“ Ana və Uşaq"

Ana və Uşaq.com uşaqların, ailələrin və cəmiyyətin səsinə çevrilmək niyyəti ilə yaradılmış media platformasıdır.

Eşşəyə min, bəxtin açılsın

Mişel de Monten:

” İnadkar, itaətsiz, əsəbi bir eşşək görsəniz; bilin ki, bu, aldığı döyülmə və təhqirlərə görədir. Yaxşı rəftar edildikdə, onlar bizdən daha itaətkar və daha dözümlü olurlar…”

Qədim Zərdüşt dininə görə, eşşək ailə qurma, övlad törətmə hamisi hesab olunurdu. Odur ki, lap son vaxtlara qədər ərə getmək istəyən qızlar erkək eşşəyə minib sürürdülər.
     M.Allahverdiyev qədim “Kosa oyunu” haqqında məlumat verərkən yazır: “Yoluq paltar geyib, üz-gözünü qaralayan, belinə süpürgə və sümük asan Kosa ulağa minib zarafatyana, gülməli sözlər deyir, eyibləri açıb, gülməliləri gülüş hədəfinə çevirirdi. Meydanda ulaq üstündə gəzən Kosa hadisəni özü idarə edir və tamaşaçılarla da dialoq aparırdı. Tamaşaçılar artım ideyası ilə əlaqədar olan bu fallik tamaşanı hərarətlə qarşıalyırdı”.
“Uşağı olmayan hər bir kəs guya Kosa rolunda çxış etsə imiş, onun oğlu olarmış”. “Utananın oğlu olmaz ifadəsi bununla əlaqədardır”.
Deməli, məhz eşşəyə mindiyi üçün (“artım ideyası ilə əlaqədar” tamaşa göstərdiyi, xeyirxah, nəcib iş gördüyü üçün) Kosa rolunda çıxış edənin “bəxti açılır”, oğlu olur, camaat qarşısında bu rolda çıxış etməkdən çəkinən, utanan şəxsin isə oğlu olmazmış.
Bu “artım” ideyasının eşşəklə əlaqəndirilməsi tarixi çox qədimdir. Y.E.Bertels yazmışdır:” Zərdüştiliyə görə Vourukaşa adlı əfsanəvi göldə üçayaqlı eşşək “Xara” yaşayır. O,  başını suyasalanda tufan başlanır. Onun çox iti gözü və qızıl buynuzu var ki, bu buynuzla zərərli varlıqları vurub məhv edir. Xara qışqıranda (yəni anqıranda) xeyirli canlıların dişiləri uşağa qalır, xeyirsiz canlıların dişiləri isə bala atır. “Eşşəklər şahı”nın böyüklü yünün şəfəqi müəyyən qədər sadə uzunqulaqların da üzərinə düşmüşdür. Ola bilsin ki, məhz buna görə islamı qəbul edən
xalqlarda it kimi eşşək də murdar hesab olunur. Çünki zərdüştilər eşşəyi müqəddəs sayıb, ona pərəstiş edirdilər”.
Məhz artımla əlqədar olduğu üçündür ki, uzun müddət yağan yağışın kəsməsi üçün və ya (quraqlıq vaxtı) yağış yağması üçün eşşək başı yuyurdular…bəzən də ulağı çimizdirirdilər.
“Quran”a görə dünyada ən pis səs eşşəyin səsidir. Onun anqırtısı pis səs rəmzi hesab ounur. Şərqdə eşşək ən axmaq və tənbəl heyvan kimi məşhurdur. Məhəmməd təliminə görə, eşşə yin anqırtısını eşidən hər kəs “Əizübillah min əş-şeytan” (“şeytandan qaçıb allaha sığınıram”) sözlərini vird etməlidir. Çünki eşşək şeytanı görmüşdür və onun anqırtısı şeytanın təzahürü əlamətidir.

 Musa Adilov- Filologiya elmləri doktoru


Leave a Reply

Discover more from “ Ana və Uşaq"

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading