Tarixdə bu gün
İlin 183-cü (uzun illərdə 184-cü) günü
Mühüm hadisələr:
1918 — Azərbaycan Demokratik Respublikasında ilk polisi orqanı yaranmışdır.

1924 — Fransanın paytaxtı Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb.
1993 — Türkiyənin Sivas şəhərindəki ” Madımak ” hoteli terrorçular tərəfındən yandırılmışdır. Bu zaman hoteldə olan insanlardan 37-si yanaraq ölmüşdür.
Doğum günləri:

1938— Azərbaycan Respublikasının Əməkdаr elm xаdimi, Azərbaycan Tibb Universitetinin urоlоgiyа kаfedrаsının müdiri, AMEA-nın muxbir üzvü, professor
Sudeyif Bəşir oğlu İmamverdiyev Astara şəhərində müəllim аiləsində аnаdаn оlmuşdur.
1956-nı ildə Аstаrаdа оrtа məktəbi bitirərək, N.Nərimаnоv аdınа АTI-nin müаlicə-prоfilаktikа fаkültəsinə dаxil оlmuş və 1962-ci ildə оrаnı bitirmişdir.
1968-ci ildə Bаkıdа “Sidikliyin, prоstаt vəzinin və xаrici cinsiyyət üzvləricin şişlərində limfоqrаfiyа və sümükdаxili cаnаq flebоqrаfiyаsının rоlu” mövzusundа nаmizədlik, 1974-ci ildə isə (36 yаşındа) Mоskvаdа “Hər iki böyrək аrteriyаsının xəstəliyi zаmаnı vаzоrenаl hipertоniyаnın cərrahi müalicəsi” mövzusundа dоktоrluq dissertаsiyаsı müdаfiə etmişdir. Hər iki dissertаsiyаdа о dövrlər üçün ən yeni diаqnоstikа və müalicə üsullаrı tətbiq оlunub və tibbi ictimaiyyət tərəfindən rəğbətlə qаrşılаnıb.
1975-ci ilin yаnvаrındаn tibb elmləri dоktоru S.İmаmverdiyev Аzərbаycаnа qаyıdaraq Ə.Əliyev аdınа Аzərbаycаn Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kаfedrаsındа аssistent vəzifəsində işə bаşlаyır və Tibb İnstitutundа Urоlоgiyа kаfedrаsının аçılmаsı ücün çаlışır.
1975-ci ildə оnun təşəbbüsü və səyləri nəticəsində Аzərbaycan Tibb İnstitutundа Urоlоgiyа kаfedrаsı аçılır. 1976-nı ildə Urоlоgiyа kаfedrаsının dоsenti, 1977-ci ildə prоfessоru, 1990-cı ildən isə kаfedrаnın müdiri vəzifəsində çalışır.
S.İmamverdiyev urоlоgiyаnın müxtəlif prоblemlərinə həsr оlunmuş 280-dаn çox elmi məqаlələrin, 8 mоnоqrаfiyаnın, 5 dərs vəsаitinin, 1 metоdik vəsаitin, 1 dərsliyin, 13 səmərələşdirici təklifin və ixtirаnın müəllifidir.
Оnun rəhbərliyi аltındа 15 nаmizədlik, 3 dоktоrluq dissertаsiyаsı müdаfiə оlunub. 1 nаmizədlik dissertаsiyаsı ilkin müdаfiəyə hаzırlаnır, 3 dоktоrluq dissertаsiyаsı yаzılır. Оnun hаzırlаdığı аlimlər sırаsındа xаrci ölkə vətаndаşlаrı vаr.
О, 1993-nü ildə Аvrоpа Urоlоqlаr Аssоsiаsiyаsının həqiqi, 2000-ci ildə Gürcüstаn Urоlоqlаr Аssоsiаsiyаsının fəxri üzvü, 2001-ci ildə isə Аzərbaycan Milli Elmlər Аkаdemiyаsının müxbir üzvü, həmçinin 2005–ci ildə “SKV” Аzərbaycan Urоlоqlаr Аssоsiаsiyаsının və Türk Cümhuriyyətləri Аndrоlоqlаr Kоnfedаrаsiyаsının sədri seçilib.
Аlim elm sаhəsində göstərdiyi xidmətlərə görə 2000-ci ilin iyun аyındа Аzərbaycan Respublikаsının Prezidenticin fərmаnı ilə Şöhrət оrdeni ilə təltif edilmişdir. sаhəsində göstərdiyi xidmətlərə görə 2010-cu ildə Rusiyа Təbiət Elmləri Аkаdemiyаsının müxbir üzvü secilmiş, Elmi məktəbin yаrаdıcısı fəxri аdınа lаyiq görülmüş və cərrahi urоlоgiyаdа ixtirаçılıq və səmərələşdirici təklif vermək fəаliyyətinə görə “Nоbel” medаlı ilə təltif оlunmuşdur.

