Baş redaktor
Qax Rayon Cəfər Cabbarlı adına Mərkəzi Kitabxananın əməkdaşı Aytən xanım Məhyəddinovanın , Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının əməkdaşı Pərvanə Bayramqızının simasında Azərbaycanın kitabaxana sisteminin bütün əməkdaşlarına ehtiramla…

Bu gün dünyada kitab sevənlərin, oxucuların və kitabxanaçıların bayramıdır — Beynəlxalq Kitabsevərlər Günüdür. ABŞ-da başlayıb bütün dünyaya yayılan bu əlamətdar gün bir ənənə ilə qeyd olunur: insanlara kitab hədiyyə etmək. Kitab — bilik, maarif və mədəniyyətin ən dəyərli xəzinəsidir. Bizim cəmiyyətimizdə bu xəzinəni qoruyub saxlayan, ona qulluq edən və gələcək nəsillərə ötürən insanlar var — Kitabxanaçılar. Onlar az maaşla, amma böyük insanlıq nümunəsi göstərərək minlərlə oxucunun dünyasını zənginləşdi rirlər. Onlar sinif otağı olmayan müəllimlər, bilik dənizində bələdçilərdir.

Kitabxanaçılar elə insanlardır ki, Linton Weeks-in dediyi kimi, qlobal məlumat dalğaları içində bizə üzməyi öyrədən flotasiya alətlərini verirlər. Onlar Patrick Ness-in təsvir etdiyi kimi bütün biliklərə aparan bələdçilər, Jarrett J. Krosoczka-nın dediyi kimi məktəbin ürəyini döyündürən ruh, Salman Haider-in söylədiyi kimi hikmət və bilik zənginliyini açan sirli açar sahibidir.

Beynəlxalq Kitabsevərlər Günü münasibətilə bütün kitabxanaçılarımıza dərin təşəkkürümüzü bildiririk. Sizin fədakarlığınız, zəhmətiniz və bilik işığında yol göstərməyiniz cəmiyyətimiz üçün əvəzsizdir. Sizin əllərinizdə kitablar yalnız kağız toplusu deyil, onlar zəkadır, gələcəyimizin işığına çevrilir.
Bayramınız mübarək, hörmətli kitabxanaçılar!
