21 may

Tarixdə bu gün

İlin 141-ci (uzun illərdə 142-ci) günü.

Mühüm hadisələr:

1864 — Çərkəzlər rus işğalçıları tərəfindən ana vətənləri olan Şimali Qafqazdan sürgün edilib.

1996 — Azərbaycan Respublikası Şri-Lanka ilə diplomatik əlaqələr qurub.

2004 — Azərbaycan Respublikası Malavi ilə diplomatik əlaqələr qurub.

Doğum günləri:

1947 — Azərbaycan əsilli ABŞ tarix professoru, XX əsrin dünya tarixi və beynəlxalq münasibətlər üzrə çoxsaylı əsərlərin müəllifi, Neft bumunun başa çatdıqdan sonra sosial-iqtisadi tənəzzül prosesinin tipoloji modeli olan “Rasizadə alqoritminin” ixtiraçısı Əli Şamiloğlu Rasizadə Naxçıvan şəhərində anadan olub.

Bakının 6 nömrəli orta məktəbini bitirdikdən sonra, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1969-ci ildə onu fərqlənmə ilə bitirmişdir. 1969-1970-ci illərdə SSRİ-nin Moskva hava hücumundan müdafiə dairəsinin raket hücumundan müdafiə qüvvələrində xidmət edib. 1970-1974 illərində Moskva Dövlət Universitetinin tarix fakültəsində ABŞ tarixi üzrə aspiranturanı bitirib və, “Trumen Doktrinsı” mövzusunda dissertasiyanı müdafiə edərək,  tarix elmləri namizədi elmi dərəcəsini alıb. Aspiranturanı bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunda işə dəvət olunub, lakin Moskvada yaşamaq qeydiyyatı olmadan, Bakıya dönməli olub.

1975-1980 illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində əvvəlcə dosent, sonra isə ümumi tarix kafedrası professoru vəzifəsində çalışıb.Universitetdən əlavə, Əli Rasizadə paralel olaraq Bakı Ali Partiya Məktəbində, Azərbaycan Dövlət Pedaqoji Insitutunda və Xarici Dillər Insitutunda Qərbin müasir tarixi və beynəlxalq münasibətlər üzrə mühazirə kursları aparırdı.

I983-ci ildə, Azərbaycan Elmlər Akademiyasının prezidenti Həsən Abdullayevin təşəbbüsü ilə  Əli Rasizadə Moskvadaki SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun doktoranturasına göndərilir və oradaca 1990-ci ildə “NATO sistemində Türkiyə” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində, Əli Rasizadə Cənubi Florida Universitetinin dəvəti ilə Moskvadan ABŞ-ın Tampa şəhərinə köçür.1991-ci ildən başlayaraq, Əli Rasizadə Cənubi Florida Universitetində “adjunct professor” vəzifəsində “Yenidənqurma və SSRİ-nin dağılması” mövzusunda mühazirə kursu oxumuşdur.

Professor Rasizadənin ən böyük nailiyyəti və ona ümumdünya şöhrət qazandırmış “Rasizadə alqoritmi” adlı neft bumunun başa çatdıqdan sonra sosial-iqtisadi tənəzzül prosesinin tipoloji modelidir. O, 2008-ci ildə neftin dünya qiymətlərinin zirvəsində bu nəzəriyyəni ümumiləşdirmişdir və sonrakı illərin hadisələri onun tam düzgünlüyünü sübut etdilər.

1972 — Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Elşad Hüseyn oğlu İskəndərov Bakı şəhərində anadan olmuşdur.

1988-ci ildə Bakı şəhəri 8 saylı orta məktəbi qızıl medal ilə bitirmişdir.

1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2002-2004-cü illərdə ABŞ-ın Kolumbiya Universitetində “Beynəlxalq Münasibətlər” ixtisası üzrə magistratura təhsili almışdır.

1993-1995-ci illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının “Tarix” qəzetinin redaktoru vəzifəsini icra etmişdir.

1999-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdır.

2000-2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi vəzifəsində çalışmışdır.

2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi seçilmişdir.

