
Torpaq uğrunda ölən varsa, Vətəndir!
Baş redaktordan
27 sentyabr Xalqımız üçün Anım Günüdür. Şərəf tariximizi qanları ilə tarixə həkk etmiş şəhidlərimizin Anım Günü. Xalqımız bundan sonra da zəfərli tarixlərini qeyd edəcək, hələ qazanacağımız çox Zəfər var. Amma Qarabağ müharibəsi ilə bağlı faciələrdə başımıza gələn dəhşətli taleyimizi də heç vaxt unuda bilmərik. 1992-ci ildə Xalqımza qarşı həyata keçirilən Xocalı soyqırımı zamanı ermənilərin gestapo əməllərinə baxın:

27-28 fevral tarixlərində erməni faşistləri həlak olmuş həmvətənlərimizin cəsədlərini təhqiramiz şəkildə traktorun çalovuna yığırlar. Bu, bizim anaların, bütövlükdə xalqımızın sinəsinə çəkilmiş çalın-çarpaz dağdır. Kişnərtisi kəsilməyəcək dağ…










Öz doğma torpağında 30 il vağonlarda, uçuq-sökük yardımçı təsərrüfat binalarında, bağça və yataqxanalarda yaşamağa məhkum edilmiş qarabağlı qardaş və bacılarımızın, oyun yerləri əllərindən alınmış on minlərlə uşağın niskilini sözlə necə ölçüyə gətirmək olar? Bunlar üstündən illər keçsə də, unudulası deyil və unudulmayacaq da.

Bu, bizim nankor qonşularımız tərəfindən başımıza gətirilən faciələrin tarixidir… Amma xalqımız heç vaxt tarixi Zəfərə və Qayıdışa ümidini heç vaxt itirmədi.
Ölkə başçısı cənab İlham Əliyyevin uğurlu siyasəti, qətiyyəti və müdrikliyi nəticəsində biz Zəfər tarixinə yol başladıq. Müzəffər ordumuz Ali Baş Komandanın əmri ilə Vətənimizi işğaldan azad etməyə başladı.
2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini Müzəffər Milli Ordumuz hərbi-siyasi yolla 44 günə bitirdi.
“… Müzəffər Azərbaycan ordusu qarşısında tab gətirməyərək ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistanla aparılan müharibə ərzində əsgər və zabitlərimizin rəşadəti, şəhidlərimizin qanı ilə düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri, məğlubedilməzlik mifləri cəsarətlə dağıdılaraq 2020-ci ilin 3 oktyabr tarixində Suqovuşanın azad edilərək tarixi adına qovuşması, 4 oktyabrda Cəbrayıl rayonu, 9 oktyabrda Hadrut qəsəbəsi, 17 oktyabrda Füzuli rayonu, 20 oktyabrda Zəngilan rayonu, 25 oktyabrda Qubadlı rayonu və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilməklə müharbənin taleyi əsasən həll olunmuşdur. Ümumilikdə döyüş əməliyyatları nəticəsində müzəffər Azərbaycan Ordusu tərəfindən 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri hərbi yolla işğaldan azad edilmişdir. Bununla yanaşı düşmənin məğlubiyyəti ilə Moskvada imzalanan tarixi Bəyanata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatlar tam dayandırılmış, 1 dekabradək Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
Beləliklə dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan bu Zəfərlə Azərbaycan, faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən belə 2020-ci il noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu dekabrın 1-də isə Laçın rayonunu işğaldan azad edərək dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi.
Milli Ordumuz rəşadətili həmlələri ilə düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri, məğlubedilməzlik mifləri cəsarətlə dağıdılaraq 2020-ci ilin 3 oktyabr tarixində Suqovuşanın azad edilərək tarixi adına qovuşması, 4 oktyabrda Cəbrayıl rayonu, 9 oktyabrda Hadrut qəsəbəsi, 17 oktyabrda Füzuli rayonu, 20 oktyabrda Zəngilan rayonu, 25 oktyabrda Qubadlı rayonu və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilməklə müharbənin taleyi əsasən həll olunmuşdur. Ümumilikdə döyüş əməliyyatları nəticəsində müzəffər Azərbaycan Ordusu tərəfindən 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri hərbi yolla işğaldan azad edilmişdir. Bununla yanaşı düşmənin məğlubiyyəti ilə Moskvada imzalanan tarixi Bəyanata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatlar tam dayandırılmış, 1 dekabradək Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
Beləliklə dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan bu Zəfərlə Azərbaycan, faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən belə 2020-ci il noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu dekabrın 1-də isə Laçın rayonunu işğaldan azad edərək dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi…”.
Bu gün Anım Günüdür. Anım günü şəhidlərimizə təsimiyyətimizin ifadəsidir. Artıq 4 ildir ki, xalqımız bizə bu Zəfəri, bu fəxarəti bəxş etmiş və bu amal uğrunda şəhid olmuş əsgər və zabitlərimizi minnətdarlıqla xatırlayır, ölməz ruhlarına dualar edir. Bu münasibətlə ölkəmizin hər yerində Anım tədbirləri keçirilir. Südağızlı körpələr, məktəbyaşlı uşaqlar şəhid abidələri önünə toplaşıb əbədi dirilərin xatirəsini təzə-tər çiçəklərlə yad etdilər və and içirlər:
-Biz Sizdən öyrəndik qəhrəmanlığı…












































