Tarixdə bu gün
İlin 123-cü (uzun illərdə 124-cü) günü.

Doğum günləri:

1857 —XIX əsrdə yaşamış yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalist Əsgər ağa Haqvеrdi bəy oğlu Goran-Boyəhmədli kəndində anadan olub.
Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl mеdalla bitirib. Sonra Moskvada Pеtrovski-Razumovski adına Kənd Təsərrüfat Akadеmiyasına daxil olub. Akadеmiyanı bitirəndən sonra vətənə dönüb. Qubеrniya katibi, kollеc asеssoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror köməkçisi, bеş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yеlizavеtpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hеsabına qız məktəbi açıb.
Əsgər ağa Əzət xanım Tağıbəyova ilə ailə qurub. Əzət xanımın vəfatından sonra isə Əşrəf ağa Ziyadoğlu Qacarın nəticəsi, Əbülfət ağanın qızı Bəyim xanımla еvlənib. Bu еvlənmədən yеddi uşaq dünyaya gəlib. Üçü azyaşlı vəfat etsələr də, dördü boya-başa çatıb. Sağ qalan övladları—Danyal bəy, Mikayıl bəy, Lülpər xanım (Lеyla xanım) və Əli bəydir.
Əsgər ağa Azərbaycan mədəniyyətində öz yеri olan görkəmli simalardan biridir. Milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da “Lənkəran xanının vəziri”, bir ay sonra isə “Hacı Qara” əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Gorani özü olmuşdur.
Gimnaziyada Nəcəf bəy Vəzirovla dostluq etmişdi. Müəllimləri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi onların xətrini çox istəyərdi. Onun söhbətləri gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadardı. Əsgər ağanın M.Lermontovdan dilimizə çevirdiyi şeirləri indi də oxucuların xoşladığı əsərlər sırasındadır. Onun “Qara yel” romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub.
Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir.
Əsgər ağa 9 mart 1910-cu ildə vəfat edib.

1923 — Məşhur hərbçi, vitse-admiral Həmid Həbib bəy oğlu Qasımbəyov Naxçıvanda anadan olmuşdur.
Heydər Əliyev onun haqqında deyirdi: “Bakıda Xəzər Hərbi Dəniz Donanması 1920-ci ildə yaranıbdır.
Hələ çar Rusiyasi vaxtından var idi. Orada da azərbaycanlı , ümumiyyətlə, yox idi. Biz admiral Qasımbəyovu Kronştadtdan tapıb gətirdik. İlk dəfə olaraq Xəzər Hərbi Dəniz Donanmasına komandan admiral Qasımbəyovu təyin etdim”.
20 aprel 2005 ci ildə 81 yaşında Bakıda vəfat etmişdir.

Kamal Xudaverdiyev aktyor kimi geniş mənada lirik psixoloji üslublu məktəbin nümayəndəsi idi. Aktyor ən parlaq rollarını məhz həmin janrlı əsərlərin tamaşalarında qazanıb.
1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız Akademik teatrda işləyib. Bu illər ərzində bir-birindən maraqlı və rəngarəng rolları oynamışdır.
Müxtəlif illərdə “Azərbaycanfilm” kinostudiyasında “İstintaq davam edir” (Çingizov), “Ən vacib müsahibə” (Həsənov), “Dağlarda döyüş” (Rüstəmov), “Nəsimi” (Yusif), “Abşeron” (Əli), “Üzü küləyə” (kombinat müdiri), “Adanı özünlə apara bilməzsən” (ata), “Otel otağı” (alim), “Dədə Qorqud” (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.
Kamal Xudaverdiyev 23 aprel 2008-ci ildə ürək çatımazlığından gözlərini əbədi olaraq həyata yummuşdur.
Vəfat etmişdir:

1984 —Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Ağaməmməd oğlu Cəfərov 78 yaşında Neftçalada vəfat etmişdir.
Ağaşirin Cəfərov 25 fevral 1906-cı ildə indiki Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur.
1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. Döyüşlərdə üç dəfə yaralanmışdır.
Ağaşirin Cəfərov 1942-ci ilin noyabrında döyüşlərə başlayanda kiçik serjant rütbəsində idi . Cənub cəbhəsində 51-ci ordu tərkibindəki 416-ci Azərbaycan Milli diviziyasında pulemyotçu kimi faşistlərə od ələmişdir. 1943-cü ilin oktyabrında Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə düşmənin 300-dən artıq canlı qüvvəsini məhv etmiş, döyüş üçün mühüm yüksəkliyin ələ keçirilməsini təmin etmişdir. O, Taqanroq şəhəri uğrunda gedən vuruşlarda xüsusi igidliyinə görə 1943-cü ilin 1 noyabrında Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür.
O, 416-cı diviziyada bu adı alan birinci qəhrəmandır.
Starşina Ağaşirin Cəfərov müharibə qurtardıqdan sonra öz kəndində kolxoz və kənd soveti sədri olmuş, sonra isə Bakıda Neft-qazma idarəsində işləmişdir.
Neftçala şəhər parkında büstü və şəhərdə adına küçə vardır.

