin Mirzə qızı Şuşa şəhərində anadan olmuşdu.
1927 ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi.
1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, Ü. Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib”, Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir.
1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968 ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdir. Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdur.
Sürəyya xanım Qacar 1992-ci ildə vəfat edib.
Cidmətləri 2 “Şərəf nişanı” ordeni ilə qiymətləndirilmişdir.

1928 — Azərbaycan boyakarı, Əməkdar rəssam Tələt Ağalar oğlu Şəxəliyev Masallı rayonunun Digah kəndində anadan olmuşdur. O, Talışxanovlar nəslinin nümayəndəsidir. 1951-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, daha sonra isə təhsilini 1961-ci ildən Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişdir.
1962-ci ildən artıq əsərləri respublika və xarici sərgilərdə nümayiş olunan Tələt Şıxəliyev “Abşeron məktəbi” kimi tanınan istedadlı gənc rəssamlardan ibarət “Abşeron qrupu”nun ən istedadlı üzvlərindən birinə çevrilmişdi.
İlk fərdi sərgisi 1976-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir. Rəssam palitrasında qızılı sarı və dinamik yaxmalardan (mazok) daha çox istifadə etmişdir.
Yaradıclığında daha çox portret janrına müraciət edən rəssamın hər bir obrazı fərdi xüsusiyyəti, həyata baxışı, əhval-ruhiyyəsi ilə seçilir. Bu baxımdan O. Babiçevanın portreti, M. Bayraməlibəyovanın portreti, “Ailə” və s. əsərləri onun yaradıcılığı üçün xarekterikdir.
Uşaq mövzusu rəsssamın yaradıcılığında xüsusi yer tutur. “Oğlumun portreti”, “Gənc rəssam”, “Qızım yatarkən”, “Uşaq və pişik” kimi tabloları uşaq psixologiyasını, onların nağıl dünyasını, istək və arzularını rənglərin sehirli dili ilə açmağa çalışan həssas rəssam qəlbinin ifadəsidir.
Əsərləri respublika və bir çox xarici ölkə muzey və qalereyaların fondunda, şəxsi kolleksiyalarda yer almışdır.
1929 — Azərbaycanın Əməkdar jurnalisti Sona Bağırova Bakının Bülbülə qəsəbəsində anadan olmuşdu.
1952ci ildə Bakı Dövlet Universitetinin jurnalistika fakultəsini bitirmişdir. Həmin ildən 40 il Azerbayjan qəncləri qazetində işləmişdir. 90 ci illərdə “Açıq söz”,”Bakı post”,”Nəbz”qazertlərinin əməkdaşı olmuşdu.
Sona Bağırovanın yazdığı məgalələr əsasən gənc nəslin təlim-tərbiyəsinə , xalqı narahat edən problemlərə, gənclərin vətənpərvərlik, torpağa bağlılıg ruhunda boyümələrinə həsr olunub. Sona Bağırova odlu alovlu dövrində, Qarabağ torpağını, garış garış gəzib, jurnalist borcunu, ilk novbəətə isə öz vətəndaşlığ borcunu yerinə yetirib.
60 yaşın içində olanda Sona xanımın sorağı Şuşadan, Xankəndindən, Laçından, Qubadlıdan, Əskərandan gəlirdi. Həmin dovrdə, respublika mətbuatında dərc etdiyi, siyasi publisistik yazıları boyük tə‘sir gücünə və səfərbəredici güvvəyə malik idi. Doyüş bölgələrinə tez-tez ezamiyyətə getmək onun kişi qeyrətindən irəli gəlirdi.
O, daim odlu noktələrə, cəbhə xəttinə, birdə yurdundan didərgin salınmış insanların yanına can atırdı.
Sona xanım Azərbaycanı, Azərbaycan xalqını boyuk məhəbbətlə sevir, ona daim gulluq etməyə özü üçün borc sayırdı. Həyatın son illərində, səhhəti imkan verməsə də qələmnən ayrıla bilmirdi, yazıb-yaradırdı.
Sona Bağirova 2001-ci il mayın 10-da vəfat etmişdir.
1936— Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü işləmiş Tofiq İsmayıl oğlu Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub.
