Mövqe

Mütləq bilməli olduğunuz yeganə şey kitabxananın yeridir. Albert Eynşteyn
“Kitab” sözü üzərində hər hansı mətn və ya təsvir olan, bir araya gətirilərək tikilmiş, cildlənmiş vərəqlər toplusu anlamını ifadə edir. Mənşəyinə gəldikdə isə ərəb dilində “kitab” sözündən gəlir, “yazılı şey, sənəd” mənasını verir və “ktb” kökündən törəyib . Amma “kitab”deyəndə bizim ağlımıza ilk dəfə məktəbə getmək ərəfəsində atalarımızın aldığı kitablar gəlir : Əlifba, Ana dili…

Gündə neçə dəfə qarnıüstə yerə uzanıb oxuya bilməsək də vərəqləyərdik. Sonra səliqə ilə də çantalarımıza qoyub divardan asardıq. Keçmiş kənd evlərində divara vurulmuş mismarlar indiki şkarların funksiyasını əvəz edərdi. Onda təsəvvürlər indiki kimi deyildi. Kitabları əl-ayaq altına qoymaq olmazdı. “Kitabları sərhəd kimi qoruyardıq. Evdən çıxanda isəbərk-bərk tapşırardıq: “Mənim kitabıma kimsə əl vurmasın ha!” . Həyatımıza, ruhumuza əsl qiymətini böyüklər kimi anlaya bilməsək də, belə daxil olmuşdu kitablar. Bəs bu gün necədir kitab mədəniyyətimiz. Nə bilim,vallah. Müşahidələrimə görə, ürəkaçan deyil. Rayonlarımızın birində bir tanışımla rastlaşdıq. Məlum oldu ki, həmin gün də Bakıya qayıdaqcaq. Dedi ki, mənimlə bir yer var, uzağı yarım saat vaxtını alacaq, gedək , sonra Bakıya birlikdə qayıdarıq. Razılaşdım. Sən demə, o, bura falçı yanına gəlibmiş. Yolboyu soraqlaşa-soraqlaşa gəlib çıxdıq bu falçının iqamətgahına. Qapıda yaxın-uzaq kənd və rayonlardan gələn maşınlar vardı. Tanışım zəng vurdu, onu növbəsiz qəbul etdi. O, içəridə olanda mən adamları söhbətə tutdum, hərənin bir dərdi var, eləsi də vardı ki, dərdi yoxdu, bura, sadəcə, arzusu həyata keçsin deyə, dua yazdırmağa gəlibmiş. İnanın, bu mənzərə hələ də gözlərim önündən getmir. Yeni texnologiyalar, süni intellekt əsri, bəs bu qədər bu qədər sadəlövh insanlar necə yetişir.

