Tarixdə bu gün
İlin 146-cı (uzun illərdə 147-ci) günü.
Mühüm hadisələr:
1827 – Rusiya-İran müharibəsi (1826-1828) gedişində rus qoşunları Cənubi Azərbaycan torpaqlarına doğru irəliləyərək Naxçıvanı işğal ediblər. Bundan sonra Rusiya ordusu İrəvan xanlığını, ardınca isə Təbriz, Urmiya və Ərdəbili də ələ keçirib. Müharibə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi ilə başa çatıb..
1918 — Gürcüstan Demokratik Respublikası qurulub.
1918 — Zaqafqaziya Seyminin son iclası keçirilib. Uzun sürən qarşılıqlı ittihamlardan sonra seym Zaqafqaziya respublikasının parçalanmasını təsdiq edən qətnamə qəbul edib.
1920 — Azərbaycan SSR vahid Əmək məktəbi haqqında əsasnamə qəbul edilib.
1922 — Bakıda Zaqafqaziya qadınlarının I qurultayı keçirilib.

1947 — SSRİ-də ölüm hökmü ləğv edilib. Aradan 3 il keçəndən sonra isə bu cəza növü bərpa edilib.
1972 — Brejnev və Riçard Nikson nüvə silahının məhdudlaşdırılmasına dair saziş imzalayıblar.
1991 — Zviad Qamsaxurdiya Gürcüstanda prezident seçkilərində qalib gəlib.
1993 — Azərbaycan Respublikası Madaqaskar ilə diplomatik əlaqələr qurmuşdur.
1995 — Rusiya və Belarus arasındakı sərhəd təntənəli mərasimlə ləğv edilib.
Doğum günləri:
1799 — Rus şair Aleksandr Puşkin anadan olub.
Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın “ən böyük şairi” və müasir rus şeirinin banisi sayılır.
“Mərhum İvan Petroviç Belkinin povestləri”, “Kiçik faciələr”, “Kolmnada evcik” “Yevgeni Onegin”, “Dubrovski”,”Qaratoxmaq qadın”, “Andjelo”, “Mis atlı”, “Balıqçı və qızıl balıq haqda nağıl” “Ölmüş şahzadə və yeddi pəhləvan” və bir çox başqa əsərlərin müəllifidir.
1837-ci il yanvarın 27-də dueldə aldığı yaradan vəfat etmişdir.
Dahi şairin ölümü münasibəti ilə Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov poema həsr etmişdir.

1842 – Tanınmış gürcü yazıçısı və şairi Georgi Seretelli аnаdаn оlub.
George Tsereteli ilk təhsilini atasının rəhbərliyi altında evdə alıb. 1853-60-cı illərdə Kutaisi gimnaziyasınada oxuyub. 1860-cı ildə Peterburq Universitetinin təbiət elmləri fakültəsinə daxil olub. 1861-ci ildə tələbələrin hökumət əleyhinə nümayişində iştirak etdiyinə görə o, tutularaq Peter və Paul qalasında həbs edilib.
1863-cü ildə Georgi Tsereteli vətənə qayıdıb müəllimlik fəaliyyəti ilə məşğul olur. 1877-ci ildən isə bir sıra qəzet və jurnallarda fəal iştirak etməyə başladı.Georgi Tsereteli arxeologiya, təbiətşünaslıq və kənd təsərrüfatı mövzularında şeirlər, hekayələr, hekayələr, romanlar, dramatik əsərlər, məqalələr və yazışmalar yazır.
Ən əhəmiyyətli romanları bunlardır: “Səyahətçi kitabı”, “Boz qurd”, “Əsmət xala”; “İlk addım” və “Gülkan” romanları geniş tanınır.

1877 – Azərbaycanın maarifçi-alimi Məhəmmədəli Tərbiyət (1877-1940) Təbrizdə anadan olub. Təbrizdə yeni tipli “Tərbiyət” mədrəsəsi və kitabxana açıb, maarif idarəsinini, Təbrizin bələdiyyə rəisi olub.
Məhəmmədəli Tərbəyətin çoxlu elmi-publisistik əsəri olsa da, ona ən çox şöhrət gətirən 1935-ci ildə tamamladığı “Danişməndanı- Azərbaycan” əsəri olur. Çünki bu əsərdə qədim dövrdən 20 yüzlliyin 30-cu illərinədək yazıb yaratmış Azərbaycanlı şair, yazıçı, nəqqaş, rəssam, xəttat, musiqici, jurnalist, alim haqqında bilgi toplanmışdır. Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında olduqca dəyərli qaynaq olan “Danişməndanı Azərbaycan” (“Görkəmli elm və sənət adamları”) kitabı ədibin ana dilinə çevrilərək 1987-ci ildə Bakıda da nəşr edilmişdir.
Türk olduğu halda XX yüzildə belə farsca yazıb-yaradan Məhəmmədəli Tərbəyətin əsərlərinin əsas mövzusu Azərbaycan və azərbaycançılıq olub. Ona elə gəlirdi ki, farsca yazması ilə türklərə yuxarıdan aşağı baxan fars şovinistlərinin fikrini dəyişə bilər. Lakin zaman onu göstərir ki, dövlətlərin yeritdikləri siyasəti beş-üç alimin, sənətkarın ən güclü əsərləri belə dəyişə bilmir. Sadəcə millətsevər insanlar onların əsərlərindən yararlanaraq xalqda milli şüuru yüksəldə bilirlər.

1894 — Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub.
İbtidai təhsilini mollaxanada almışdır (1905-1907). Sonra “Mədrəseyi-Ruhaniyyə”ni bitirmişdir (1912). Həmin məktəbdə müəllim saxlanmışdır (1913). Bu vaxtdan gizli inqilabi işə qoşulmuş, sonra RSDFP sıralarına daxil olmuşdur (1919). Gəncə quberniyasında qəza partiya komitəsinin katibi işləmişdir (1921-1922). Bakıda ADU-nun şərqşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda yeni türk (Azərbaycan) əlifbası komitəsində işləmişdir (1922-1927). “Bakı fəhləsi” kooperativ nəşriyyatında və Azərnəşrin bədii ədəbiyyat şöbəsində əməkdaşlıq etmişdir (1927-1929). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi katib, onun yenidən təşkili vaxtı isə Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru olmuşdur (1929-1932). Şifahi xalq ədəbiyyatının toplanmasına və nəşrinə qayğı göstərmişdir. “El aşıqları” (1927) toplusunu tərtib və çap etdirmişdir. İnstitut ləğv ediləndən sonra bir müddət Mərkəzi Arxiv İdarəsində müdir vəzifəsində çalışmışdır (1933). Sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığında universitet və elmi-tədqiqat müəssisələri idarəsinin rəisi və Dövlət Elmi Şurasının sədr müavini, eyni zamanda SSRİ EA Azərbaycan şöbəsinin baş mütəxəssisi olmuşdur (1933-cü ildən). Yeni türk əlifbası komitəsinin üzvü və yeni əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə təlimatçı kimi onun fəaliyyəti böyükdür. Bu münasibətlə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan respublikalarında, Krımda, Kazan və digər şəhərlərdə olmuşdur. Azərbaycanı Tədqiq və Təbliğ cəmiyyətinin işlərində fəal çalışmışdır (1924-cü ildən). Zaqafqaziya federasiyasının 10 illiyində ictimai-elmi və ədəbi xidmətlərinə görə Fəxri tərifnamə və qızıl saatla təltif olunmuşdur.

1904 — Məşhur türk mütəfəkkiri, şair və yazıçı Nəcib Fazil Qısakürək İstanbulda anadan olmuşdur.
İlk şerlərini 1922-ci ildə “Yeni Məcmuə”də dərc etdirmişdir . “Yeni Məcmuə” və “Yeni həyat ” jurnallarında dərc olunan şeirləri ilə ictimaiyyətın diqqətini cəlb etmiş və ona qarşı böyük maraq oyanmışdır.
“Hörümçək toru” (1925) , “Səkilər”, “Mən və ötəsi”, “İman və İslam atlası” kimi məşhur əsərlərin müəllifidir.
1975-ci ildə onun anadan olmasının 50 illiyi Türkiyə Böyük Millət Məclisində qeyd edilir. Nəcib Fazil 1980-ci ildə Mədəniyyət Nazirliyinin “Böyük Mükafat”ına, “İman və İslam atlası” adlı əsərinə görə fikir əsəri kimi “Milli Kültür Vəqfi mükafatı”na (1981), Türkiyə Yazıçılar Birliyinin “Ali Xidmət mükafatı”na (1982) layiq görülmüşdür. Türk Ədəbiyyatı Vəqfi tərəfindən 1980-ci ildə “Sultan-üs Şüara” (Şairlər Sultanı) Fəxri adını almışdır. Əsərlərinin bir qismi Azərbaycanda da nəşr edilmişdir.
Nəcib Fazıl Kısakürək, 1983-cü ilin 25 mayında vəfat etmişdir.

1914 — Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev Füzuli şəhərində anadan olub.
XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və başqaları daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, “İlyas Əfəndiyev teatrı”nı yaratmışdır. Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunmuşlar. Qətiyyətlə deyə bilərik ki, 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu olmuşdur.
İlyas Əfəndiyev 3 oktyabr 1996-cı ildə vəfat etmişdir.

1941 — Xalq artisti, tanınmış televiziya və radio diktoru Ofelya Hacağa qızı Sənani anadan olub. Uzun illər “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin qəhrəmanlarını səsləndirib. “Dağlarda döyüş”, “Ulduzlar sönmür” bədii, “Bakı bulvarı”, “Mücrü” və s. televiziya filmlərində çəkilib.
Filmoqrafiya
“Dağlarda döyüş” (film, 1967), “Sahil bağı” (film, 1967),”O qızı tapın” (film, 1970), “Yeddi oğul istərəm…” (film, 1970), “Gün keçdi” (film, 1971), “Ulduzlar sönmür” (film, 1971), “Var olun, qızlar…” (film, 1972), “Skripkanın sərgüzəşti” (film, 1972), “Mücrü” (film, 1973), “Tütək səsi” (film, 1975), “Ürək… Ürək…” (film, 1976), “Arxadan vurulan zərbə” (film, 1977), “Qayınana” (film, 1978), “”Dantenin yubileyi” (film, 1978), “Anın quruluşu “(film, 1980) və s.

