Ünsiyyət: İnsan ürəklərini bir-birinə bağlayan ən güclü körpü

Sosial psixologiya

Biri məndən soruşdu:
— Zəif cəhətin nədir?
— Çox həssasam, — dedim.
— Ən kiçik diqqətsizlik məni küsdürə bilir.
— Bəs onda ən güclü cəhətin?
— Ən sadə xoş münasibət məni xoşbəxt edə bilir.

Ünsiyyət, sadəcə, sözlərdən ibarət deyil. Bu, ruhların bir-birinə toxunması, hisslərin paylaşılması və insan bağlarının qurulmasıdır. Müsbət psixologiyanın qurucularından olan Martin Seligman və digər alimlər uzun illər araşdırma apardıqdan sonra belə bir nəticəyə gəliblər: Keyfiyyətli ünsiyyət olmadan xoşbəxt və mənalı həyat qurmaq mümkün deyil.
Cabir Novruzun da dediyi kimi:
“Tələsin insanlar şadlıq görməyə...” Bu tələsmək sadəcə vaxt itirməmək deyil, hər anı sevgi, ünsiyyət və şadlıqla doldurmaqdır. Çünki ən böyük şadlıq məhz yaxınlarımızla paylaşdığımız anlarda gizlənir.
Martin Seligmanın PERMA modelində “R” hərfi (Relationships) təsadüfi yerləşdirilməyib. Araşdırmalar göstərir ki, dərin və sağlam münasibətlərə sahib insanlar daha uzun yaşayır, stresə daha davamlı olur, depresiya riski azalır və ümumi həyat təminatı yüksəlir.
Müsbət ünsiyyətin əsas prinsipləri
1. Təbəssüm – ilk və ən güclü açar
Təbəssüm duvaqqapmadır. O, hələ ilk söz deyilməmişdən öncə qarşı tərəfin ürəyini açır. Bir səmimi təbəssüm mühit yaradır, gərginliyi azaldır və ünsiyyəti isti və açıq edir. Müsbət psixologiya təsdiqləyir ki, təbəssüm beyində endorfin və serotonin hormonlarını artırır.
2. Aktiv və tam dinləmə
Əksər insanlar danışma zamanı ancaq dinləyir. Müsbət ünsiyyətdə isə insan anlaşılmaq üçün dinləyir.
3. Empatiya və emosional dəstək
“ Səni başa düşürəm”, “Bu çox çətin vəziyyət olmalı” kimi sözlər qarşı tərəfə “Sən tək deyilsən” mesajı verir.
4. Müsbət və konstruktiv dil
Tənqid əvəzinə təşəkkür, ittiham əvəzinə “Mən belə hiss edirəm” dilində danışmaq daha effektivdir.
5. Səmimiyyət və açıqlıq
Münasibətlərdə ən güclü bağı maskasız ünsiyyət yaradır.
6. Minnətdarlıq və təşəkkür
Kiçik təşəkkürlər böyük sevgilər toxuyur.
Praktik tövsiyə:Hər gün ən azı bir nəfərlə 10-15 dəqiqə keyfiyyətli ünsiyyət qurun: telefonları kənara qoyun, səmimi təbəssüm edin, dinləyin və maraqlanın. Bir həftə sonra ətrafınızdakı dəyişikliyi siz də hiss edəcəksiniz.
Tələsin insanlar şadlıq görməyə… Bu şadlıq çox vaxt sadəcə bir təbəssümün, səmimi söhbətin və qəlblə qəblə toxunan ünsiyyətin içində gizlənir.

P.S Hər kəsin sizi sevməsini istəyirsinizsə, gülümsəyin. Amma səhərdən-axşama kimi yox da. Yerində danışmaq , yerində gülmək. Təbəssüm hər qapını açan sehrli bir açardır.

Bir cavab yazın