Tarixdə bu gün

İlin 258-ci günü (uzun illərdə 259-cu)

İlin sonuna 107 gün qalır.

Mühüm hadisələr:

1514 – Osmanlı ordusu Təbrizi tutmuşdur.

1918 – Bakı Qafqaz-İslam Ordusu tərəfindən daşnak və eserlərdən azad olunaraq Azərbaycanın paytaxtı elan edilmişdir.

2004 – Astanada Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Robert Köçəryan ilə təkbətək görüşü olmuşdur.

2011 — Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur.

Doğum günləri:

1914 – Görkəmli türk yazıçı Orxan Kamal Türkiyənin Ceyxan şəhərində anadan olmuşdur.

Orhan Kamal  kasıbların, tələbələrin,  bir sözlə,  sadə  insanların həyatına dair hekayələr və romanlar yazmış və insan-cəmiyyət münasibətlərinin həqiqətlərini əks etdirmişdir.  O, 27 romanın və  hekayələr, xatirələr, təhlillər, oyunlar, müsahibələr olan 19 kitabın müəllifidir.

“Ata  evi”, “Bərəkətli  torpaqlar üzərində”, “Dövlət quşu”, “Yad qızı”,” Dünya evi “, “El qızı “, “Qürbət quşları ” və romanların müəllifidir.

2 iyun 1970-ci ildə Sofiyaba vəfat etmişdir.

1916 – Sovet  İttifaqı  Qəhrəmanı   Abbas Şahbaz oğlu Quliyev  Naxçıvan  Muxtar Respublikasının Babək rayonunun  Şəkərabad  kəndində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji texnikumunda təhsil almış, 1937-ci ildə təhsilini başa vuraraq  Naxçıvana qayıtmışdır. O, teatr sənəti ilə maraqlanmış, özfəaliyyət dərnəklərinin iştirakçısı olmuşdur.

1941-ci ildə Sovet Ordusuna çağırılmış, Sumı topçuluq məktəbini bitirmişdir. Kapitan A.Ş.Quliyev Dneprdən Visla çayına qədər döyüş yolu keçmişdir. 1944-cü ilin avqustunda Polşa torpağında o, öz topçuları ilə birlikdə xüsusi tapşırığı yerinə yetirərək düşmənin diqqətini yayındırıb Visla çayının sağ sahilinə keçmiş, sonra isə üç gün ərzində faşistlərlə qeyri-bərabər döyüş aparmaqla sovet qoşunlarının maneəsiz çayı keçməsi və düşməni darmadağın etməsinə şərait yaratmışdı.

1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O vaxtlar “İzvestiya” qəzeti bu münasibətlə yazmışdı: “Naxçıvan teatrı A. Quliyevin şəxsində müvəqqəti də olsa səhnə xadimini itirsə də, Sovet Ordusu onun simasında bacarıqlı və fədakar zabit əldə etmişdi”.

Kapitan A.Quliyev müharibə qurtardıqdan sonra, 1945-ci ildə hərbi xidmətdən tərxis olunmuş və Naxçıvanda rəhbər vəzifələrdə işləmişdir.

 1943 — Görkəmli  kinorejissor, Xalq artisti, Azərbaycan Respublikası Dövlət Mükafatı  Laureatı Xamis Bəkir oğlu Muradov Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur.

Yeddiilik məktəbi bitirdikdən sonra 14 saylı sənət məktəbinə gedi. 14 yaşında Bakıya gələrək 72 nömrəli məktəbə gedib.

 1962-1966–cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda oxumuşdur.

1969-1971-ci illərdə Moskvada fəaliyyət göstərən ali rejissorluq və ssenarist kurslarında təhsil almışdır.

1966-cı ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlamışdır. 50-dən çox sənədli filmin rejissoru, eyni zamanda 20-yə yaxın filmin ssenari müəllifidir.

1988-2001-ci illərdə “Salnamə” studiyasına rəhbərlik etmişdir.

 2002-ci ilin əvvəlindən 2011-ci ilin axırlarınadək C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışmışdır.

Vəfat etmişdir:

Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının mə’sul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.

1989-cu ildən Professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır

1995-ci ildə “Şöhrət ordeni” ilə təltif olunmuşdur. Bakı Musiqi Akademiyasında “xor dirijorluğu” kafedrasına rəhbərlik etmişdir.

2007 —Azərbaycan  Respublikasının  Xalq rəssamı , Dövlət Mükafatı Laureatı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev 81 yaşında vəfat etmişdir.

Elbəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin Rəssamlıq fakültəsinə daxil olmuşdur.Təhsilini başa vurub, 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlamışdır. Bundan sonra onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir: rəngkar və kino rəssamı.

1960-cı ildə Bakıda, 1960-1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və sənətsevərlərin diqqətini özünə cəlb etmişdir. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə “Şöhrət” ordeninə layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur.

Yaratdığı əsərlərdən “Daşkəsənin gənc inşaatçıları”, “Əli Bayramlı DRES-i”, “İnsanların torpağı”, “Çiçəklər arasında”, “Qırmızı və ağ qızıl güllər”, “Xəncər və məişət əşyalarından ibarət natürmort”, “Tac-Mahal”, “Yaponiya silsiləsi”, “Əmək adamları”, “Ana”, “Montajçılar”, “Kənddə” və digərləri böyük maraqla qarşılanmışdır. “Sevil”, “Arşın mal alan”, “Görüş”, “Ögey ana”, “Onun böyük ürəyi”, “Bir məhəlləli iki oğlan”, “Telefonçu qız”, “Uşaqlığın son gecəsi” və s. kinofilmlərin rəssamı olmuşdur.

Bayramlar və xüsusi günlər:

15 sentyabr ölkəmizdə Bilik Günü — ali, orta və ümumtəhsil məktəblərində dərslərin başlandığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

15 sentyabr  Beynəlxalq Demokratiya Günüdür.

BMT Baş Məclisi tərəfindən 2007-ci ildə təsis edilmiş Beynəlxalq Demokratiya Günü hər il sentyabrın 15-də qeyd edilir. Həmin gün yeni və bərpa edilmiş demokratiyaların I Beynəlxalq konfransının 2008-ci ildə qeyd edilən 20-ci ildönümünə həsr olunmuşdur.

BMT dövlətlərə, habelə regional, hökumətlərarası təşkilatlara və qeyri-hökumət qurumlarına yeni bayramı dünyada demokratiyanın vəziyyətinə diqqət yetirmək imkanı kimi qəbul etməyi təklif etmişdir.

BMT hökumətlərin demokratiyanın təşviq edilməsi və möhkəmləndirilməsi üzrə səylərini dəstəkləyən fəaliyyətini Nizamnaməyə uyğun və yalnız BMT-nin üzvü olan müvafiq dövlətlərin konkret xahişi əsasında həyata keçirir.

Beynəlxalq Demokratiya Günü adətən müxtəlif maarifləndirici tədbirlər – mühazirələr, seminarlar, “dəyirmi masa”lar təşkil edilir. Bundan əlavə, həmin gün münasibətilə demokratiya mövzusunda informasiya materialları – qəzetlər, vərəqələr və kitabçalar hazırlanır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!