Nostalji

Heyhat! Niyə qəlbimdəki odlar
Sönmür, yenə sönmür, yenə sönmür?
Gəl, sanma bu yanmaqdan usandım.
Mahnı sözləri

Bəzən təbiət sanki insanın iç dünyasını oxuyur. Və ya əksinə – bəlkə də insan öz içindəki iqlimi, təbiətin havasına uyğunlaşdırır… Bunu kim bilir? Amma bir həqiqət var: istilər içimizdəki hərarətlə birləşəndə, proletariat – yəni, sadə insan, alın təri ilə yaşayan, kölgəsini belə, paylaşan adam – artıq özü baş qoymağa yer tapa bilmir 😅.Küçədə asfalt yanır, evdə sərinkeş fırlanmaqdan huşunu itirib. Amma bu, təkcə havanın istisi deyil. Bu – maaşın yetməməsinin, qazın, işığın, market qəbzlərinin istisidir. Bu – qışda keyfiyyərli istilik tapmayan, yayda sərinlik görməyən adamın ömrünə yığılmış ehtiyac havasıdır.Bu havalar yazı yazmaq üçün də bir az əzazil gəlir, amma deyirlər, isti də ilhamın bir parçasıdır…Amma hər yerdə olduğu kimi, havada da Orta hədd insan üçün ən gözəlidir. İstidə bədən yanır, soyuqda can buz kəsir… Amma o arada — nə çox isti, nə də çox soyuq olanda — sanki həyat da nəfəs alır, adamın ruhu da…Təbiət də sanki bizi xəbərdar edir: “Hər şey öz yerində gözəldir”. Amma bu aralar o yerini bir az itirib… İstilik dərəcəsi sanki “çəkilin, mən gəlirəm” deyir.Əgər insanın şəxsi dünyasındakı iqlim — yəni, əhvalı, daxili balansı, həyat şəraitinin temperaturu — təbiətdəki ekstremal iqlimlə paralelləşirsə, o zaman doğrudan da, proletariatın baş qoymağa yeri qalmır… 😅Çünki:
- Təbii isti nəfəs aldırmır,
- Daxili isti — yəni sıxıntı, qayğı, dolanışıq dərdi — dinc qoymur,
- Sərinlik hardasa varsa, o da imtiyazlı təbəqənin kondisionerli ofisindədir…

Bəzən təbiət sanki insanın iç dünyasını oxuyur. Və ya əksinə – bəlkə də insan öz içindəki iqlimi, təbiətin havasına uyğunlaşdırır… Bunu kim bilir? Amma bir həqiqət var: istilər içimizdəki hərarətlə birləşəndə, proletariat – yəni, sadə insan, alın təri ilə yaşayan, kölgəsini belə, paylaşan adam – artıq özü baş qoymağa yer tapa bilmir 😅.
Küçədə asfalt yanır, evdə sərinkeş fırlanmaqdan huşunu itirib. Amma bu, təkcə havanın istisi deyil. Bu – maaşın yetməməsinin, qazın, işığın, market qəbzlərinin istisidir. Bu – qışda keyfiyyərli istilik tapmayan, yayda sərinlik görməyən adamın ömrünə yığılmış ehtiyac havasıdır.
Bu havalar yazı yazmaq üçün də bir az əzazil gəlir, amma deyirlər, isti də ilhamın bir parçasıdır…
Amma hər yerdə olduğu kimi, havada da Orta hədd insan üçün ən gözəlidir. İstidə bədən yanır, soyuqda can buz kəsir… Amma o arada — nə çox isti, nə də çox soyuq olanda — sanki həyat da nəfəs alır, adamın ruhu da…
Təbiət də sanki bizi xəbərdar edir: “Hər şey öz yerində gözəldir”. Amma bu aralar o yerini bir az itirib… İstilik dərəcəsi sanki “çəkilin, mən gəlirəm” deyir.
Əgər insanın şəxsi dünyasındakı iqlim — yəni, əhvalı, daxili balansı, həyat şəraitinin temperaturu — təbiətdəki ekstremal iqlimlə paralelləşirsə, o zaman doğrudan da, proletariatın baş qoymağa yeri qalmır… 😅
Çünki:
• Təbii isti nəfəs aldırmır,
• Daxili isti — yəni sıxıntı, qayğı, dolanışıq dərdi — dinc qoymur,
• Sərinlik hardasa varsa, o da imtiyazlı təbəqənin kondisionerli ofisindədir…

İsti havalar insanı yalnız fiziki olaraq əldən salmır – ruhun da nəfəsi daralır. Günorta saatlarında pəncərədən içəri sızan günəş şüaları bəzən parıltı yox, sanki xəbərdarlıq kimi gəlir: “Yanıram, sən də yanırsan”.
İstidə onsuz da istənilən cisim öz formasını dəyişir – metallar da əyilir, plastiklər də yumşalır. İnsanın da dözümü, psixoloji sabitliyi, səbr ehtiyatı əriyir. Sükut sarsılır, səbr göynəyir. Əsəblər nazikləşir, sanki hamı içindəki istidən çıxıb çölə axır…
İnsan bədəninə 37 dərəcə uyğun deyirlər, amma bəs ruhuna neçə dərəcə uyğundur? Axı insanın içində də bir “hava” var – onu da qorumaq, onu da soyutmaq, onu da isitmək lazımdır. Həm təbiətin havası, həm də həyatın havası.
Ən dəhşətlisi isə odur ki, bu istilərə alışmaq olur, amma bu ədalətsiz bərabərsizliyə alışmaq olmur. Günəş eyni cür doğur, amma onun altında kimisi günəş eynəyini taxıb hovuz kənarında sərinləyir, kimisi isə gündəlik çörək dalınca tozlu yolları ayaqyalın keçir…
Və sonda – bəlkə də yay fəslini sevənlər haqlıdır. Çünki bu istilər, bu yanan torpaq, bu parlaq günəş – həm də gerçəkləri daha aydın göstərir. İstidə paltar yalan danışa bilmir, pəncərə susmur, səbir özünü gizlədə bilmir. Hamı – kimdirsə odur, nədirsə açıqda qalır…
