Bizim yazarlar

Bilik biliyi bilməkdir.
Bilik özünü bilməkdir.
Əgər özünü tanımırsansa,
Bütün bu oxumağın nə faydası var

Amma bu gün sosial mediaya baxanda ağla gələn sual budur:
Oxuyan, izah edən və öyrədən bütün bu insanlar arasında özünü həqiqətən tanıyan neçə nəfər var?
Qədim bir məbədin girişində “Özünü tanı” yazısı var idi. Lakin bu gün ekranlarımızın girişində fərqli bir cümlə var: “Məni izlə.”
Bəlkə də dövrümüzün ən böyük ziddiyyəti buradadır. Özlərini tanımadan görünmək istəyən insanlar…
Özlərini anlamadan başqalarını anlamağa çalışan insanlar…
Özlərini idarə etmədən başqalarını istiqamətləndirməyə çalışan insanlar…
Bax, dəhşət olan budur. Amma biz bunu dəhşət hesab etmirik, əksinə, bu xüsusiyyətimizlə qürülanırıq.
Bir çox bələdçinin dövrü, İtirilmiş istiqamət
Tarix boyu insanlar bələdçi axtarıblar.
Bunun heç bir problemi yoxdur.
Bəzən insanın müəllimə, bəzən dosta, bəzən də mentora ehtiyacı var.
Bəzən isə, sadəcə, özündən əvvəl eyni yolu keçmiş birinə ehtiyacı var.
Amma bu gün fərqli bir vəziyyətlə qarşılaşırıq.
Bələdçilərin sayı artdıqca istiqamət hissi azalır.
Məsləhətçilər, məşqçilər, mentorlar və mütəxəssislər çoxalır.
Amma insanların narahatlıqları azalmaq əvəzinə artır.
Niyə? Bəlkə də ilk dəfə olaraq bu sualı verməliyik: Rəhbərlik edən insanların özləri nə dərəcədə doğru yola yönəliblər?.
İnformasiya Dövrünün Böyük Yanlışlığı
Bu gün informasiyaya çıxış tarixdə əvvəlkindən daha asandır. Bir neçə dəqiqə ərzində yüzlərlə məqalə oxuya bilərik. Minlərlə video izləyə bilərik. Sertifikat ala bilərik. Kursları bitirə bilərik.
Amma bilik və müdriklik eyni şey deyil.
Bilik dünyanı təsvir edir.
Müdriklik insanlığı təsvir edir.
Bu gün bir çox insan dünyanı tanıyır, amma özlərini tanımır.
Buna görə diplomları olan, lakin həyatları həll olunmamış insanları görürük.
Buna görə də çox danışan, lakin az başa düşən insanları görürük.
Buna görə də başqalarına yol göstərməyə çalışan, lakin öz yollarını azmış insanları görürük.
İnsan nədir?
Bəlkə də bütün problem buradan başlayır. Biz insanları başa düşmədən onlara yol göstərməyə çalışırıq.
Amma insan tək bir hissədən ibarət deyil.
İnsan, sadəcə, düşüncə deyil.
Sadəcə, emosiya deyil.
Sadəcə, bədən deyil.
Sadəcə, ruh deyil.
İnsan bunların cəmindən daha çox şeydir.
Bir insanı onun bədənini başa düşmədən anlaya bilməzsən.
Emosiyalarını başa düşmədən davranışlarını başa düşə bilməzsən.
Düşüncə sistemini başa düşmədən seçimlərini başa düşə bilməzsən.
Məna axtarışlarını başa düşmədən onun həyatını başa düşə bilməzsən.
Buna görə də, əsl rəhbərlik əvvəlcə insanı tanımaqla başlayır.
Bu gün isə roblem ondadır ki, özünü tanımayan insanlar rəhbər vəzifələrinə yüksəlirlər.
Bəzən bu, menecerdir.
Bəzən siyasətçidir.
Bəzən müəllimdir.
Bəzən düşüncə lideri.
Bəzən isə milyonlarla izləyicisi olan bir fenomen.
Başlıq dəyişir.
Problem dəyişmir.
Özünü tanımayan bir insan güc qazandıqda, öz kor nöqtələrini başqalarına tətbiq etməyə başlayır.
Bu, texniki deyil.
Bu, marketinq deyil.
Məsələ izləyicilərin sayı deyil.
Başlanğıc nöqtəsi güzgüdür.
İnsan əvvəlcə özünə baxa bilməlidir.
Niyə qorxduğunu bilməlidir.
Niyə qəzəbli olduğunu bilməlidir.
Niyə paxıl olduğunu bilməlidir.
Niyə sevdiyini bilməlidir.
Niyə qaçdığını bilməlidir.
Öz daxili dünyasına yad olan biri başqalarının daxili dünyasına yalnız fərziyyələrlə yanaşa bilər.
Lakin əsl rəhbərlik fərziyyələr deyil, şüur tələb edir.
Son Söz
Bəlkə də dövrümüzün ən böyük ehtiyacı yeni məşqçilər, yeni mentorlar və ya yeni mütəxəssislər deyil.
Bəlkə də bizə daha çox özünüdərk edən insanlar lazımdır. Çünki özünüdərk edən insanın rəhbərliyi səssizdir.
Özünüdərk edən insanın təsiri iddiasızdır.
Özünüdərk edən insanın müdrikliyinin şüarlara ehtiyacı yoxdur.
Və bəlkə də min illər əvvəlki o iki çağırış hələ də eyni şeyi deyir:
“Özünüdərk et.”
Çünki insan özünüdərk etməzsə:
-oxumaları arta bilər,
-sertifikatlar arta bilər,
-izləyiciləri arta bilər,
-titulları arta bilər…
Amma onların rəhbərliyi dərinləşməyəcək.

Qeyd: Yazı türkcədən tərcümə və ixtisarla dərc olundu Müəllif :Sezai Şahinbəy