2007-ci ildən İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışmışdır.

2009-cu ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Elşad İskəndərova Azərbaycan Respublikasının Fövqaladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir.

31 may 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir və 2 may 2014-cü ilədək bu vəzifədə çalışmışdır.

11 oktyabr 2014-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri vəzifəsinə seçilmiş, 2018-ci ilin oktyabrında səlahiyyət müddəti başa çatmışdır. Həmin vaxtdan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsində çalışır.

1995-ci ildə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təsisçilərindən olmuşdur. Sonrakı illərdə Milli Şuranın sədr müavini olmuşdur.

1986— Gənc şahmatçısı, qrossmeyster Qədir Hüseynov Moskvada anadan olmuşdur.

1994-cü ildə 8 yaşındaikən Rumıniyada keçirilən Avropa çempionatında birinci yeri tutduqdan sonra o nəinki dünyanın ən gənc FİDE ustası adını qazanır və həmçinin adı Ginnesin Rekordlar kitabına düşür, hətta Azərbaycanda birinci şahmatçı olur,  1991-ci ildən sonra Azərbaycan şahmat tarixində ilk dəfə olaraq ölkəyə birinci qızıl medalı gətirdi.

Şahmat oynamağı Qədirə 6 yaşında olarkən atası öyrətmişdi. İlk dəfə olaraq şahmat məktəbinə Gəncə şəhərində getmişdi. Tezliklə Respublika Çempionatında üçüncü yeri tutaraq o gənclər arasında Avropa çempionatında iştirak etmək hüququ əldə edir. Şahmatçının ailə vəziyyətinin yaxşı olmaması səbəbindən onun bu mötəbər yarışda iştirakı sual altında idi. Həmin illərdə respublikamız öz ağır günlərini yaşayırdı.Yaxın qohumunun koməyi sayəsində Qədir Huseynov bu turnirə qatılır və gənclər arasında Avropa çempionatının qalibi olur.

Qədirin ilk məşqçisi idman ustalığına namizəd olan Şahin Hacıyev idi, daha sonra onu məşqçi Qurviç çalışdırmışdı. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dörd ən güclü şahmatçını qəbul etmişdir, onların arasında gənc istedadlı şahmatçı Qədir Huseynov da var idi.

2002-ci ildə 15 yaşındaikən o beynəlxalq qrossmeyster normasını yerinə yetirmişdi. Bu andan etibarən dəyişilməz olaraq Azərbaycan yığma komandasının heyətində bütün Olimpiada və Avropa birinciliklərində iştirak edir.

Vəfat etmişdir:

1976 — Sovet İttifaqı Qəhrəmanı Xıdır Həsən oğlu Mustafayev 71 yaşında vəfat etmişdir.

Xıdır Mustafayev 1905-ci ildə Ermənistanın Kirovokan rayonunun Gözəldərə (Xancikas) kəndində anadan olmuşdur. 1937-ci ildə Kirovokan RHK-dan orduya çağırılmışdır.

1937-1941-ciillərdə əsgərlik dostu Xankişi Şükür oğlu İsmayılovla birlikdə Tiflis Ali Piyadalar Məktəbində hərbi təhsil almışdır. Müharibənin ilk günlərində motoatıcı batalyonun komandiri olmuşdur. Stalinqrad, Kiyev, Jitomir, Kazatin, Berdiçev, Prokursov, Ternopol uğrunda aparılan döyüşlərdə iştirak etmişdir.

1943-cü ilin payızında Ukrayna paytaxtı Kiyevin azad edilməsi uğrunda döyüşlərdə tankçılar batalyonun komandiri mayor Xıdır Mustafayev xüsusilə fərqlənmişdir.