Kitabların insan həyatındakı yeri danılmazdır, öıçüyəgəlməzdir. Onlar, sadəcə, kağız əşyalar və ya rəqəmsal fayllar deyillət. Onlar böyük dünyaya açılan pəncərələrdir. Onlar dünyanı, ruhumuzu əks etdirən güzgülərdir. Müəllimdirlər, ən yaxın dostlarımızdır, əllərimiz ayaq olmaqdan xilas edən xariqüladə qüvvədirlər.
Bəs insanlar bu xariqüladəgücdənnecə istifadə edirlər, necə yararlanırlar. Statistikaya görə,
dünyada ən çox kitab oxunan ölkə Hindistan, müvafiq olaraq Tayland və Çindir. Bu, vətəndaşların həftədə kitab oxumağa sərf etdiyi orta vaxta əsasən hesablanıb:
Hindistan — 10 saat, 42 dəqiqə
2. Tayland — 9:24
3. Çin — 8:00
4. Filippin — 7:36
5. Misir — 7:30
6. Çexiya — 7:24
7. Rusiya — 7:06
8. İsveç — 6:54
8. Fransa — 6:54
10. Macarıstan — 6:48
10. Səudiyyə Ərəbistanı — 6:48
12. Honq Konq — 6:42
13. Polşa — 6:30
14. Venesuela — 6:24
15. CAR — 6:18
15. Avstraliya — 6:18
17. Indoneziya — 6:00
18. Arqentina — 5:54
18. Turkiyə — 5:54
20. İspaniya — 5:48
20. Kanada — 5:48
22. Almaniya — 5:42
22. ABŞ — 5:42
24. Italiya — 5:36
25. Meksika — 5:30
26. Böyük Britaniya — 5:18
27. Braziliya — 5:12
28. Tayvan — 5:00
29. Yaponiya — 4:06
30. Koreya — 3:06
Çexiya Respublikası AB-nin orta səviyyədən yuxarı oxucu ölkələrindən biridir. Bu ölkədə 15 yaşdan yuxarı sakinlər ildə orta hesabla 9,9 kitab oxuyur, by, gündə kitaboxumağa təxminən 33 dəqiqə sərf edilən vaxt deməkdir. Avropada ən yüksək qismən fəaliyyət Lüksemburqda (əhalinin 75%-i) və Skandinaviya ölkələrində (Finlandiya, İsveç) müşahidə olunur. Çexiyadakı qadınlar kişilərdən təxminən iki dəfə çox oxuyurlar (ildə orta hesabla 12,8 kitab). Orta çex ailəsində 253 kitab var.
Ən az oxuyan ölkələr arasında Əfqanıstan (58 saat), BƏƏ, Səudiyyə Ərəbistanı, Pakistan və Bruney kimi islam ölkələrinin yer alması çox təəssüfləndiricidir.
Azərbaycan da bu təəssüfləndirici sırada olanların reytinqində yer almaqdadır. Statistikalara görə Azərbaycanda əhalinin həftədə 1,1 saatlarını kitab oxumağa sərf etməsi müsbət hal hesab olunmur.
Biz tələbə olanda Bakıda mövcud olan kitabxanaların hamısının yerini bilirdir: getmişdik, olmuşduq deyə bilirdik. İndi onların çoxusu yoxdur.Kitabxanaların olduğu yer işbazların əlinə keçib. Azərbaycan cəmiyyəti üçün kitab mədəniyyəti və kitab oxumağa münasibət ciddi araşdırılıb kompleks tədbirlər görülməlidir.
Kitab təşviqetmə fəaliyyəti ideoloji hədəflərimizin meyarı olmalıdır. Axı kitablar ahəngdar inkişaf etmiş insan formalaşdırır.
Kitablar vasitəsilə nəinki öz ölkəmizin, öz xalqımızın, eləcə də digər ölkələrin, mədəniyyətlərin, elmlərin, fəlsəfələrin tarixləri və hətta baş verə biləcək gələcək haqqında məlumat əldə edirik. Onlar zehnimizi əvvəllər heç vaxt təsəvvür etmədiyimiz ideyalara açır. Görkəmli yazıçımız Nəcəf Bəy Vəzirovunda söylədiyi kimi, “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Təxəyyülü və empatiyanı gücləndirir
Başqa insanların hekayələrini (hətta uydurma hekayələrini də) oxuduğumuz zaman onların duyğularını, əzablarını, sevinclərini və ümidlərini hiss etməyi öyrənirik. Bunun sayəsində real həyatda daha anlayışlı və insanpərvər oluruq.
İstənilən fəsildə yoldaş olun
Kədərli, yorğun və ya ilham axtardığımız zaman yaxşı bir kitab tez-tez təsəlli verir. Şikayət etmirlər, qarşılığında heç nə istəmirlər – onlar sadəcə ehtiyac duyduğumuz zaman yanımızdadırlar.
Rəhbər və məsləhətçi olmaq
Bir çox kitabda həyat dərsləri, sevgi, uğur, uğursuzluq və sınaqlarla üzləşmək barədə məsləhətlər var. Bəzən bir personajın və ya müəllifin dedikləri sanki birbaşa bizə deyilir.
Zehni cavanlaşdırmaq və ruhu sakitləşdirmək
Mütəmadi oxumaq beynimizə kömək edir – stressi azaldır, yaddaşı yaxşılaşdırır və dünyanın xaosunun ortasında belə sülh təmin edir. Deməli , kitablar həyatımızın yalnız bir hissəsi deyil – onu zənginləşdirir və formalaşdırır. Əgər həyatımız böyük bir kitabdırsa, oxuduğumuz kitablar gözəlləşdirən, dərinləşdirən və mənalı yaşamağın daha çox yolunu ortaya qoyan əlavə fəsillərdir. Buna görə də, sürətli texnoloji dəyişikliklər və sosial medianın ortasında unutmayaq: yaxşı bir kitab insanın saxlaya biləcəyi ən dəyərli xəzinələrdən biri olaraq qalır.
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür. Arzu edərdim ki, bu günü kütləvi informasiya vasitələri geniş və rəngarəng formalarda təbliğ etsinlər. Təşviqetmə fəaliyyəti məktəblərdə xüsusilə diqqətdə saxlanılmalıdır. Kitab müzakirələri, disputlar, müsabiqələr, yazıçılarla görüş və sair bu formatda tədbirlərvasitəsilə gənc nəsli mütailə mədəniyyətinə alışdıra bilərik.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.