Mövqe

Eşqi gözdən salma var,
Gənc ikən qocalma var.
Nə oğlanda alma var,
Nə qızda yaylıq qalıb.
Zəlimxan Yaqub

29 yanvar tarixli sayımızda müzakirə kimi təqdim etdiyimiz “Eşqimiz elə bu qədərmiş” adlı yazıda müasir sevgilər və bu sevgilər üzərində qurulmuş ailələr barədə narahatçılığımızı ifadə etmişik. Bəlkə də bu problem çörəyimiz deyil, suyumuz deyil deyə, fərqində deyilik. Məsələnin mahiyyətini yeniyetmə və gənclər bütün ciddiyyəti ilə dərk edə bilməzlər axı. Biz orta məktəbdə oxuyanda hər sinifdə şagirdlərin sayı 30-dan yuxarı olurdu. İnternetdə istənilən rayonumuzdakı məktəblərin şagird kontingenti ilə maqaqlansanız, tam fərqli mənzərənin şahidi olacaqsınız. Məsələn, Şahbuz rayonunda 23 tam orta məktəbdən yalnız bir məktəbdə 630, bir məktəbdə 504, iki məktəbdə isəbirində 318, digərində 360 şagird oxuyur, qalan 19 məktəbdə isə 3 min 346 şagird təhsil alır: hər məktəbə 176, hər sinfə isə 16 şagird düşür.
Deməli, nikahların sayı azalır, boşanmalar isə arır. Bu isə doğum hallarının dinamikasını ləngidir.
Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən, “son 10 il ərzində nikahların sayı 22% azalıb, boşanmaların sayı isə 45% artıb. Bu ekstensiv statistikaya uyğun olaraq uşaq doğumu da 60 faiz azalıb. 1980-ci illərdə Azırbaycanın 7 milyon əhalisi vardı, amma ildə dünyaya 150 min uşaq gəlirdi. Bu gün isə 10 milyon əhaliyə görə 100 min doğum düşür. Fərq nisbətini görürsünüzmü? 80-ci illərdə boşanma səviyyəsi 5 faiz ətrafında olurdusa, hazırda 50 faizdir ki, bu da 10 dəfə artım deməkdir ( Bax: https://sesqazeti.az/news/mia/1315116.html). Bütün bunlar ailə institutunun və milli genefondumuzun dağılmasına həm iqtisadi, həm də ciddi sosial nəticələrə səbəb ola bilər, məsələn, işçi qüvvəsinin çatışmazlığına, ailə strukturundakı dəyişikliklərə ( təkuşaqlı ailələrin sayının artmasına, ailə bağlarının azalmasına), oğlanlar üçün ailə qurmağa qız çatışmazlığına və s. arzuolunmayan nəticələrə gətirib çıxara bilər. Bəs bunun əsas səbəbləri nədir və problemi necə həll etmək olar?
Rəsmi nikah olmadan uşaq doğulma halı, təbii ki, ailələrin davamlılığına əngəldir. Bir çox qeyri-rəsmi evlənmələr var ki, bu izdivacdan dünyaya göz açmış körpə zavallıdır. İkinci, üçüncü arvadla yaşayan kişilər var ki, bu izdivacdan doğulan uşaqlar da dünyaya rəsmi nikah olmadan göz açmış uşaqlar hesab olunurlar.
Qadınlar dünyaya cəmiyyətin, insanlığın davam etməsi üçün vacib olan insanları gətirilər. Napoleonun sözüdür, deyib ki, mənə sağlam qadınlar verin, mən sizə sağlam cəmiyyət verim.
Bu isə qadına , sadəcə, intim münasibətlər üçün vasitə kimi deyil, strateji hifz edənlər kimi yanaşmağı tələb edir.Çünki həyat ən sağlam və güclü fərdlərin formalaşması və onların genlərinin növbəti nəslə ötürülməsi üzərində qurulur. Ona görə də sevgi kimi nemətin yabanılaşması strateji təhlükə kimi nəzərə alınmalı, əlahəzrət sevgi də taxılımız və suyumuz kimi qorunmalıdır.
Amma istər eşitdiklərimiz, gördüklərimiz, istərsə də kütləvi informasiya vasitələrindən bildiklərimiz bizi narahat etməməyə bilməz. Xüsusilə sevgi, ailə münasibətləri yaman bayağılaşır. Ailələr sovet dövründəki məzmunundan çox uzaqlaşır. Sanki ailə qurmağa cismani yaxınlıq üçün can atılır. İndi ailələr 1-2 uşaq dünyaya gətirdikdən sonra qalan ömürlərini subay-sağlıq kimi yaşamaq istəyir. Ailənin təməl prinsipləri sonuncu plana keçir.
Ara-sıra belə təkliflər eşidilir ki, indiki ailələrdə 5-6 uşağa çox az təsadüf olunur: 3 uşaq olan ailələrə çoxuşaqlı ailə demək olar.
İntüernetdə nikahdan kənar doğumlar haqqında yazıları, məktəbyaşlı uşaqların vaxtından çox-çox əvvəl hamiləqalması, abort etdirməsi haqqında məlumatlar dərc edilir. Niyə yeniyetmə və gənclər yaşlarını qabaqlamağa can atırlar? Onlar gələcək inkişafları üçün səy göstərməkdənsə, nə üçün intim münasibətlərə belə tez maraq maraq göstərirlər?

