Tarixdə bu gün
İlin 122-ci günü. İlin sonuna 243 gün qalır.

Doğum günləri:

1912— Məşhur həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi , Sosialist Əməyi Qəhrəmanı Zəhra Kərim qızı Qazıyeva Naxçıvan şəhərində dünyaya gəlmişdir.
1942-ci ildə ADTİ-ni başa vurub, Bərdə rayonunun Otuzikilər kəndinin tibb məntəqəsində həkim işləmişdir.
1959-cu ildə isə həmin sovetliyin Kolayır kənd xəstəxanasının baş həkimi olmuşdur.
30 illik həkimlik falıyyəti ərxzində Zəhra xanımın təklifi ilə artezian quyuları təşkil edilmiş, yaylaqlarda istirahət məntəqələri açəlmış, yeni xəstəxana tikilmişdir.
O, SSRİ Ali Sovetinin (6-cı çağırış) deputatı olmuş, nümunəvi əmək fəliyyətinə görə 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
İstedadlı təşkilatçı-həkim Zəhra xanım iki dəfə Lenin ordeni ilə təltif olunmuşdur.
Zəhra Qaziyeva 1989-cu ildə vəfat etmişdir.

1920 — Azərbaycan teatr və kino aktrisası, Əməkdar artist Ətayə Qulam qızı Əliyeva Türkmənistanın Poltoratsk (hazırkı Aşqabad) şəhərində sənətkar ailəsində doğulmuşdur.
Ətayə xanım səhnə fəaliyyətinə məktəbli ikən həvəskar kimi başlamışdır. Bakı Teatr Texnikumunda ixtisas təhsili almışdır. 1936-cı ildən İrəvandakı Azərbaycan teatrında işləyir, burada onlarla maraqlı səhnə obrazları yaradır.
1948-1949-cu illərin teatr mövsümündə Ə. Əliyeva Gəncə Dram Teatrına dəvət edilir. Bu teatrda o, İradə (“Göz həkimi”), Səadət (“Bahar suları”), Bənövşə (“Nişanlı qız”) kimi yadda qalan obrazlar yaradır.
1956-cı ildə Ətayə xanım yenidən M.Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır: klassik və müasir Azərbaycan dramaturqlarının,eləcə də tərcümə əsərlərinin tamaşalarında eyni məharətlə çıxış edir. Pəri (“Pəri Cadu”), Sona (“Hacı Qara”), Fatmanisə (“Ölülər”), Validə (“İliç buxtası”), Nəzakət (“Sən həmişə mənimləsən”), Rəfiqə (“Yalan”), Məlahət (“İkinci səs”) və onlarla başqa səhnə obrazları aktrisanın son illərdəki yaradıcılıq naliyyətləridir
Ə. Əliyeva radio və televiziya verilişlərində, kinoda həvəslə çıxış edir. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Onu bağışlamaq olarmı?” (leytenant Qarayeva), “Bizim küçə” (Bəyim xala), “Dağlarda döyüş” (ana), “Telefonçu qız” (Simuzər), “Uşaqlığın son gecəsi” (Mənsurə) və bir çox başqa filmlərin və televiziya tamaşalarının müvəffəqiyyətində Ətayə xanımın əməyi olmuşdur.
Ətayə Əliyeva 6 aprel 1995 -ci ildə 74 yaşında vəfat etmişdir.

1929— Tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru , professor, Azərbaycan Dövlət Mükafatı laureatı Əməkdar elm xadimi Yusif Mirəhməd oğlu Seyidov Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir. Daha sonra ikillik Naxçıvan müəllimlər institutunda təhsilini davam etdirmişdir . 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində təhsil almışdır. 1955-ci ildə “Müasir Azərbaycan dilində feli bağlama tərkibləri” mövzusunda namizədlik dissertasiyası, 2965-ci ildə isə “Müasir Azərbaycan dilində söz birləşmələri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir . Universitetdə Ümumi dilçilik kafedrasında müəllim, baş müəllim, dosent və professor işləmişdir. Universitetdə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına əsası qoyulduğu ilk gündən rəhbərlik etmişdir (1965-ci ildən dünyasını dəyişənədək). Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, tənqidçi və ədəbiyyatşünas kimi də çalışmış, dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk məqaləsi 1952-ci ildə “Azərbaycan müəllimi” qəzetində dərc olunmuşdur. Rus dilli məktəblər üçün “Azərbaycan dili” dərsliyinin müəllifıdir.
Yusif Seyidov elmi məzmununa, metodiki mükəmməlliyinə görə qiymətli dərs vəsaitləri və dərsliklərin- “Müasir Azərbaycan dili”- (I h.-1959, II h – 1963); “Müasir Azərbaycan dili. IV hissə. Sintaksis”(1972, 1985, 2009) dərsliklərinin əsas müəlliflərindən biri, bir neçə dəfə nəşr edilmiş “Azərbaycan dili” və “Azərbaycan dilinin qrammatikası. Morfologiya” kimi ali məktəb dərsliklərinin müəllifidir.
Y.Seyidov dilçiliyin nəzəri və tətbiqi problemlərinə həsr edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 30- dan çox kitabın (monoqrafiya, dərslik və dərs vəsaitlərinin) müəllifidir.
18 noyabr 2013-cü ildə vəfat edib.