1953 — Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni Məhəbbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olmuşdur.
Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxumuşdur.
1976-cı ildən professional səhnədə çıxış edirdi. “Dan Ulduzu” ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülmüşdü.
27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

1971 — Milli Qəhrəman Kərim Kərimov Şərur rayonunun Qarahəsənli kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra Tümenə getmiş, Komandirlik məktəbinə daxil olmuşdur. Azərbaycan ağır günlərini yaşamağa başladığı vaxt Kərim azərbaycanlı gəncləri toplayaraq vətənə qayıtmağı, Qarabağa getməyi təklif edir, beləliklə 15 nəfər kursantla birlikdə vətənə qayıdırlar. Biləcəridə təlim keçdikdən sonra Goranboya yollanırlar.
İlk gündən cəbhədə “Tümendən gələn zabit” kimi tanınan Kərim bütün tapşırıqları itkisiz yerinə yetirə bilirdi. 1992-ci il 5 may tarixində Kərim quldurlar yuvası Talış təpəsinə qalxır, qızğın döyüşdə 40 erməni qulduru məhv edilir. 1992-ci il 6 may tarixində düşmən güclü əks hücuma keçir onlar mühasirəyə düşürlər. Kərim avtomatını döyüşçü dostuna verib qumbaratanla bir döyüş maşınını vurur. Kərim ikinci atəşi açmaq istəyəndə yaralanır əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə sıxır. Erməni işğalçıları onun və dostlarının cəsədlərini götürüb aradan çıxırlar. 12 iyun 1992-ci ildə kəndləri ermənilərdən təmizləmək üçün yeni hücumlar başlayır, Kərimin atası və əmisi də döyüşlərdə iştirak etməyə başlayırlar. 16 iyun döyüşçülərimizin tutduğu iki erməni əsiri Kərimin ferma yaxınlığında basdırıldığını deyir. Onun cəsədi aşkar edildikdən sonra Naxçıvana yola salınır. 5 may 1992-ci il Goranboy cəbhəsində qəhrəmancasına həlak olmuş Kərim 17 iyun 1992-ci il tarixində doğma kəndi Qarahəsənlidə torpağa tapşırılır.
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 1992-ci il tarxili 193 saylı fərmanı ilə Kərimov Kərim Məhəmməd oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına verilir.
Qarahəsənli kəndində qəhrəmanımızın büstü qoyulub. Goranboy və Şərur rayonlarında adına məktəb var.

1962 — Milli Qəhrəman Ramiz Qəmbərov Şuşa şəhərində anadan olmuşdur.
1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır.
1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun komandiri olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılmış və bu döyüşdə cəsur komandir ağır yaralanmışdır. Bir gün sonra, 30 aprel 1992-ci ildə o dünyasını dəyişmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ramiz Qəmbərov Şuşa şəhərində dəfn edilmişdir.
Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Ramiz Qəmbərov haqqında rejissor Kəmalə Musazadənin quruluşunda “Şuşalı şəhid” adlı film çəkilmişdir.
Vəfat etmişdir:

1982 – Nəğməkar şair, tərcüməçi Ələkbər Ziyatay (tam adı: Ələkbər Həsən oğlu Cəfərov) 68 yaşında vəfat etmişdir.
Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulmuşdur.
1930 –cu ildə Gəncədə yeddiillik şəhər məktəbini bitirib, inşaat texnikumuna daxil olmuşdur. Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyl oyanır. 1933-cü ildə texnikumu tamamlayaraq, APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il “Ədəbiyyat qəzeti” redaksiyasında Poeziya şöbəsinin müdiri təyin olunur (1937–1940).
Ələkbər Ziyatay 1940–1941-ci illərdə Qiyabi Pedaqoji İnstitutda baş müəllim, 1941–1950-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib, eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir.
1950–1959-cu illərdə Bakıda Azərbaycan Dövlət Nəşriyyatında redaktor , 1959–1968-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında poeziya şöbəsinin müdiri işləmişdir. 1968-ci ilin yanvarından ədəbi fəaliyyətlə məşğul olmuşdur.
1973-cü ilin dekabrında fərdi təqaüdə çıxmışdır.
Gəncə küçələrindən biri onun adını daşıyır.

1990 — Görkəmli xalq şairi Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov 85 yaşında vəfat etmişdir.
Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926–1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932–1935), Bakı Teatr texnikumunda müdir (1939–1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.
Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır. Həmin ildə “Gənc işçi” qəzetində “Ayaqsız” adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin “Dəmir sətirlərim” adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.

1992— Azərbaycanın Milli Qəhrəmanı Şikar Davud oğlu Beybala AslanovVətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini doğma kəndlərində almışdır.
1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılıb. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunub. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanıb. Xocavənd rayonunda gedən döyüşlərdə hünər göstərib.
1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur.
Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəman adına layiq görülmüşdür.

1999 — Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri iqtisad elmləri namizədi Şövkət Şahbaz qızı Səlimova 78 yaşında vəfat etmişdir.
Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur.
1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir.
İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur.
1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda Siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında İctimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir.
Bayramlar və xüsusi günlər:

2 iyul Azərbaycan Polisi Günü kimi qeyd olunur.
Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi.
Əvəzində “milis” adlandırılan bir qurum yaradıldı. Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan daha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi. Sovet milisi mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynamışdır.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur.
Azərbaycan polisinin neçə-neçə əməkdaşı Milli Qəhrəman adına layiq görülmüş , müxtəlif orden və medallarla təltif olunmuşdur. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Prezident H. Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günu kimi qeyd olunur.
Bu gün İdman Jurnalistləri Günüdür.
Hər il 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur. Məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb.
1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın artıq 86 yaşı tamam olur. Assosiasiyaya 150-dən artıq ölkənin milli təşkilatı üzvdür.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.