1958-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik, 1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Tofiq Hacıyevin “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999) və çoxlu sayda digər kitabları elə sağlığında işıq üzü görmüşdür.
1936 — Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Xanəhməd oğlu Paşayev Ağdam rayonunun Əhmədavar kəndində doğulmuşdur.
Orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisi idi 1988-ci illərdə Qarabağda vəziyyət pisləşəndən, Əli və Bəxtiyar qətlə yetiriləndən sonra Baxşeyiş xalq hərəkatına qoşulmuşdur.
Baxşeyiş “Qarabağ Müdafiə Şahinləri” dəstəsinin ən fəal üzvlərindən biri olmuşdur. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdir. “Ağsaqqal” ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan quldurların xeyli canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə kəşfiyyata getmişdir. 1992-ci il Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas etmişdir. 1992-ci il iyul ayının 12-də erməni işğalçıları Xanabad kəndinə böyük qüvvə ilə hücuma keçmişlər. Əks hücumla döyüşçülərimiz başda Baxşeyiş Paşayev olmaqla düşmənin 7 postunu ələ keçirmiş, amma qəfil atılan düşmən gülləsi Vətnimizin bu cəsur övladının həyatına son qoymuşdur. O, döyüş meydanında qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğluna ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.

1938— Sosialist Əməyi Qəhrəmanı Şamama Tanrıverdi qızı Əliyeva Yevlax rayonunda anadan olmuşdur.
“Çinar” fermer təsərrüfatının rəhbəri “Qəhrəman ana”dır.
SSRİ dövündə işlədiyi “Kommunist” kolxozunda pambıqçılıqda əldə etdiyi nailiyyətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Həm də Qəhrəman ana, Prezidentin fərdi təqaüdçüsü idi.
Bütün şərəfli ömrünü torpağa bağlamış Şamama Əliyeva və ailəsi 1988-ci ildən ailə podratı ilə işləyirdilər.
Şamama Əliyeva 9 yanvar 2020 –ci ildə 81 yaşında vəfat etmişdir.
1941 —Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov Bakıda anadan olub.
1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir.
1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakultəsini bitirərək, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır.
1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir.
1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Akademik rəngkarlıq” kafedrasının professorudur.
Mais Ağabəyov 2012-ci il aprelin 26-da Təsviri sənət nominasiyasında “Humay” milli mükafatına layiq görülmüşdür.
1959 —Respublikasının Xalq artisti Firəngiz Bəhər qızı Mütəllimova Ağcabədi rayonunda doğulub: əslən şuşalıdır.
1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə həmin fakültəni bitirmişdir. Ali məktəbi başa vuran kimi də Akademik Milli Dram Teatrına aktrisa götürülüb.
Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova həm də Azərbaycan Dövlət Televiziyasında hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa etmişdir. Onlardan Gülnar (“Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz”, Aslan Qəhrəmanov), Mərcan (“Evləri köndələn yar”, Anar), Ana və qız (“Unutmaq olmur”), Nazan (“Yad qızı”, Orxan Kamal), Almaz (“Topal Teymur”, Hüseyn Cavid), Almaz (“Göz həkimi”, İslam Səfərli), Günay (“Səninlə və sənsiz”, Marat Haqverdiyev), və s. rolların bədii estetik keyfiyyətlərini xüsusi qeyd etmək olar.
ADMİU-nun dosentidir.
2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
1966 — “Azərbaycan Bayrağı” ordeni kavaleri Məhərrəm Məcnun oğlu Seyidov Ermənistan Respublikasının Amasya rayonun Əzizbəyov (Qaraçanta) kəndində anadan olub.
1973-1983-cü illərdə Əzizbəyov (Qaraçanta) kənd orta məktəbində oxuyub. Cudo-Sambo üzrə İdman ustasıdır. Gənclər arasında Ermənistan çempionu olmuşdur. 1984-1988-ci illərdə Ukraynanın Donestk Ali Hərbi Məktəbində təhsil alıb.
Məhərrəm 1993-cü ildə baş leytenant kimi 704 saylı briqadada xidmətə başlayır.
O, 1994 cü il Qarabağ uğrunda gedən qızğın döyüşlərdə canından çox sevdiyi əsgərləri ilə birlikdə vətənə olan borcunu layiqincə qaytardı.