1939 — Görkəmli alim, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov Bakı şəhərində anadan olmuşdur.
O, 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil almış və 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxumuş, 1965-ci ildə isə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1965-ci ildə Gəncə şəhərindəki Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim kimi başlayan Ramiz Zöhrabov 1966–1968-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsində işləmişdir. O, 1968–1969-cu illərdə Bakı şəhər 16 saylı musiqi məktəbində musiqi nəzəriyyəsindən dərslər aparmış, 1969-cu ildən etibarən indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru, 1989-cu ildən isə həmin kafedranın müdiri olmuşdur. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilən Ramiz Zöhrabov 2012-ci ilədək həmin vəzifədə çalışaraq, ölkəmizdə musiqişünaslığın inkişafına dəyərli töhfələr vermişdir.
Professor Ramiz Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Ramiz Zöhrabovun Azərbaycan musiqi mədəniyyətinin zənginləşdirilməsi sahəsində çoxillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1990-cı ildə “Əməkdar incəsənət xadimi” və 2008-ci ildə “Xalq artisti” fəxri adlarını almış, 2009-cu ildə isə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Ramiz Fərzulla oğlu Zöhrabov 2017-ci il aprelin 24-də ömrünün 78-ci ilində vəfat etmişdir.

1941 — Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini, diplomat, “ADA” Universitetinin rektoru Hafiz Mir Cəlal oğlu Paşayev Bakı şəhərində anadan olmuşdur.
1963 – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir
1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir.
1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975–1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir
1992–2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir.
100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.
Evlidir, iki övladı, dörd nəvəsi var.
Vəfat etmişdir:
1519 — Avropa İntibah dövründə yaşamış ensiklopedik italiyalı alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, rəssamı, alimi, filosofu, musiqiçi və yazıçısı Leonardo di ser Pyero da Vinçi 67 yaşında Fransa Krallığının Ambuaz şəhərində vəfat etmişdir.
O, İtaliya İntibahının rəmzi sayılan “Universal İnsan” (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsidir.
İkinci minilliyin adamı seçilmişdir.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Leonardo 15 april 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427-1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin (kanadalı alim Luis buf Perri tərəfindən irəli atilmiş versiyaya görə azərbaycanlı) övladı olaraq dünyaya göz açmışdır.

1918 — Göyçənin varlı bəylərindən biri , məşhur xeyriyyəçi Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 50 yaşında erməni terroru nəticəsində qətlə yetirilmişdir.
Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadan təsərrüfat işlərini öyrənmiş böyük var dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış ta Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında olmuşdur.
Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir.
O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdur.
Daşnak generalı Sulikovun öldürülməsi tədbirinin təşkilatçısı olmuşdur.
2 may 1918-ci ildə Daşnak generalı Sulikovun başçılıq etdiyi terror qrupu zodlu (Göyçə mahalı) Səməd ağanı qətlə yetirirlər.
Səməd ağa ağlı və fərasəti ilə var-dövlət, mal-mülk sahibi olmuşdur. Səxavəti, xeyirxahlığı, bacarığı haqqında maraqlı rəvayətlər danışılır. Aşıq Ələsgər onun haqqında yazır:
Naxçıvan xanları, Şərur bəyləri
Səxada Səmədə qul ola bilməz!
Abbasqulu bəy Şadlinski Səməd ağanın bacısı oğludur.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.