4 iyul

Tarixdə bu gün

İlin 185-ci (uzun illərdə 186-cı) günü.

Mühüm hadisələr:

1918 – Bolşeviklər Rus Çarı II Nikolayı və ailəsini öldürdülər.

Doğum günləri:

1949 – Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Komparativistika və bədii tərcümələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Şəfəq Əlibəyli şair Ənvər Əlibəylinin ailəsində anadan olmuşdur. Bakı şəhəri 190 saylı orta məktəbi bitirdikdən sonra BDU-nin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsində ali təhsil almışdır.

1971-1973-cü illərdə Əfaqanıstanda Kabil Politexnik İnstitutunda tərcüməçi işləmişdir.

1973-cü ildən AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində elmi fəaliyyətə başlamışdır.

1985-ci ildə Gürcüstan Dövlət Universitetində “Fars dilində antonimlərin struktur-semantik təsnifatı”mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1989-1990-cı illərdə də Marksizm-Leninizm Universitetinin Milli münasibətlər fakültəsində təhsil almışdır.

Şəfəq Əlibəyli elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı müəllimi işləmişdir.

2004-cü ildən başlayaraq Ş.Əlibəyli həm də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Komparativistika və bədii tərcümə” şöbəsinə rəhbərlik edir.

O, hərbi- tərcüməçi ixtisası üzrə ehtiyatda olan zabitdir.

Ş.Əlibəylinin farsdilli ədəbiyyatdan etdiyi tərcümələr bir sıra konfranslarda səslənmiş və müxtəlif məcmuələrdə dərc olunmuşdur. Bir sıra şeirlərinə nəğmələr bəstələnib.

N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında “Quruluşçu rəssam” ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri “Oqtay Eloğlu”, “Dağılan tifaq”, “Bahalı oğlan” və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin “Afət”, İ.Karaçalının “İtirilmiş məktub”, A.Abdulinin “13-cü sədr” əsərlərinə uğurlu tərtibatlar vermişdir.

Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin “Səhnədə məhəbbət”, O.Rəcəbov, A.Babayevin “Əlin cibində olsun”, R.Mustafayev, C.Məmmədovun “Məsmə xala dayımdır”, R.Əkbərin “Bəydullanın möhtəşəm toyu”, S.Fərəcov, R.N.Güntəkinin “Bir günlük siğə” musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.

Ümumən 28 illik iş stajına malik rəssam 60-dan artıq teatr tamaşasının, 14 televiziya filminin quruluşçu rəssamı olmuşdur. N.Səmədov hal-hazırda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir.

1960 — Azərbaycanın Milli Qəhrəmanı Tabil Qasım oğlu Həsənov Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur.

1977-ci ildə burada məktəbi bitirmişdir. 1980-cı ildə hərbi xidmətə çağırılmışdır. Daha sonra o Xocalının Kosalar kəndində rabitə şöbəsində işləməyə başlayır.

1991-ci il 15 dekabr erməni  qəsbkarları Cəmilli kəndinə hücuma keçəndə Tabil təkbaşına onların qarşısını kəsmiş,düşməni ağır təlafata uğrarmışdır. Bu qələbədən sonra ona el arasında “Qırxız qartalı” adlandırmışdılar. 1992-ci il 29 mart erməni qəsbkarları Kosalara hücum etdilər. Saatlarla davam edən döyüşdə 53 erməni faşisti öldürülür: onların 12-ni “Qırxız qartalı” Tabil  öldürmüşdü. Lakin bu onun son döyüşü oldu. Tabil özü də bu döyüşdə qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Tabil Qasım oğlu Həsənov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Xocalı rayonunun Kosalar kəndində dəfn edilmişdir.

1972 —Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti,  Xalq artisti Nəzakət Xosrov qızı Teymurova Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gəlib.

1991-1995-ci illərdə Asəf Zeynallı adına Musiqi məktəbində Nəriman Əliyevin sinfində oxuyub.

1995-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, Xalq artisti professor Arif Babayevdən dərs alıb. Elə həmin ildən də

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk rolu “Leyli və Məcnun”-da Leyli olub.