1 may 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərin birində ağır yaralanır.
Ölümündən sonra Azərbaycan Respunblikası Prezidenti Heydər Əliyevin 16 Sentyabr 1994-cü il tarixli qərarı ilə Məhərrəm Məcnun oğlu Seyidov “Azərbaycan Bayrağı” ilə təltif olunmuşdur.

1968— Filologiya elmləri doktoru, professor Naidə Camal qızı Məmmədxanova Bakı şəhərində anadan olmuşdur.
1991-ci ildə “Azərbaycan-rus ədəbi əlaqələri” adlı namizədlik, 2003-cü ildə isə “XX əsrin 70-90-cı illərdə fransız romanı. Həyatın və qəhrəmanın yeni konsepsiya axtarışı” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.
Məmmədxanova Naidə Avropa ədəbiyyatı üzrə mütəxəssisdir. “Dünya ədəbiyyatı tarixi”, “Müqayisəli ədəbiyyatşünaslıq (rus-xarici ədəbi əlaqələr)” fənlərini tədris edir. Ədəbiyyat problemlərinə həsr olunmuş 100-dən artıq elmi əsərlərin, o cümlədən “Романтизм в зарубежной литературе ХIХ века” və “Турецкая проза 20-40-х годов ХХ века” adlı metodik vəsaitlərin, dörd monoqrafik araşdırmanın: “Французский роман 70-90 годов ХХ века. Поиски новой концепции жизни и героя”, “Восприятие искусства и искусство восприятия (русско-азербайджанские литературные связи рубежа веков)”, “Müasir fransız ekzistensialist romanı” (fransız dilində), “Fransız postmodernizmin xüsusiyyətləri” (ingilis dilində), həmçinin bir dərsliyin “Зарубежная проза II половины ХХ века” və dərs vəsaitin “Взаимосвязь реализма Л.Н.Толстого и Д.Голсуорси” müəllifidir.
1970— Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Zakir qızı Məmmədova Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub.
1977-1987-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə oxuyub. 1988-1992-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Kollecində (keçmiş A.Zeynallı adına Musiqi texnikumu) təhsil almışdır. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Solo oxuma” xanəndəlik fakültəsində təhsil almışdır. 1991-ci ildən 2014-cü il mart ayının 1-dək R.Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında solist vəzifəsində çalışmışdır. 1992-ci ildən Milli Opera və Balet Teatrının solistidir. 1996-cı ildən Milli Konservatoriyanın nəzdindəki Musiq kollecində pedaqoq kimi fəaliyyət göstərir.
Hazırda Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi Kollecində (keçmiş Asəf Zeynallı) və Bakı Humanitar Kollecində dərs deyir.
1992 — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı və hərbi tibb qulluqçusu, Vətən müharibəsi şəhidi Fərəməzov Nurlan Əhliman oğlu Astara rayonunun Təngərüd kəndində anadan olmuşdur.
Orta məktəbi Təngərüd kənd tam orta məktəbində bitirmişdir. 2009–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsində təhsil alıb.
Azərbaycan Ordusunun tibb xidməti baş leytenantı Nurlan Fərəməzov Vətən müharibəsində döyüşən yaralı əsgərlərimizin fəal döyüş meydanlarından çıxarılması, ilkin və zəruri tibb xidmətinin göstərilməsində əsgəri və həkim borcunu şərəflə yerinə yetirmiş və vəzifəsini icra edərkən qəhrəmancasına həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Fərəməzov ölümündən sonra “Vətən uğrunda” medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Vəfat etmişdir:
1945 — Sovet İttifaqı Qəhrəmanı Əvəz Həşim oğlu Verdiyev 29 yaşında vəfat etmişdir.
Əvəz Verdiyev 1916-cı ildə Laçının Quşçular kəndində anadan olmuşdur. Üç yaşından yetim qalmış və Laçın rayonunun Quşcular kəndində böyüyüb boya-başa çatmışdır. 20 yaşı tamam olanda Bakıya getmiş, fəhlə gənclər məktəbində oxuya-oxuya Orconikidze adına maşınqayırma zavodunda işləmişdir.
1938-ci ildə Sovet Ordusuna çağırılmış, SSRİ-Finlandiya müharibəsində (1939–1940) iştirak etmişdir.