Bir elmi nəşrin yazdıqlatına görə, 2022-ci ildə Azərbaycanda 15-17 yaşlı qızlar tərəfindən 2011 uşaq doğulub. Bu, 2021-ci ildə ölkədə doğulan uşaqların iki faizi deməkdir.
2022-ci ildə 15-17 yaşlı 120 ana ikinci dəfə uşaq dünyaya gətirib. Eyni yaşda daha 11 qız üçüncü dəfə ana olub. Erkən yaşda ana olanların 32 faizi şəhərlərdə, 68 faizi isə kəndlərdə yaşayır.
Azərbaycanda yetkinlik yaşına çatmayanlardan doğulan uşaqların sayının pik həddə çatdığı 2011-ci illə (4392) müqayisədə 2020-сi ildə bu rəqəm iki dəfə azalıb. Lakin 2021-ci ildən bu rəqəm yenidən artmağa başlayıb. 2021-ci ildə 15-17 yaşlı qızlar 1650 uşaq dünyaya gətirib ki, bu 2020-ci illə müqayisədə 361 uşaq çoxdur . Bu rəqəmlər Azərbaycanda erkən nikahlar problemini əks etdirmir, çünki azyaşlılar arasında bütün doğuşlar xəstəxana şəraitində baş vermir. Ucqar kəndlərdə yeniyetmələrin evdə doğuş halları rəsmi qeydə alınmır (https://adpu.edu.az/images/adpu_files/elm/elmi-jurnallar/05magistrant/magistrant-4-2024.pdf?v=1 ; səhifə 142).
Problemlər nədədir? Qızlar erkənmi gizli olaraq ərə verilib, yoxsa məktəbyaşlı qızlar arzuolunmayan əlaqələrdən dünyaya uşaq gətirirlər? Səbəb hər nədirsə, üzürü yoxdur, cəmiyyətimiz üçün böyük utancdır. Bu, hamımızı narahat etməlidir”.

