Bir yaz yağışında parıldayan İnsanlıq

İbrət

“Yaxşılıq etsən də ozunə qayıdar, pislik etsən də”. Kəlam

Bakıda güclü yağış yağan günlərdən biri idi. Küçələrdə hər kəs tələsik sığınacaq axtarır, maşınlar isə gölməçələrdən keçərək sürətlə ötüşürdü. XBelə bir vaxtda piyada keçidinin kənarında əlində ağır çantalar olan yaşlı bir qadın (aybəniz nənə) çaşqın halda qalmışdı. Həm yağış onu isladırdı, həm də sürətlə keçən maşınların yaratdığı dalğalardan qorxduğu üçün yolu keçə bilmirdi.Tam o sırada yaxınlıqdakı kafelərdən birində kuryer işləyən gənc bir oğlan öz motosikletini kənara çəkdi. O, tələsik çatdırmalı olduğu sifarişi olmasına baxmayaraq, tərəddüd etmədən qaçaraq nənəyə yaxınlaşdı. Əvvəlcə öz nazik gödəkçəsini çıxarıb yaşlı qadının çiyinlərinə saldı. Sonra çantaları əlinə alıb, qoluna girərək onu təhlükəsiz şəkildə yolun qarşı tərəfinə keçirdi. Bununla da kifayətlənməyib, qadın üçün bir taksi saxlatdı, çantaları yerləşdirdi və taksi sürücüsünə nənəni ünvanına çatdırmağı xahiş edərək gediş haqqını da özü ödədi. Aybəniz nənənin gözlərindəki o minnətdarlıq və rəhmət dolu baxışlarla gənclə vidalaşdı. Gənc el rahat idi ki. Bu hərəkətinin doğurduğu assosiasiya bəlkə də onun bütün gününün yorğunluğunu apardı. Gənc kuryer beləcə işinə davam etdi: yenidən öz işinin ardınca qaçdı.Niyə bu hadisə minnətdarlıqla qarşılanmalıdır? Müasir dünyada hər kəsin öz işinə, vaxtına və qazancına qaçdığı bir məqamda, başqasının çətinliyinə biganə qalmamaq ən böyük insanlıq nümunəsidir. Zamanını və pulunu tanımadığı bir insan üçün fəda edən bu fədakar gənclərimiz hər birimizin dərin minnətdarlığına və alqışına layiqdir. Yaxşılıq hər bir kəsin hamıyla danışa bildiyi dildir!

Leave a Reply