1940-cı ildə ordudan tərxis olunmuş və Bakıya qayıdıb əvvəllər işlədiyi zavodda çalışmışdır. İkinci dünya müharibəsinin başlaması ilə əlaqədar 1941-ci ilin iyun ayında yenidən orduya çağırılmış, döyüşlərdə ağır yaralanmış, tezliklə sağalaraq cəhbəyə qayıtmışdır. Ukrayna və Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir.
1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və ona “Qızıl ulduz” medalı (medal №4647) və Lenin Ordeni təqdim olunmuşdur.
Sonrakı döyüşlərdən birində ağır yaralanmış və 1 may 1945-ci ildə vəfat etmişdir.
Polşanın Boleslaves şəhərində dəfn olunmuşdur.
Laçında Əvəz Verdiyevə abidə qoyulmuş, şəhərin mərkəzi küçələrdən biri onun adını daşıyır.
1946 — İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov 27 yaşında vəfat etmişdir.
İsrafil əslən Şəmkir rayonunun Qapanlı kəndindəndir. 1919-cu ilin burulğanında ailəsi Gəncəyə köçüb. İsrafil Məmmədov da məhz həmin il dünyaya göz açıb. İndi həm Gəncə şəhərində, həm də Qapanlı kəndində igid eloğlumuzun abidəsi ucalır.
1941-ci ilin dekabr ayında döyüşən ordudan Gəncəyə xoş bir xəbər gəldi: “Şimal-Qərb cəbhəsinin Siyasi İdarəsi sizdən xahiş edir ki, İsrafil Məhərrəm oğlu Məmmədovun Üçüncü vağzal küçəsindəki 39 nömrəli evdə yaşayan ailəsinə xəbər verin ki, onların oğlu – bizim cəbhənin döyüşçüsü faşist işğalçılarına qarşı döyüşlərdə igidlik göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür”.
İsrafil Məmmədova bu fəxri mükafatı Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant P.A.Kuroçkin şəxsən özü təqdim etmişdi: özü də birbaşa döyüş meydanında təntənəli şəraitdə.
İsrafil Məmmədov 1943-cü il mayın sonuna kimi mərdliklə vuruşur, ikinci dəfə yaralanır və Azərbaycana qayıtmalı olur. O, bu müddətdə respublika komsomolunun Mərkəzi Komitəsində işləyir.
1946-cı il mayın 1-də isə Yalta hospitalında əbədiyyətə qovuşdu. Qəhrəmanın cənazəsi xüsusi təyyarə ilə doğma yurduna gətirildi və Gəncənin mərkəzində, indiki Xan bağında torpağa tapşırıldı.
Onun haqqında istər rus mətbuatında, istərsə də doğma Azərbaycanda çox əsərlər yazılıb. O illərdə Gəncədə yaşayıb-yaradan Mir Cəlal Paşayev də İ.Məmmədovun hünərindən riqqətə gələrək “Qəhrəmanın yolu” adlı geniş bir oçerki qələmə alır.
1950 — Görkəmli yazıçı Məmməd Hacı Ağa oğlu Səid Ordubadi 78 yaşında vəfat etmişdir.
M.S.Ordubadi 1872-ci il martın 24-də Ordubad şəhərində anadan olub. Müəllim olan atası Hacı Ağa yoxsul olduğuna görə “Fəqir” təxəllüsünü qəbul edib. Hacı Ağa Fəqir Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” adlı şairlər məclisinin fəal üzvü və yaradıcılarından biri olub.
Ordubadi ilk təhsilini atasından alıb. Atasının ölümündən sonra onun əsas müəllimi Məmməd Tağı Sidqi olub. O, Sidqinin “Əxtər” adlı dördsinifli məktəbində təhsil oxuyub. Ordubadinin mətbuatda ilk şeiri 1903-cü ildə dərc olunub, ilk kitabı “Qəflət” isə 1906-cə ildə Tiflisdəki “Qeyrət” mətbəəsində çap edilib.