1985 — Geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və 1950-1958-ci illərdə bu qurumun Prezidenti olmuş görkəmli paleontoloq, akademik Musa Mirzə oğlu 77 yaşında Moskvada vəfat etmişdir.
Musa Əliyev 11 aprel 1908-vi ildə Şamaxıda anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirərək 1926-cı ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1931-ci ildə “Geoloji-kəşfiyyat” fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, aspiranturaya qəbul olunmuş, daha sonra assistent vəzifəsinə təyin edilmiş və 28 yaşında namizədlik dissertasiyasını müdafiə etmişdir.
Musa Əliyev Azərbaycanda mezozoy faunasının sistemli öyrənilməsinin əsasını qoymuşdur.
1941-1945-ci müharibə illərində cəbhənin neft məhsullarına olan tələbatını ödəmək məqsədilə Cənubi Qafqaz respublikalarında mühəndis-texniki kadrların hazırlanmasına cavabdeh olmuş və uğurlu fəaliyyətinə görə Lenin ordeni ilə təltif olunmuşdur.
Musa Əliyev 1947-ci ildə Azərbaycan Kommunist Parstiyasının Mərkəzi Komitəsinin üzvü və katibi seçilmiş, 1948-1949-cu illərdə Nazirlər Sovetinin sədr müavini, Dövlət Plan Komitəsinin sədri olmuşdur.
1950-1958-ci illərdə isə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olmuşdur. Qısa müddətdə onun təşəbbüsü ilə onlarla elmlər doktoru və namizədi hazırlanmış, 200-ə qədər doktorant və aspirant keçmiş İttifaqın nüfuzlu elm və tədris mərkəzlərinə göndərilmişdir.
Musa Əliyev 1958-ci ildən başlayaraq Moskva şəhərinə dəvət olunmuş və SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən “Yanar Qazıntı Yataqlarının Geologiyası İnstitutu”nun elmi işlər üzrə direktor müavini təyin olunmuşdur. Tez bir zamanda o, neftli-qazlı regionların biostratiqrafiyası laboratoriyasını təşkil etmiş, apardığı tədqiqatların coğrafiyası Qafqazı, Türkmənistanı, Qazaxıstanı, Özbəkistanı və Qərbi Sibiri əhatə etmişdir. 1967-ci ildə o, SSRİ Neftçıxarma Sənayesi Nazirliyi tərəfinlən Əlcəzairə ezam olunmuş və bu ölkə ilə bağlanmış böyük neft müqaviləsinə 1971-ci ilə kimi rəhbərlik edərək zəngin neft-qaz yataqlarının kəşfinə nail olmuşdur.
1971-ci ildən ömrünün sonuna kimi Musa Əliyev Moskvada çalışmışdır. O, 210 elmi əsərin, 15 monoqrafiyanın müəllifi, çoxsaylı elmlər doktorları və namizədlərinin rəhbəri olmuşdur.
40 elmlər doktoru və namizədi yetişdirmişdir.
210 elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifidir.

2014 – Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, professor, Azərbaycan SSR Dövlət Mükafatı laureatı Aqşin Əliqulu oğlu Əlizadə 76 yaşında Bakıda vəfat etmişdir.
Aqşin Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. 1962-ci ildə Bakı Konservatoriyasını – Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib .
Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya “Zaqafqaziya Baharı” festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan “Ekspressiya” əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. “Bayatılar” əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.
Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri “Babək” baleti, “Qаfqаzа səyаhət” baleti, “Ümid vаlsı” baleti, 5 simfoniya, xor üçün “Bayatılar”, “Təntənə”, “Azərilər” kantatası, “Ana torpaq”, “Qədim lay-lay”, kamera orkestri üçün “Pastoral”, “Aşıqsayağı”, “Cəngi”, “Kənd suitasi”, “Uşaq süitasi”, fortepiano üçün sonata, “Dastan”, “Qədim oyunlar”, “Portret”, xoreoqrafiq simfoniya və s.
50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.
Bayramlar və xüsusi günlər

1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”i qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara alıb.
Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.
Türkçülük Günü

Türkçülük bayramının keçirilməsinin tarixi keçən əsrin 50-ci illərinə gedib çıxır. Bu tarixi gün ilk dəfə 1945-ci il mayın 3-də Topxana Hərbi Həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, 10 nəfər məhkum tərəfindən qeyd olunub. Bundan sonra həmin gün daha geniş miqyas əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.
Azərbaycanda Türkçülük Günü 1992-ci ilin may ayının 3-dən etibarən qeyd olunmaqdadır. Həmin tarixdə Bakıya gələn Başbuğ Alparslan Türkeşin və milli hərəkat lideri Elçibəyin iştirakı ilə bu bayram Azadlıq meydanında böyük təntənəli şəkildə qeyd olunub. Həmin gündən etibarən, bu bayram Turan ideyasının daşıyıcıları arasında keçirilməkdədir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.