Tarixdə bu gün
İlin 74-cü (uzun illərdə 75-ci) günü.
Doğum günləri:

1897 – Məşhur Azərbaycan aktyoru, Xalq artisti Ağasadıq Ağaəli oğlu Gəraybəyli Şamaxıda anadan olub.
Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. “Bəxtiyar”” filmində klub müdiri Ağabala, “O olmasın, bu olsun” filmində Rüstəm bəy bu obrazlardandır.
Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. “Bəxtiyar”” filmində klub müdiri Ağabala, “O olmasın, bu olsun” filmində Rüstəm bəy bu obrazlardandır.
1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, Xalq yazıçısı Mirzə İbrahimovla, Xalq şairi Süleyman Rüstəmlə qonşu olub.
1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

1893 — Məşhur Xalq aşığı Aşıq Şəmşir Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib.
şıq Şəmşir 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib.
Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub.
Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı.
Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb .Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şerlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb.
Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş ”Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Osman Sarıvəlli, 1973), “Saxla izimi, dünya” (Məmməd Aslan, 1989), “Dədə Şəmşir yaddaşlarda” (Qənbər Şəmşiroğlu, 2000) kitabları vardır.
Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşnda dünyasını dəyişib.

1919— Məşhur muğam ustası, Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynov Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi Hüseynəli Hacıbaba oğlunun ailəsində anadan olmuşdur. Erkən yaşlarında məsçidlərdə, yas məclislərində nohə və mərsiyyə söyləyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov, Zülfünün oxuduqlarını təkrar edir onu yamsılıyarmış.
1945-ci ildə müharibə bitəndən sonra Sara xanım Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Əhməd müəllim gənc Hacıbabanı öz ansamblına nağaraça ifaçısı kimi işə götürür. Hacıbaba ustad həmin ansamblda üç il çalışmışdır. Həmin vaxtlarda Hacıbaba Hüseynov ansamblla çıxış edən xanəndələrdən, musiqiçilərdən, Əhməd Bakıxanovdan muğamın incəliklərini öyrənir və ömrünün sonuna qədər Əhməd Bakıxanovu özünün əsas ustadı hesab edir.
1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov Hacıbaba Hüseynovu Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində həmin məktəbdə dərs demiş, xanəndələr yetişdirmişdir. Xanəndənin tələbələri arasında belə görkəmli sənətkarlarımız var – Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Aqil Məlikov, Səfər Mirzəyev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə, Sahib İbrahimov və s. Görkəmli sənətkarlarımız Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə və Alim Qasımov Hacıbaba Hüseynovun birbaşa tələbələri olmasalar da, onun ifasından çox bəhrələniblər.
Hacıbaba Hüseynov muğamda oxunan – Rast muğamının “Üşşaq” və “Hüseyni”, Novruz-rəvəndə, digər muğamlarda olan “Şah Xətai” şöbələrinin ilk ifaçısı olub. Hacıbaba Hüseynovun təşəbbüsü ilə Bayatı-şiraz muğamının “Dilruba” şöbəsi dərsliyə əlavə olunub.
24 oktyabr 1993-cü ildə vəfat edib və Birinci Fəxri Xiyabanda dəfn olunub.

1923 — Azәrbaycan Respublikasının Əmәkdar incәsәnәt xadimi, rəssam Nәcәfqulu Әbdülrəhim oğlu İsmayılov Bakı şəhərində doğulub.
1936-1940-cı illərdə Azərbaycan Rəssamlıq Məktəbində təhsil alıb.
1952-1977-ci illərdə “Kirpi” satirik jurnalında baş rəssam kimi çalışmışdır.
Yaradıcılığı boyu rəngkar kimi fəaliyyət göstərmişdir. Süjetli, portret və mənzərə janrında çoxsaylı əsər yaratmışdır.
Bunlara misal olaraq; “Nizami və Xaqani”, “Realist rəsam” (1973), “Ana” (1968), “Maarifçi Abbasqulu ağa Bakıxanov” (1985), “Xanəndə”
(1980), “Qubalı Fətəli xanın portreti” (1947), “Notrdam cənubdan” (1961), “Neft mənzərəsi” (1951) və s.əsərləri göstərmək olar.
Bu əsərlər XX əsrin ortalarında süjetli, portret və mənzərə janrında çəkilmiş ən qüvvcətli rəngarlıq nümunələrindən hesab olunur.
gün Əməkdar incəsənət xadimi 25 mart 1990-cı ildə 67 yaşında vəfat etmişdir.

1959 – “Mehman” rolunun ifaçısı Bimbulat Zaurbəy oğlu Vatayev Şimali Osetiyada anadan olub.
1959-cu ildən Şimali Osetiya Musiqili Dram Teatrının aktyoru olmuşdur.
Bimbulat Vatayev həmçinin Taqanka Teatrında aktyor (1964-1965), Tacikfilmdə aktyor və rejissor (1969-1975), Şimali Osetiyada Mədəniyyət naziri kimi (1994-1998) çalışıb.
Rusiya Respublikasının, həmçinin Şimali Osetiya Muxtar Respublikasının Xalq artisti (1968), Tacikistan Dövlət Mükafatı Laureatı (1973) adlarına layiq görülüb.
Bimbulat Vatayev 9 may 2000-ci ildə vəfat edib.

