İki çinar 

İbrət

Qədim zamanlarda bir kəndin girəcəyində qarşı-qarşıya   iki çinar ağacı əkiblərmiş.  O yerin adamları  bu ağaclara “Qadın çinar” və “Kişi çinar” deyərmiş. İllər keçdikcə hər iki çinar böyüyüb asimana  ucalarmış.   Yağışda, küləkdə  yolçular üçün  sığınacaq olardı  bu ağaclar. Yayın od ələyən vaxtında  bu yolun elə yoşçusu olmamışdı ki, onun kölgəsində  sərinləməsin, dincini almasın.  Onlar çox qollu-budaqlı olsalar da,  bir-birlərinin içinə  girib bir-birlərinin rahat hava almasının, işığlanmasına əngəl törətməzdilər.  Amma  kökləri torpağın altında çox yaxın idi. Bir gün güclü tufan qopur.  O ətrafda çox ağacları   yıxır, çousunun da qol-qanadını qırıb yerə salır. Amma bu iki çinar  hansə əzəmətdə idilər, o əzəmətdə də həyatlarını  davam etdirirmiş. Səbəbini soruşanda ağsaqqallar belə cavab verir: –   Baxın, gözümüzün qabağlnda böyümüş ağaclardır. Onlar  heç vaxt rəqabət aparmadı, biri digərini sıxmadı:  işığını oğurlamadı, havasını udmadı. Kökdə bir oldular, budaqda azad…

P.S.  Qadınla kişi arasında dostluq mümkündür-əgər hörmət kökdə, sərhəd budaqda olsa….

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.