“ Ana və Uşaq"

Ana və Uşaq.com uşaqların, ailələrin və cəmiyyətin səsinə çevrilmək niyyəti ilə yaradılmış media platformasıdır.

Nostalji

Qoy hər kəsə qismət olsun,
Qənddən, baldan şirin nəvə.
Ömrümüzün bəzəyidir,
Övladdanda şirin nəvə…

“Məzun 80” adlı bu dünyanın bünövrə daşının qoyulmasından 50 il keçir. İndicə üz tutub baxdım ki, mavi səmasının ortasında, qanadları günəşdə parıldayan böyük, ağ bir leylək uçur. Dimdiyində yumşaq ağ bələk vardı. İçində isə bu balaca şahzadə yatırdı – qaraşın saçları, iri, parlaq gözləri və balaca əlləri ilə ən şirin körpə. Leylək bu körpəni bir vaxt onu həsrətlə arzulayan, gözləyən bir nənəyə qismət etmişdi. İndi də Gövhər xalası idarəçisi olduğu “Məzun 80”nin məkanına enməyə yer verib, qucaq açıb. Artıq leyləyin gətirdiyi bu kiçik möcüzə, hamımızın yavrusu olub. Gül kimi ətirli, şirin baxışları ilə “Məzun 80”nin kiçik pəncərəsindən bütöv Azərbaycana boylanır, Azərbaycanın hər nahiyəsində, hər oymağında olan xalalarını, dayılarını, bibilərini, babal və nənələrini məmnun edir…
Halalınız olsun, Elmira müəllimə…
Neynim, dualarımla birgə Cabir Növruzun nəvəsi üçün yazdığı bir şeiri pıçıldaya-pıçıldaya bura köçürürəm:


Saf dağ çeşmələri tək,
Gözləri duru qızım.
Yanaqları gül-çiçək,
Ürəyi nurlu qızım.

Dünyada ola bilməz,
Sənin tək saf, müqəddəs.
Sən başdan-ayağacan,
Təpədən dırnağacan
İlkinliyin rəmzisən,
Təmizlərin təmizisən.

Əllərin totuq-totuq,
Tellərin vəsmə-vəsmə.
Sənə qurban olduğum,
Böyüməyə tələsmə.

Dünya işləklərinə
Uyma çox da, ay qızım.
Onda bircə gilə də
Vəfa yoxdur, ay qızım.

Sənin qadan alaram,
Qaşı, kirpiyi əsmər.
Bir daha yalvarıram,
Böyüməyə tələsmə.


Leave a Reply

Discover more from “ Ana və Uşaq"

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading