“Futbolka”ların üzərindəki naməlum simalar

Mövqe

Geyim vasitəsilə mesaj vermək – xüsusilə gənclər arasında – sadəcə,  bir  estetik məsələ  deyil, həm də sosial və mədəni bir məsələdir. “Futbolka”ların üzərindəki tanınmayan, bəzən zərərli və ya şübhəli simaların rəsmləri, onların qəhrəman kimi qəbul edilməsinə səbəb ola bilər. Bu isə ictimai şüura zərərli təşviqedici  təsir göstərə bilir. Son dövrlərdə gənclər arasında yayılmış bir tendensiya – üzərində tanımadığımız kişi və qadın şəkilləri olan futbolkaların kütləvi şəkildə geyilməsi – cəmiyyətdə ciddi suallar doğurur. Bu rəsmlər bəzən elə də tanınmayan və cəmiyyət tərəfindən  heç də mübət qarşılnmayan  sənətçilərə, bəzən isə  müəyyən qədər tanınmış, amma  çox da mübahisəli fiqurlara aid olur. Ən narahatedici məqam isə odur ki, bu simalar bəzən kriminal keçmişə malik, cəmiyyət üçün zərərli şəxslər ola bilər.

Mədəniyyətə və tərbiyəyə təsir

Gənc nəsil bir çox hallarda geyimini şəxsiyyət ifadəsi kimi seçir. Onların bəzədikləri “futbolka”lar yalnız moda elementi deyil, həm də onların düşüncə tərzini, kimə rəğbət bəslədiklərini ortaya qoyur. Bu isə gələcək nəsillərin mənəvi və əxlaqi tərbiyəsinə bilavasitə təsir edir. Məsələn, bir gəncin geyindiyi köynəkdəki şəxs mafiya başçısı və ya film qəhrəmanı olsa da, real həyatda zorakı və qanunsuz əməllərlə tanınan biri ola bilər.

Cəmiyyətin reaksiyası

Cəmiyyətin böyük bir hissəsi bu rəsmlərin mənşəyini tanımır. Bəzən valideynlər belə uşaqlarının kimlərin şəkillərini daşıdığını bilmirlər. Bu cür geyimlər cəmiyyətdə normal hal alarsa, getdikcə bu simalar ideal obraz kimi qəbul olunmağa başlaya bilər.

Nə etməli?

Maarifləndirmə aparılmalıdır – məktəblərdə və ailədə gənclərə geyimdəki simvolların və şəkillərin mənası izah edilməlidir. Mədəni alternativlər yaradılmalıdır – yerli qəhrəmanlar, elm adamları, yazıçılar və müsbət obrazlar futbolka dizaynlarında yer ala bilər. Media və dizaynerlər məsuliyyətli yanaşmalıdır – məhsul üzərindəki mesajların cəmiyyətə necə təsir edəcəyini nəzərə almalıdırlar.

Nəticə

Geyim, şəxsiyyətin bir ifadəsi olsa da, bu ifadənin mənası və təsiri çox dərindir. Gənclərimizin kimlərə bənzəmək istədiyini anlamaq üçün onların geyindiklərinə diqqət yetirməliyik. Qəhrəman kimi təqdim edilən simalar, bəzən tam əks mənalı ola bilər. Cəmiyyət olaraq bu tendensiyanı izləmək və doğru istiqamət vermək bizim borcumuzdur.

Previous:
Next:

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.