1943-cü ilin noyabrın 5-dən 6-na keçən gecə Xıdır Mustafayev zərbəçi tank batalyonuna komandir təyin edilir. Komandırın təklifi ilə qurulan strateji plana uyğun olaraq batalyonun qarşısına gözlənilmədən düşmənin arxasına keçib Kiyevdən 70 kilometr aralıda yerləşən Fastov şəhərini tutmaq vəzifəsi qoyulmuşdur. Ayın 6-sı axşam Mustafayevin tankçıları şəhərə daxil olaraq dəmiryol vağzalını ələ keçirdilər. 5 saata yaxın davam edən küçə döyüşləri nəticəsində sovet tankçıları alman qarnizonunu darmadağın edərək Fastov şəhərini onlardan tamamilə təmizlədi. Düşmən döyüş meydanında 64 zenit topu, 43 tank, 16 eşalon, 40 min tona yaxın yanacaq, 5 parovoz və 40 silah ambarını qoyaraq, qaçdı.

Rostov uğrunda döyüşlərdə  göstərdiyi  şücaətlərinə, SSRİ Ali Sovetinin 1944-cü il 10 yanvar tarixli əmri ilə Xıdır Həsən oğlu Mustafayevə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Xıdır   Mustafayev daha 2 Lenin ordeni, Qırmızı Ulduz Ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.

 Müharibə  Qələbə ilə başa çatdıqdan sonra Xıdır Mustafayev 1945-ci ildə Bakıya gəlir, bir müddət İçəri şəhərdə yerləşən Bakı Şəhəri Hərbi Komendaturasına rəhbərlik etmiş, sonra mülki işə keçmiş, Azərbaycan SSR Abtomobil Nəqliyyatı Nazırlıyındə şöbə rəisi, 1 nömrəli Bakı Taksomator Parkının direktoru vəzifələrində şalışmışdır.

1979 —Sşıq ədəbiyyatının ustadı sayılan  Aşıq Ələsgərin oğlu Aşıq Talıb 102 yaşında Ağkilsə kəndində vəfat etmişdir.

Aşıq 1877-ci ildə Ağkilsə kəndində anadan olmuş, aşıqlıq sənətini atasından öyrənmişdir. İlin yaz-yay aylarında əkinçilik etmiş, payız-qış aylarında isə xalqımızın toylarında, el şənliklərində sazlı-sözlü söhbətləri ilə şərəfli ömür yolu keçmişdir.

Klassik və müasir aşıq sənətini mükəmməl bilən Aşıq Talıb Göyçə sənətkarlarının, xüsusən atası Aşıq Ələsgərin irsinin sinədəftəri kimi aşıqlar arasında böyük nüfuza malik olmuşdur.

Yaşadığı, ömür sürdüyü mühitin təsiri onu ustad aşıq zirvəsinə qaldırmışdır.

öz aləmindəki sənət uğurları birbaşa Aşıq Talıbın iştirakı və ya onun xeyir-duası ilə qazanılmışdı

1987 — Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət mükafatı laureatı Vəfa Nüsrət qızı Fətullayeva 41 yaşında vəfat etmişdir.

Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa Fətullayeva  dənətin sirlərinə Məhərrəm Haşımovun kursunda almışdır. Daha sonra aktyorluq fakültəsinə dəyişilmişdir.

Vəfa Fətullayeva 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan Əməkdar artist 21 may 1987-ci ildə çox gənc ikən vəfat edib. Vəfa Fətullayevnın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, Xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ Xalq srtisti, aktrisa Hökumə Qurbanova, əmisi aktyor Fateh Fətullayev, əmisi oğlu musiqişünas Hafiz Fətullayevdir.

Bayramlar və xüsusi günlər:

Beynəlxalq Süd Günü

Hal-hazırda dünyanın 40 ölkəsində bu gün qeyd olunur. Azərbaycanda ilk dəfə 2001-ci ildə Sumqayıt şəhərində keçirilib.

Bu günün keçirilməsində məqsəd mineral və vitaminlər ilə zəngin süd və süd məhsullarına əhalinin diqqətini yönəltməkdir.

Beynəlxalq Mədəni İnkişaf Günü

 2001-ci ildə Mədəni müxtəlifliyə dair YUNESKO bəyannaməsi qəbul olunub. 2003-cü il mayın 21-də ilk dəfə olaraq Dialoq və inkişaf naminə Ümumdünya mədəni müxtəliflik günü (World Day for Cultural Diversity for Dialogue and Development) qeyd olunub.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.