Fotoqalereya

Rəqs etmək əsl plastikadır – hərəkətin rəvanlığını, ifadəliliklə səciyyələnən gözəllik və ahəngdarlığını nümayiş etdirir. Vücudla zərif hərəkətlərin harmoniyasında duyğuları ifadəetmə sənətidir. Birmənalı olaraq bu ahəngdarlığın yaradıcıları qadınlardır. Kişilər ha çalışsalar da, onların hərəkəti plastikadan daha çox idman çevikliyi assosiasiyasını andıracaq. Olsun ki, cəngini, yallını kişilərin ayağıa yazaram. Amma qalan rəqslərin yaratdığı gözəllikqadınlara məxsusdur. Demək istədiyim budur ki, paylaşmamdan bu hiss agah olsun ki, ağ leylək öz sevgilisi üçün rəqs edir. Bu bəy nə bəxtəvər bəymiş… Bəli, ağ leyləklər sevgililəri üçün rəqs edən quşdur. Rəqs onların həyat dövrünün, başqa sözlə, təbii davranışlarının bir hissəsidir. Daha çox rahat və şən olanda, eləcə də cütləşmə öncəsi sevinc ifadəsi kimi hisslərini belə də paylaşırlar. Ümumiyyətlə, ağ durna özünə tərəf cəlb etmək üçün rəqs etməklə tanınır. Durnalar cüt və ya qrup halında rəqs edə bilər. Rəqsə yay kimi gərlmək, sıçrayış, qaçış və dövrə daxil ola bilər. Bir çox mədəniyyətdə durna rəqsi uzunömürlülük və firavanlıq simvolu hesab olunur.










Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.