1941— Tanınmış şair, tərcüməçi, publicist İsa Mustafa oğlu İsmayılzadə Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır .
Ədəbi fəaliyyətə tələbəlik illərində “Aprel çiçəkləri” almanaxında və “Azərbaycan gəncləri” qəzetində çap etdirdiyi ilk şeri ilə başlamışdır. O, Qardabanidə orta məktəbdə müəllim Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri , “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir (1994-cü ildən). Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmişdir.
1997-ci il iyulun 14-də vəfat etmişdir.
Vəfat etmişdir:

2011— Filologiya elmləri namizədi, professor Mustafa Mir Qasım oğlu Mustafayev 84 yaşında vəfat etmişdir.
Mustafa Mustafayev (Mir Mustafa Mir Qasım oğlu Mir Mustafayev – Talışlı) 18 noyabr 1926-ci ildə Lənkəran qəzasının Mahmudavar (indi Masallı rayonuna daxildir) qəsəbəsində anadan olmuşdur. O, XVIII əsrdə Talış xanlığının əsasını qoyan general-mayor Mir Mustafa xan Talışlının törəmələrindəndir. Sovet hakimiyyətinin ilk illərində inzibati tədbirlərlə əlaqədar ailəsi ilə Şirvana köçürülmüşdür. Mustafa Mustafayev ibtidai və orta təhsilini Şamaxı şəhərində almışdır. 1944-cü ildə hərbi səfərbərliyə alınmış, 1946-cı ildə Hərbi xidmətdən tərxis olunmuşdur.
1946-1947-ci illərdə Bakıda neft (Kirovneft, indiki Binəqədi) mədənlərində fəhlə və çilingər işləmişdir.
1948-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, kursu müvəffəqiyyətlə bitirdikdən sonra Ana dili və ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən Mustafa Mustafayev Lənkərana təyinat almış, rayonun Mamusta və Kərgəlan kəndlərində dil-ədəbiyyat müəllimi və dərs hissə müdiri işləmişdir.
1958-ci ildən Bakıya köçmüş, Xəzər Gəmiçiliyi İdarəsində Təhsil işləri üzrə müdir vəzifəsində çalışmışdır.
1961-ci ilin yanvarın 1-də “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” ixtisası üzrə V.İ.Lenin adına ADPİ-nin əyani aspiranturasına qəbul olunmuşdur. 1965-ci ilin aprelində “Q. Zakir şeirinin sənətkarlığı ” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Bir müddət institutun tədris hissəsində çalışdıqdan sonra müsabiqə yolu ilə “Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası” kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrini tutmuşdur.
Mustafa müəllimin professional elmi-pedaqoji fəaliyyəti ictimaiyyətin nəzərini cəlb etmiş, institutun elmi şurası 1990-cı ildə SSRİ Ali Attestasiya Komissiyası qarşısında professorluq elmi dərəcəsi verilməsi haqqında vəsadət qaldırmışdır.
O, 150-dən artıq elmi-nəzəri problemlərə həsr edilmiş məqalələrin, resenziyaların, monoqrafiyaların müəllifidir.

2012 —Akademik, görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi Bəkir Nəbiyev 82 Yaşında vəfat etmişdir.
Bəkir Nəbiyev 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. 1949-1954-cü illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur.
Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən “Dama-dama göl olar” rəyi ilə başlamışdır. Universiteti bitirdikdən sonra “Azərbaycan gəncləri”, “İnşaatçı” qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləmişdir . ADU-nun aspiranturasına daxil olmuş, “F.Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir .
1959-1961-ci illərdə “Kommunist” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri işləmişdir . 1961-71 –ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi , 1971-1986-cı illərdə Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru , 1982-1986-cı illərdə Azərbaycan Ədəbiyyat Fondunun sədri işləmişdir.
AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuşdur . “Çoxmillətli sovet ədəbiyyatı tarixi”nin, ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi”nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin baş redaktorudur. Azərbaycan EA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin rəhbəri olmuşdur.
Bayramlar və xüsusi günlər:

15 mart – Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür
İnsan hüquqları spektrində əsas hüquqlardan biri istehlakçıların hüquqlarıdır. İnsanlar istənilən mal alarkən və ya pullu xidmət növlərindən istifadə edərkən istehlakçı qismində çıxış edirlər. İstehlakçı aldığı əşyanın, məhsulun, ona göstərilən xidmətin keyfiyyətli olmasında maraqlıdır. Bu, istehlakçının keyfiyyət hüququdur.
Biz eyni zamanda, aldığımız qida məhsullarının ekoloji və gigiyenik cəhətdən sağlamlığımız üçün heç bir təhlükə törətmədiyinə əmin olmalıyıq. Aldığımız hər hansı bir əşya sağlamlığımıza və yaxud əmlakımıza ziyan vurarsa, onda onun əvəzini bərpa etməyi tələb etmək hüququmuz var. İstehlakçının hüququnun qorunması zəruridir. İstehlakçıların hüquqlarının qorunması dünyada ən aktual məsələlərdən biri hesab edilir. Məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi sahələrində keyfiyyətlə bağlı problemlər hər bir ölkəni narahat edir.
Keyfiyyət sahəsində yaranmış bu problemlərin həllinin vacibliyini və istehlakçıların narazılıqlarını ölkə qarşısında vacib bir problem kimi qəbul edən ABŞ Prezidenti Con Kennedi 1962-ci il martın 15-də Konqresdə çıxış edərək bu günü Dünya İstehlakçılar Günü elan edib. Kennedi deyib: “İstehlakçılar biz hamımızıq. İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən özəl və dövlət iqtisadiyyatında həlledici rol oynayırlar”.
İstehlakçıların Hüquqlarını Müdafiə Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunub.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.