1905-ci il inqilabı Məmməd Səid Ordubadi yaradıcılığına böyük təsir göstərib. O, Bakıda nəşr olunan qəzet və jurnallara, Tiflisdə çıxan “Molla Nəsrəddin” jurnalına yazılar göndərib, “İrşad”, “Tərəqqi”, “Tazə həyat” və s. qəzetlərdə müxbir kimi müntəzəm əməkdaşlıq edib.
1908-ci ildə “İki cocuğun Avropaya səyahəti” adlı birinci romanı çap olunub. İkinci romanı olan “Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməab”da ədib ölkənin ağır, dözülməz vəziyyətini, irtica qüvvələrinin azğınlığını açıq şəkildə göstərib. Romanın müsbət qəhrəmanı Rzaqulu xan dövrünün ictimai bəlalarını görür və onlarla barışa bilmir. Onun arzuları irticanın sərt qayalarına toxunaraq puç olur. O məhv olsa da, yeni fikirləri ilə iz qoyub gedir.
1914-1919-cu illər Ordubadinin həyatında və fəaliyyətində sürgün dövrü adlanır. Bu çox ağır, üzücü, təlatümlü, lakin ibrətamiz dövr olub. Sarıtsində ağır imtahanlar başlayır: aclıq, ehtiyac, vərəm. İki ilə yaxın ədib xəstə yatır. Sonra evlənərək ailə qurur. Lakin Ordubadi imkan tapınca ədəbi yaradıcılığını və ictimai fəaliyyətini davam etdirib. 1915-ci ildən başlayaraq “Yeni yol”, “Əqrəb”, “Məzəli”, “Tuti”, “Molla Nəsrəddin”, “Hümmət” və s. jurnal, qəzet və məcmuələrdə ədibin satirik imzası “Hərdəmxəyal” yenə də tez-tez görünməyə başlayıb. 1917-ci il fevral inqilabı ilə Ordubadinin sürgün həyatı başa çatıb.
M.S. Ordubadi 1919-cu ildə Sarıtsindən Həştərxana göndərilib. Həştərxana gəldikdən sonra fəaliyyəti daha səmərəli olub. Bakıda yaranmış olan (1919), sonra isə Həştərxanda fəaliyyət göstərən “Hümmət” qəzetində redaktor vəzifəsində çalışıb. 1920-ci ilin yazında Dağıstanda Sovet hakimiyyətinin qurulması xəbəri Həştərxana çatanda partiya M.S.Ordubadini dağlar diyarına göndərib. Beləliklə, o, Dağıstanda poliqrafiya bazası yaratmaq üçün coşğun fəaliyyətə başlayıb. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra 1920-ci il mayın əvvəllərində Qafqaz İnqilab Komitəsinin Dağıstan bölməsi onu öz xahişi ilə Bakıya göndərib.
Milli səhnə sənətinin inkişafı üçün yorulmadan çalışan Ordubadi Azərbaycan teatrında hazırlanan ilk dram əsərlərinin müəlliflərindən biri olub. Onun “Dinçilər”, “Sabotajçılar”, “Cəmiyyət-əqvami”, “Oktyabr inqilabı”, “Sədəf” və digər pyesləri Bakı teatrlarının səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulub. Təkcə Azərbaycanda deyil, ümumən ölkəmizdə ilk operalardan olan, öz inqilabi mövzusu ilə yeni tipli əsərlər içərisində xüsusi yer tutan “Nərgiz” operasında da (1935) inqilab mövzusu işlənib. Opera istedadlı bəstəkar Müslüm Maqomayevlə Məmməd Səid Ordubadinin bir neçə illik birgə zəhməti nəticəsində yaranıb. Əvvəlcə Ordubadi radio üçün kiçik bir dramatik süjet yaradıb. Maqomayev ona musiqi yazıb. Əsər radioda verilib və təqdir olunub. Bu, “Çobanlar” adlı pyes olub. Bundan sonra müəlliflər həmin süjet əsasında opera yaratmaq fikrinə düşüblər. “Nərgiz” operası böyük müvəffəqiyyət qazanıb və yüksək qiymətləndirilib. Operada Ordubadinin şeiri operanın musiqisinə uyğun olaraq olduqca rəvan, ahəngdar və əlvandır. Müəlliflər sadəliyə, reallığa və xəlqiliyə xüsusi diqqət veriblər.