Mənim 71 yaşım var. Sovet dövrünün təntənəsi dövründə yaşadıq, gördük və müqayisə etməyə fərqləndirmələrimiz çoxdur. Mən sovet dövrünü idealizə etməkdən tam uzağam. Amma hesab edirəm ki, sovet dövrünün ideologiyası, maarifləndirmə fəaliyyəti daha effektiv idi. Sovet vaxtı kütləvi informasiya vasitələri az idi, amma onlar təməl vəzifələrinə layiqincə xidmət edirdilər. Amma indi bunların sayı çoxdur, amma onlar təməl vəzifələrindən daha çox reytinq maraqlarına hədəfləniblər.
Bəzən , hətta tirajladıqları hər hansı ictimai məzmundan uzaqdır, əhəmiyyət daşımır, əksinə yanlış yola sövq edə bilər. Əksər media qurumları
daha çox ucuz sensasiya axtarışındadırlar. Lazım oldu -olmadı, layiqdir- layiq deyildir, ifrat epitetlərdən istifadə edir, gərəksiz, zərərli informasiyalarla gündəmdə olmağa çalışırlar. Nəticədə yaxşılar, əsllər kölgədə qalır, cəmiyyətə pis nümunələr təqdim edilir. Bunlar nə göstərirlər, nə yazırlar: “Filənkəsin yeni sevgilisi var”, “Filnkəs filənkəsi qaçırmaq istəyib”, “Şagirdi ilə həbs olunan müəllm həbs olundu”, “Filənkəs neçənci uşağa hamilədir”,
“hansısa müənninin atasının 1-ci evliliyindən olan qardaşını axtarmasından” , “ filənkəsin havay adalarında yaxta gəzintisindən”, daha nələrdən yazırlar. Hansısa şou adamlarının transparan geyimlərini paylaşıb yazırlar ki, filənkəslərdən həyəcanlandıran paylaşım. Bunlar , doğrudanmı, bəh-bəhlə cəmiyyətə tirajlanmalııdr, ən ucqar kəndlərə də çatdırılmalıdır?
“Bloger arvadından boşanan həkimi”(?) yox, cəmiyyətə örnək həkimlərivə yaxud təqdr olunmağa layiq insanlarımızı tanıtmaq vacibdir. Mətbu vasitələr vaxt-bivaxt dünya futbolunun ulduz oyunçusu Kriştiano Ronaldonun 2016-cı ildən sevgili olduğu Corcina Rodriqes və uşaqlarının növ-növ şəkillərini paylaşır . Yazırlar ki, onlar birlikdə beş uşaq böyüdürlər – ikisi ümumi və üçü Ronaldonun Rodriqes ilə münasibəti başlamazdan əvvəl dünyaya gəlib. 2022-ci ildə cütlük əkizlər – bir oğlan və bir qız dünyaya gətirib, lakin oğlan doğuş zamanı ölüb. Cütlük uzun müddətdir ki, rəsmi nikahda deyil, lakin onlar nişanlıdırlar və avqustda evlənməyi planlaşdırırlar. “İkisi ümumi evlilikdən dünyaya gəlib” yazırlar. 8-9 il bir yerdə yaşayırlar 5 uşaq sahibidirlər, toylarını avqudtda edəcəklər, dünya təqdir edir…



Əgər sevgi bu imişsə, ailə institunun başına nə gələ biləcəksə, tam gözləniləndir. Mətbuat niyə ata-babalarımızın əxlaq ölçülərinə heyranlıq yaratmır, xəstə təxəyyüllərə yem verir, su verir. Məşhur alman şairi və jurnalisti hələ o vaxt demişdir : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır”. Bu baxış 170-180 iləvvəlin dəyərləndirilməsi olub. Bizim milli mətbuatımızın bünövrəsi hedab olunan ” Əkinçi” həmin dövrlərdə qoyulub: 1875-ci ildə. Amma “Əkinçi” ideallarından gen düşürük deyəsən axı. Qələm sahibi, söz sahibi müdrik olmalıdr. O, həyatı, insanlığı gözəlləşdirən ideyaların tərcümanı olmalıdır. Amma , təəssüflr ki, indi kim istəsə jirnalist ola bilr, mətbu subyekt yaradır, telekanal açır,veriliş aparır. Manşetlər, ekran pis mənada alabəzk sərgiyə çevrilib. Cəmiyyətin tanımış şəxsləri bu barədə çox deyiblər, çox yazıblar, ” mətbuat, televiziya düzəlmir ki düzəlmir. “

Elə bil Azərbaycan Dövlət Universitetiinin peşəkar jurnalistlərindən kimsə qalmayıb, yaxud onlardan bir ənənə, məktəb qalmayıb. Tolik, Zaurlar, Elgiz, Kərim veriliş aparır. Mediada adı ən çox qalmaqallarda hallanan aparıcılardan biri də Tolikdir. Atalar demiş, özünə umac ova bilmir, başqalarına əriştə kəsir. Telekanallar, mətbuat elə əllərə keçib ki, kim necəistəyir veriliş yaradır, verilişin adı ilə oyunbazlıq edir, cammata yol nişan verir:



Kim kimdən acığı tutursa, kiməsə hədyan söyləmək istəyirsə, manşetlərə, ekrana çox rahat yol tapa bilir. Bunun qarşısını almaq olmazmı, olar, həm də qətiyyətlə:


Buna görə də biz müxtəlif mənbələrdən bu cavabdehlikdə faydalı olmaq qərarına gəlmişik. Amma yazılarımıza izləyici limi baxıb keçməyin: öz fikirlərinizi , arzu və təkliflərinizi bildirin. Aşağıda təqdim edəcəyimiz yazıda isə müasir evliliklərin üzləşdiyi əsas çətinliklər barəsində məlumat vermək istəyirik.
Nə toyda toyluq qalıb,
Nə vayda vaylıq qalıb.
Nə şirin bir evlilik,
Nə xoş subaylıq qalıb.
Zəlimxan Yaqub

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.