Bir salto və böyük müzakirələr

Mövqe


Salto
— insanın havada tam çevrilərək etdiyi akrobatik bir hərəkətidir. Bu hərəkətin elementlərindən gimnastika, akrobatika, parkur və bəzi döyüş idman növlərində istifadə olunur. Salto etmək üçün bədən çevikliyi, tarazlıq hissi və cəsarət lazımdır. Hərəkət düzgün öyrədilməməkdə ola bilər, buna görə yüksək nəzarət lazımdır. Dünyanın bir çox ölkələrində bu bacarıq idman istedadı kimi çox populyardır. Uşaqlar və yeniyetmələr öz fiziki imkanlarını formalaşdırılar. Salto yalnız “şou” deyil, həm də koordinasiya və bədən idarəetməsinin göstəricisidir. Peşəkar idmanda bu hərəkət illərlə məşq etmklə formalaşdırır. Mütəxəssislər enerjili və çevik idarələrin düzgün istiqamətləndirilməsini vacib sayırlar. İnkişafının belə bacarıqları gələcək uğurlu idman karyerasının başlanğıcı olur.

Son günlər sosial şəbəkələrdə və xəbər saytlarında məktəbdə salto vuran bir şagirdin görüntüləri geniş yayılıb. Əksər paylaşımlarda uşaq davranışı “tərbiyəsizlik”, “məqtəbə hörmətsizlik”, “nəzarətsizlik” kimi təqdim. Halbuki, məsələyə bir qədər dərindən baxmağa ehtiyac var.
Uşağın davranışını kor-koranə qorumaq da , bu şəkildə “tərbiyəsiz”, “pozucu” damğası ilə təqdim etmək də olmz. Burada əsas məqsəd uşaq enerjisini, istedadını, deyək ki, salto vurmaq ehtiyacını doğru olaraq necə istiqamətləndirməkdir. İlk olaraq bir məqamı unutmayaq: salto idman hərəkətidir. Bu hərəkəti heç də hər adam edə bilmir. Bədən çevikliyi, koordinasiya, cəsarət və fiziki hazırlıq tələb edir. Dünyanın bir ölkədə belə uşaqlar gimnastika, akrobatika, parkur və digər idman növlərinə yönləndirilir. Çünki onların enerjisi və iradəsi potensial güc kimi qəbul olunur. Bəli, məktəb dərs keçilən, nizam-intizam qorunan məkandır. Dərs prosesini pozmaq doğru deyil. Amma uşaq bir hərəkətinə görə onu ictimai şəkildə alçaltmaq, sosial şəbəkələrdə “etiketsiz”, “tərbiyəsiz” kimi təqdim etmək də pedaqoji yanaşma sayıla bilməz. Bəlkə, bu uşaq özünü göstərir ki, mənim belə bacarığım var. Axı heç də bütün uşaqlar bunu düzgün formada ifadə edə bilmirlər. Burada böyüklərin vəzifəsi bu hərəkəti pisləmək yox, soğru istiqamətləndirməkdir.
Bəlkə də həmin uşaq gələcəyin yaxşı gimnastı və ya akrobatı ola bilər. Bəlkə onun xüsusi fiziki qabiləyəti hələ irəlidə üzə çıxacaq. Ola bilər ki, bir gün məhz bu çeviklik və cəsarət hansısa vəziyyətdə onu təhlükədən xilas etsin. Ola bilər ki, bu çeviklik gələcəkdə ictimai həyatda qəhrəmana çevirsin.
Təəssüf ki, bizdə çox zaman uşaq istedadını araşdırmaqdan əvvəl onun üstünə “problemli uşaq” möhürü vurulur. Halbuki, hər çevik, enerjili, hiperaktiv uşaq pis uşaq deyil. Sadəcə, həmin uşağa fərdi yanaşma lazımdır.Cəmiyyət olaraq uşaqları yalnız qadağalarla yox, düzgün yönləndirmə ilə böyütməyi bacarmaq lazımdır. Çünki bir uşaq içində gizlənən istedadı söndürmək üçün, onu üzə çıxarmaq üçün imkan və himayə axtarır.

Unutmamalı: “Uşaqların səhvi onların dilidir; böyüklərin münasibəti onların gələcəklərini müəyyənləşdirir”.


P.S.
Mənim yazılarımda belə məsələlər əsas yer tutur. Saytlarda Bakı sakinlrinin söylədikləri fikirlərin hamısı ilə razıyam. Mən də onların biri. Amma bu uşağın hərəkəti ictimai təhlükə kəsb etmir, kiməsə zərər toxundurmur. Həəkətləri nizamlıdırsa, əksinə, onu inkişaf etdirmək lazımdır. Ronaldo və yaxud Marko Jarić göydən düşməyiblər ki. Onların həyatlarının da bu dönəmi olub. Digər səhv, qüsurlu cəhətləri varsa, bu, artıq başqa mövzudur.

Leave a Reply