19 iyun Atalar Gününü Azərbaycanda da kütləviləşdirmək yaxşı olardı

Mövqe

  Təqvimin əlamətdar günləri çoxdur. Bu günlərin hər  birinin öz yeri, öz zərurəti var.  Bunlardan biri də Atalar Günüdür.  Bu gün ilk dəfə  1910-cu ilin iyun ayının 19-da Amerikada qeyd edilb.

Vilyam Smart adlı amerikalı bir zabit  6 uşağını  anaları olmadan təkbaşına böyütmüşdü.  Anası Doddu dünyaya gətirərkən  dünyasını dəyişmiş, ata  balalrına sahib çıxmış, övladlarının həm atası,həm də anası olmuşdur. Bəlkə də Ana zəhmətinin, Ana  haqqının, Ana ülviyyətinin hansı dərcədə müqəddəs olduğunu  Smart qədər  ancaq  bu qayğıları çəkən,yaşayan adam  dəyərləndirə bilər. Amma Smartın əməyini,  övlada və ailəsinə olan  məhəbbətini  qızı Dodd hesaba ala bilmişdi.

O istəyirdi ki, onu böyüdüb bu yaşa çatdırdığı üçün atasına minnətdarlığını bildirsin. Amerikalı bu xanım həm də istəyirdi ki, atasına ehtiram olaraq başına gətirdiyi bu ideya bütün atalara aid olsun.

1966 cı ildə ABŞ prezidenti Lindon Conson iyun ayının üçüncü bazar gününü Milli Atalar Günü kimi qeyd olunmasını elan etdi.  Ənənəyə görə bu gün  imkanlı şəxslər təkbaşına uşaq böyüdən  atalara yardım edirlər. Sonra zaman keçdikcə  digər ölkələrdə də bu günü qeyd etməyə  başladılar.Əvvəlcə  Roma, Kosta-Rika, Cənubi Afrika, Kuba, Kolumbiya  bu  ənənəyə qoşuldu, daha sonra İrlandiya, Yaponiya, Malaziya,Malata, Meksika,Niderland, Filippin,Finlandiya, Böyük Britaniya, Sinqapur, Slovakiya,İsveçrə, Türkiyə və sair ölkələr  Atalar Gününü qeyd etməyə  başladılar.

 Azərbaycanda bu gün qeyd edilməsə də, insanların münasibəti çox müsbətdir.  Ailə bir körpüdr. Onun  bir ucu ananın çiyinlərindəsirsə, o biri ucu da atanın çiyinlərindədir.  Onları  fərqləndirmək, bir-birindən ayırmaq olmaz. Həyat göstərir ki, ailədə qarşılıqlı hörmət və etimad yüksək olarsa, həmin ailənin uşaqları sağlam və xoşbəxt olurlar. Onlar həyatda öz uğurlu yerlərini    əziyyət çəkmədən tapa bilmirlər. Onlar d valideynləri kimi  ailəcanlı, məsuliyyətli olurlar. Bİr mahnıda deyildiyi kimi, “əgər üzük yoxsa, qaşı neylərəm”. Bəli, ailə üzvlərindən  biri üzüksə,  o biri də  onun qaşıdır.  Hansının üzük, hansının qaş olması önəmli deyil. Önəmli olan bunların bir yerdə olması, birinin digərini tamamlamasıdır.

  Qoy ailələrin  zəhməti itməsin. Bütün  ata-analar bir yerdə ailə xoşbəxtliyini yaşasınlar.

Qeyd: Yazı internet məlumatlarına istinadən təqdim olunur və onu da qeyd dək ki, bu gün təqvimə görə fərqli günlərə təsadüf edir.