Hazırda bir çox muğam operalarında aparıcı patiyaları-“Aşıq Qərib”də( Şahsənəm), “Gəlin qayası”nda (Gülbahar),”Şah İsmayıl”da (Ərəbzəngi), “Natəvan”da (Müğənni qız), “Koroğlu”da (Xanəndə qızı) böyük ustalıqla rolları ifa edir.

Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir.

Azərbaycan Milli Konservatoriyası və Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olur.

Vəfat etmişdir:

 1958 — Böyük istiqlalçı, əfsanəvi partizan, “Qırmızı tabor”un komandirlərindən biri olmuş Tağı Mahmud oğlu İsmayılov 71 yaşında vəfat etmişdir.

Tağı İsmayılov 1887-ci ildə Naxçıvanın Şərur mahalının  Atası onu   Çomaxtur kəndində olan molla məktəbinə deyil, inqilabçı baxışlarına görə Qafqaza sürgün edilmiş maarifçilərdən olan Vanya Petroviçin qonşu Yengicə kəndində təşkil etdiyi “rus –tatar” (“Rus-Azərbaycan”) məktəbinə qoyur.

Tağı ilk gündən şagird qabiliyyəti və cəsarəti ilə müəlliminin diqqətini çəkir. Rusiyaya qayıtmalı olan Vanya Petroviç  Tağını da özü ilə Armavirə aparır.

Tağı Şimali Qafqazda Armavir dəmir yol çəkilişində desyatnikliyə, mühəndis köməkcisi vəzifəsinə qədər yüksəlir.1902-ci ildə Naxçıvan-İrəvan dəmir yolunun inşasında iştirak etmişdir. Rusiyanın hərbi qüvvə və texnikasını daşımaq üçün çəkiləcək Şaxtaxtı-Maku-Bəyazid dəmir yolunun tikintisində işləyərkən əsgərlər arasında təbliğat işi apararaq, “Şahtaxtı fəhlə, kəndli və əsgər soveti”nin yaradıcılarından (1917), 1918-1919-cü illərdə Şərur mahalına basqın edən daşnaklara qarşı döyüşçü dəstələrinin təşkilatçılarından olmuşdur.

Onun komandiri olduğu partizan dəstəsi 1920-ci il iyulun 28-də Dərələyəz dərəsindən Şərur mahalına hücum edən daşnak quldur dəstəsinə qarşı döyüşlərdə xüsusiilə fərqlənmiş və bu döyüşlərdə Tağı İsmayılov böyük qəhrəmanlıq nümunələri göstərmişdi.

1920-1922-ci illərdə Abbasqulu bəy Şadlinskinin “Qırmızı tabor”un komandirlərindən idi.

Sovet dövründə bank, kooperasiya və taxıl tədarükü kombinatı strukturlarının təşkilatçılarından və rəhbərlərindən olmuşdur.

Böyük vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə, sərəncamında olan taxıl ehtiyatlarını yaxşı və itkisiz saxladığına görə  dəfələrlə mükafatlandırılmışdır.

2017 — 14 aylıq körpə Zəhra Elnur qızı Quliyeva Ermənistan Silahlı Qüvvələrinin  hücumu zamanı  qətlə yetirilmişdir.

Zəhra Quliyeva 2015-ci ildə Füzuli rayonunun Alxanlı qəsəbəsində Elnur və Təhminə Quliyevlərin ailəsində anadan olub.

2017-ci il iyulun 4-də saat 20.40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirildi. Habelə, atəş nəticəsində Sərvinaz Quliyeva yaralandı və xəstəxanaya çatdırılaraq əməliyyat edildi.

Hadisəyə  o zaman ölkə cəmiyyəti və  beynəlxalq təşkilatlar sərt reaksiya vermişdilər. Hadisə ilə bağlı dərhal beynəlxalq qurumlar məlumatlandırılmışdı. Türkiyə və Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın təxribatı nəticəsində 2 mülki vətəndaşın ölməsini şiddətlə qınamışdı. Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentinin və Avronest PA-nın üzvlərinə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx yaşadığı Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində kənd sakinləri 50 yaşlı Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması ilə əlaqədar müraciət ünvanlamışdı.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.