Mövqe

Ümumi qayda (ümumi təhsil müəssisələrində müəllimlər üçün):
” ~ 65 yaş tamam olduqda dövlət büdcəsindən maliyyələşən ümumi təhsil məktəblərində əmək müqaviləsinə xitam verilə bilər. ~ İşçi razıdırsa, 1 illik müddətli müqavilə ilə maksimum 5 il (yəni 70 yaşa qədər) uzadıla bilər. Hər il yenidən qiymətləndirilir və rayon/şəhər təhsil şöbəsinin (və ya müvafiq orqanın) qərarı ilə həyata keçirilir. ~Ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarında isə yaş həddi ümumiyyətlə tətbiq olunmur və ya çox fərqli qaydalar var…”

Ümumi təhsil müəssisələrində müəllimlər üçün qayda belədir ki, 65 yaş tamam olduqda dövlət büdcəsindən maliyyələşən ümumi təhsil məktəblərində əmək müqaviləsinə xitam verilə bilər.
İşçi razıdırsa, 1 illik müddətli müqavilə ilə maksimum 5 il (yəni 70 yaşa qədər) uzadıla bilər.
Elmi dərəcə (məsələn, fəlsəfə doktoru, elmlər doktoru) və ya elmi ad (dosent, professor) olması uzadılma üçün əlavə üstünlük və müsbət meyar sayılır. Bu, Təhsil Nazirliyinin 2011-ci il əmrinə görə xüsusi qeyd olunub.
Faiq Şahbazlı filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllimdir, uzun illər dərslik hazırlığı, dilçilik və təhsil metodologiyası sahəsində işləyib (Təhsil Problemləri İnstitutunun direktor müavini də olub). Son vaxtlar isə ADNSU-nun nəzdindəki Sənaye və Texnologiya Kollecinin direktoru vəzifəsində çalışıb.
Təhsildə təcrübəli kadrların saxlanması vacibdir, xüsusilə dilçilik və kurikulum kimi sahələrdə. Bu təyinat elmi-pedaqoji təcrübəsi olan, dilçi-alim və dərslik/metodika sahəsində töhfəsi olan şəxs üçün təbii və məntiqli görünür. Amma bəzi saytlar bunu ya “qalmaqal” kimi, ya da əksinə həddindən artıq dramatikləşdirərək manşetə çıxarıblar. Təhsildə təcrübəli kadrları tam itirməmək üçün belə qayıdışlar olur, xüsusilə elmi dərəcəsi və sahə biliyi olanlar üçün. Mətbu subyektlər isə məsələyə ancaq “daha bir xəbər” mövqeyindən yanaşıblar.


Başlıq bunu elə verib ki, sanki “köhnə əlaqələr” və ya “geriyə addım” kimi səslənir. Halbuki,
o, sahə üzrə təcrübəli dilçi-alimdir, dərslik və metodika işində illərlə çalışıb.
İndi Təhsil Problemlri İnstitutunda elmi-pedaqoji vəzifəyə qayıtması təbii görünür – təcrübəni itirməmək üçün.
Medianın belə hadisələri dramatikləşdirməsi, “qaytarmaq”, “8 il sonra” kimi ifadələrlə manşet salması çox rast gəlinən üslubdur. Bəziləri bunu, sadəcə. kadr rotasiyası kimi görür, bəziləri isə “köhnə sistem”ə işarə edib müzakirə yaradır.
Biz heç “balaca mismardan böyük yük asmaq ” şakərimizdən əl çəkmək istəmirik. Kənd təsərrüfatı mütəxəssisini, hüquqşünası, siyasi bilimlər üzrə ixtisası olanları yığıb doldursunlar təhsilimizə?
Bu mövzularda tirajlanmış başlıqda ironiyanı görməmək mümkün deyil. Sadəcə, ən əhəmiyyətsiz, heç bir ictimai məzmun kəsb etməyən məsələlərin böyür-başına bir qədər güman, şübhə yapışdırb xəbər yaratmaq. Bu, klassik “heç nədən xəbər düzəltmək” üslubudur. Axı bu, təhsil sistemində olduqca adi və texniki bir kadr hərəkətidir. Amma bəzi saytlar buna “8 il sonra köhnə yerinə qaytardı”, “yenidən təyin olundu” kimi başlıqlar atıb, altına da bir az “kimdir, niyədir, tanışlıq varmı?” tipli güman qatırlar. Nəticədə heç bir fakt, heç bir korrupsiya iddiası, heç bir ictimai zərər yoxdur, sadəcə şübhə toxumu səpməklə oxucu cəlb etmək.Belə üsullara mtbu vasitələrdə çox rast gəlmək olar:
– “Köhnə komanda”, “qayıdış”, “yenidən” kimi sözlərlə emosiya yaratmaq,
– Oxucunu “burada nəsə var” düşüncəsinə sürükləmək.
Faiq müəllim kimi onilliklər boyu təhsil sahəsində işləmiş, dərslik və metodika ilə məşğul olmuş adamın instituta qayıtması nə böyük “skandal”, nə də fövqəladə hadisədir. Sadəcə, mediaya klik və müzakirə lazımdır.Belə xəbərlər real problemləri (təhsilin keyfiyyəti, müəllim maaşları, kurikulumun vəziyyəti və s.) kölgədə qoyur. Bu, jurnalistikanın ən zəif nöqtələrindən biridir.
Əslində, bu vəzifə elmi-pedaqoji institut üçün çox da “yuxarı səviyyə” deyil. Sadəcə, təcrübəli adamın sahəsinə uyğun işə qaytarılmasıdır. Faiq müəllim, Şabran rayonundandır. Bu rayondan çox az sayda şəxs ola bilər ki, respublika təyinatlı vəzfələrdə təmsil olunsunlar. Əksinə, regiondan olanların belə postlara çıxması, əksinə, təşviq olunmalı məsələdir.