1941— Tanınmış ədəbiyyatşünas, tənqidçi, 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Akif Məmməd oğlu Hüseynov Gürcüstanın Tbilisi şəhərində doğulmuşdur. Burada 31 saylı şəhər məktəbində, sonra Bakıda 132 saylı orta məktəbdə oxumuşdur (1948-1958).
ADU-nun filologiya fakültəsini bitirmişdir (1964). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır (1965-1968).
“Azərbaycan” jurnalı redaksiyasında tənqid ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1967-1971), Ulduz jurnalının baş redaktoru (1971-1973), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi (1973-1976), orada müasir ədəbi proses şöbəsində böyük elmi işçi (1976-1992) olmuşdur.
Hazırda institutda şöbə müdiri vəzifəsində çalışır (1992-ci ildən).
Ədəbi fəaliyyətə 1966-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan “Ədəbiyyatda milli xüsusiyyətlər” məqaləsi ilə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir.
Vəfat etmişdir:

Mircəfər Bağırov 1895-ci ildə Quba şəhərində anadan olmuşdur.
1955-ci ildə həbsə alınıb, istintaqa cəlb olunmuş, Bakıda 12-26 aprel 1956-cı il tarixdə keçirilmiş məhkəmədə məhkəmənin hökmü ilə ən ağır cəzaya – güllələnməyə məhkum edilmiş və rəsmi məlumata görə hökm yerinə yetirilmişdir.

1994 — Azərbaycanlı, Balakən rayonunda “Filizçay” polimetal yatağını kəşf edən geoloq Surxay Yusif oğlu İsmayılov 65 yaşında Bakıda vəfat etmişdir.
Surxay ismayılov 15 may 1929-cu il tarixində Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində dünyaya gəlmişdir.
Orta təhsilini doğma rayonda alan Surxay İsmayılov 1946-cı ildə A.S. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Geoloji coğrafiya” fakültəsinə daxil olmuş və 1952-ci ildə oranı geoloq ixtisası alaraq bitirmişdir.
Əmək fəaliyyətinə 1952-ci ilde Qazaxıstan geoloji idarəsində başlayan gənc geoloq 1 il sonra vətənə qayıdır. 1958-ci ildə isə sonradan “Filizçay” adlandırılacaq Balakən geoloq—kəşfiyyat yatağına rəis təyin edilir. Məhz burada onun rəhbərliyi ilə 1959-cu ildə Avropanın 2-ci böyük polimetal yatağı olan “Filizçay” yatağı kəşf edilir. Bu kəşfə görə Surxay İsmayılov 1970-ci ildə “Yatağı ilk açanlar” nişanı ilə təltif edilir. Keçmiş SSRİ və hazırda Azərbaycan üçün bu yatağın əhəmiyyəti olduqca böyükdür.
1963–1965-ci illərdə “Naxçıvan”, “Gilgəzçay”, “Ağkənd” geoloji kəşfiyyat yataqlarında rəis vəzifələrində çalışır. 1967-ci ildə Naxçıvan GKP-da baş mühəndis təyin edilir. 1968-ci ildə Kiçik Qafqaz Geoloji Ekspedisiyasına mühəndis, ordan isə Qazax geoloji axtarış—kəşfiyyat ekspediyasının, 3 il sonra isə Qazax geoloji kəşfiyyat ekspedisiyasının, 1972-ci ildə isə Baş Qafqaz Geoloji Ekspedisiyasının rəisi təyin edilir. 1973-cü ildə müxtəlif vəzifələrdə çalışır. 1974-cü ildə ağ yanan xammalın reviziya-sınaq yatağının, 5 il sonra təcrübi-metodik yatağının rəisi vəzifələrində çalışmışdır. 1980-ci ildə Kiçik Qafqaz Geoloji—Kəşfiyyat Ekspedisiyasına keçirilmiş, Yeni Texnikanın Təcrübi-Metodiki ekspediyasının rəhbəri təyin edilmişdir.
1981-ci ildə “Muxaxçay”, 1 il sonra “Çeder Axtarış Yatağı”nın rəisi vəzifəsinə keçirilmişdir. Son illərdə Azərbaycan SSR Geologiya İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır.Əmək fəaliyyət dövründə “Qırmızı əmək bayrağı” ordeni , “Filizçay” yatağının kəşfinə görə “Yatağı ilk açan”, “Geoloji süxurların əlaçısı” nişanı və digər fəxri fərman, fərqlənmə nişanları ilə təltif edilmişdir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.