Su çərşənbəsi və intizarlı gözlər

Baş redaktordan

Bu gün Su çərşənbəsidir.
Suların dili açılan, bulaqların pıçıltıya döndüyü gündür.
Gözəllər xonça bağlayıb bulaq başına çıxırlar.
Sərin suya əl uzadıb ürəklərində bir niyyət tuturlar.
Hərəsi bir oğlanın adı ilə…
Qoy həmin adlar bizim əsgərlərimizin adı olsun.

Qoy dağ başında, səngərdə, qarın-soyuğun içində dayanıb Vətəni qoruyan igidlər bilsinlər ki,
onların yaşadıqları kəndlərdə, qəsəbələrdə hansısa bir evin işığında bir cüt həsrətli göz onların yolunu çəkir. Əsgər balalarımızdan xəbərsiz.

Su axır, zaman keçir…
Amma gözləmək azalmır.

Bulaq başında edilən niyyətlər Vətənin keşiyində dayanan oğulların başı üstə dua kimi dolanır.

Su kimi saf,
su kimi aydın,
su kimi lətafətli olsun ömürləri.

Su çərşənbəniz mübarək, əziz Əsgərlərimiz. Allah Əmanətində..