Ü. Hacıbəyovun “Koroğlu” operasının (1937), Ə.Bədəlbəylinin “Nizami” operasının (1940), F.Əmirovun “Ürək çalanlar” musiqili komediyasının, S.Rüstəmovun “Beş manatlıq gəlin” (1948) operettasının libretto mətninin müəllifi məhz M.S.Ordubadi olub.
“Dumanlı Təbriz” ilə ədəbiyyatımızda novator romançı kimi mühüm addım atan M.S.Ordubadi “Gizli Bakı” romanı ilə daha da bir yeni mühüm addım atmış olub. “Gizli Bakı” ədəbiyyatımızda partiya tarixi, inqilabi hərəkat tarixi mövzusunda yazılmış birinci roman kimi xüsusi əhəmiyyətə malikdir. Bu ədibin yaradıcılığında da Bakıya və onun şanlı inqilabi keçmişinə dair ilk iri, görkəmli nəsr əsəridir.
“Qılınc və qələm” əsərini ədib 1939-1941-ci illərdə yaradıb. Əsər 1946-1948-ci illərdə çap olunub. 1940-cı ildə o, Ə.Bədəlbəylinin “Nizami” operasının librettosunu yazıb. Müharibə dövrü ədibin yaradıcılığında böyük dönüş hiss olunur. O, əsərlərində xalqı vətənpərvərliyə, qalibiyyətə ruhlandırır. “Serjant İvanov adına körpələr evi” əsəri belə ibrətamiz əsərlərdəndir. Müharibə dövründə ədib bir sıra iri həcmli əsərlər də yaradıb. Onun “Gənc çekistlər” əsəri Azərbaycan ədəbiyyatında müharibə mövzusunda yazılmış ilk əsərdir.
1984 — Tanınmış Azərbaycan pedaqoqu, akademik, Mehdi Məhəmməd oğlu Mehdizadə 81 yaşında Bakıda vəfat etmişdir.
Mehdi Mehdizadə 1903-cü ildə indiki Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olmuşdur.
1919-cu ildə Daşkəsən kənd ibtidai məktəbi bitirmiş və növbəti ilin noyabrından Daşkəsən kənd qiraət evinin müdiri kimi əmək fəaliyyətinə başlamışdır. 1921-ci ildə 6 aylıq pedaqoji kursu bitirib və həmin ilin sentyabrından I dərəcəli Daşkəsən kənd məktəbində müəllim işləməyə başlamışdır.
1923-cü ildə Azərbaycan Pedaqoji İnstitutu yanında hazırlıq kursuna, 1924-cü ildə isə institutun fizika-riyaziyyat fakültəsinə qəbul olmuşdur.
Mehdizadə 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutu bitirmiş və Qaryagin (indiki Füzuli) şəhərində II dərəcəli məktəbə fizika və riyaziyyat müəllimi kimi göndərilmişdir.
Mehdi Mehdizadə 1927-ci ildə Cəbrayıl qəza Xalq Maarif Şöbəsi yanında metodika bürosunun rəhbəri, 3 il sonra, 1930-cu ilini mart ayından isə Azərbaycan Xalq Maarif Komissarlığının İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi və Xalq komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi vəzifəsinə təyin edilmişdir.
O, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olub, uzun illər Azərbaycan SSR Maarif Nazirliyinə rəhbərlik edib.
Bayramlar və xüsusi günlər:
1 May Beynəlxalq Əmək Günüdür. Bayram dünyanın əksər ölkələrində qeyd olunur. Onun Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Sinfi qarşıdurmaların sonrakı xronikası dünya əməkçilərinin şərəfli tarixinin ən yaddaqalan hissələridir. Bu şərəfli tarixin simvolu isə 1 May bayramıdır.
Tarixi hadisələrin baş vermə zərurətləri sırasında, sözsüz ki, insanların istismarının aradan qaldırılması, maaşlarının artırılması və daha az iş şəraitinin təmin edilməsi də dayanır. Bu gün Azərbaycanda işsizliyin aradan qaldırılması, insan istismarının qarşısının alınması, ayrı-ayrı müəssisələrdə çalışan insanların həyat şəraitinin yaxşılaşdırılması və əməyinin lazımınca qiymətləndirilməsi tam təmin olunub.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.