Baş redaktordan

1. İdarəetmə hər şeyi düzgün etmək sənətidir. Liderlik doğru şeyi etmək sənətidir.
Peter Drucker, amerikalı pedaqoq
2. Liderlik insanlara öz ideyalarını həyata keçirmək imkanı vermək sənətidir.
Set Qodin, amerikalı yazıçı, marketinq eksperti,
3. Liderlik lider olmaq ilə eyni deyil. Lider olmaq zəhmət, şans və ya daxili siyasət nəticəsində əldə edilən ən yüksək standartları qorumaq deməkdir. Bununla belə, liderlik tələb edir ki, insanlar sizi güclü bir istəklə izləsinlər – məcburi olduqları və ya ödənildiyi üçün deyil, istədikləri üçün.
Simon Sinek, amerikalı müəllif və məruzəçi

15 oktyabr 2003-cü ildən düz 22 il keçdi. Cənab İlham Əliyev xalqının önündə ümidli sabahlara aparır onları. İnamımız dövlətimizin dünya dövlərləri düzənində malik olduğu layiqli yerdir.
Əsl Lider lideri olduğu xalqı müharibələrdən , göz yaşlarından xilas də bilən liderdir. Ölkəmizdə müharibə gedib. Yenicə çıxmışıq onun xofundn. Amma düşmən düşmənliyində qalır, fürsət gözləyir. Ən adi elementlərdən bəhanə kimi istifadə edib vaxtı uzadır, nəyəsə ümid edir, hansısa fürsəti axtarır. Bizim PRezidentimiz bunu bütün dəqiqliyi ilə bilir, ölkəsinin müdafiə qabiliyyətini gücləndirir, dünya xalqları arasında xalqımıza etimad qalası ucaldır, kimsə bu qaladan tullanıb Azərbaycan səmtə baxmaq istəsə, peşman olacaq, həmin an “dəmir yumruq” başında olacaq.
Azərbaycan eyni zaman dinamik inkişafını davam etdirir. Bir vaxt Ümummilli lider Heydər Əliyev uzaqgörənliklə demişdir ki, Azərbaycan dünyaya Günış kimi doğacaq. Artıq bu bu xəyal, arzu gerçəkləşir.
Hörmətli Prezidentimizə Anaveushaq.wordpress.com saytının oxucuları adından uzun ömür , cansağlığı və xalqımızın, ölkəmizin səadəti naminə müdrik siyasətində uğurlar arzulayırıq. 2023cü ildə biz bu xüsusda saytımızda arzularımızı ifadə etmişdik (Bax: https://anaveushaq.wordpress.com/2025/10/16/ilham-eliyev%c9%99-generalssimus-ali-h%c9%99rbi-rutb%c9%99si-verilsin-v%c9%99-susada-s%c9%99r%c9%99fin%c9%99-abid%c9%99-ucaldilsin/).
Həmin yazıdakı şəkillərin bəzilərini sizə təqdim etməklə, bir neçə yeni şəkillə rəğbətimizi bird aha bəyan edirik.








