Mövqe

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi — söz,
Sözü — məhəbbət olar —
Müharibə olmasa!
Məmməd Araz

Bu gün dünya sözün həqiqi mənasında alışıb yanır. Hər gün dünyanın müxtəlif bölgələrində günahsız insanlar həyatını itirir, uşaqlar oyuncaqlarından, isti yuvalarından, gələcəklərindən məhrum edilir. İnsanlığın bəxtəvər yaşaması niyyəti ilə açılmış sülh şəfəqli səmalar partlayışların və mərmilərin yaratdığı dəhşətli mənzərələrlə əvəzlənir. Ruzi yetirməyə, çiçək açmağa xidmət etməli olan torpaqlar viran qoyulur, neçə-neçə şəhər və kənd xarabalığa çevrilir. Təbiət də müharibələrin qurbanına çevrilir, quşlar belə yuvalarından perik düşür.
Bu yazı dünya şöhrətli yazıçı və şairlərə, incəsənət xadimlərinə və Nobel mükafatçılarına bir çağırışdır. Dünya alışıb yanarkən, körpələr torpağa gömülərkən, insanlığın taleyinə təsir edə biləcək Zəka sahiblərinin səsi niyə bu qədər az eşidilir? NİYƏ SUSURSUNUZ, NƏYİ GÖZLƏYİRSİNİZ?
Azərbaycan ədəbiyyatının və fəlsəfi düşüncəsinin zirvələrindən biri olan Hüseyn Cavid hələ illər əvvəl bəşəriyyətin xilası formulunu belə ifadə etmişdi:
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü…”
Bu gün bəşəriyyətin tökülən qanları dayandıran, zorakılığa “Dur!” deyən və sülhə çağıran DAHİYƏ ehtiyacı var.
Müharibələrin, dağıntıların və sükutun qarşısında birgə dayanmaq, humanizmi və insan həyatının dəyərini hər şeydən üstün tutmaq hər birimizin mənəvi borcudur.
Dünya dağıntılarla deyil, sülhlə, sənətlə və uşaq gülüşləri ilə bəzənməlidir.
The Voice of Peace and Humanity: The World Needs a New Genius

Today, the world is literally engulfed in flames. Every day, innocent people lose their lives in different parts of the world, while children are deprived of their toys, their homes, and their futures. Skies that should be illuminated by the dawn of peace are instead filled with the terrifying light and sound of explosions and missiles. Lands meant to provide bread and blossom with life are devastated, while countless towns and villages are reduced to ruins. Nature, too, becomes a victim of war, and even birds are driven from their nests.
This is a heartfelt appeal to world-renowned writers and poets, artists, and Nobel laureates. While the world is burning and children are being buried in the earth, why is the voice of those capable of influencing humanity’s conscience heard so faintly WHY ARE YOU SILENT? WHAT ARE YOU WAITING FOR?
Decades ago, the great Azerbaijani poet and philosopher Hussein Javid expressed what he saw as a formula for saving humanity:
“Whoever stops the trail of shed blood,
That is the genius who saves the Earth.”
Today, humanity needs a GENIUS who can help stop bloodshed, say “Enough!” to violence, and call the world to peace.
Standing together against war, destruction, and silence—and placing human dignity and the value of human life above all else—is our shared moral responsibility.
The world should be adorned not with ruins, but with peace, art, and the laughter of children.
Голос мира и гуманизма: Миру нужен новый гений

Сегодня мир в прямом смысле слова объят огнём. Каждый день в разных уголках планеты гибнут невинные люди, а дети лишаются своих игрушек, родного дома и будущего. Небеса, которые должны озаряться зарёй мира, сегодня наполняются страшным светом и грохотом взрывов и ракет. Земли, предназначенные дарить хлеб и цвести, превращаются в руины, а города и сёла — в места разрушения. Даже природа становится жертвой войн, и птицы покидают свои гнёзда.
Это сердечный призыв к всемирно известным писателям и поэтам, деятелям искусства и нобелевским лауреатам. Пока мир горит, пока дети уходят в землю, почему голос тех, кто способен повлиять на совесть человечества, звучит так тихо? ПОЧЕМУ ВЫ МОЛЧИТЕ? ЧЕГО ВЫ ЖДЁТЕ?
Великий азербайджанский поэт и философ Гусейн Джавид ещё десятилетия назад выразил формулу спасения человечества:
«Кто остановит кровопролитие,
Тот и есть гений, спасающий Землю».
Сегодня человечеству нужен ГЕНИЙ, способный помочь остановить кровопролитие, сказать насилию «Довольно!» и призвать мир к миру.
Противостоять войне, разрушению и молчанию, ставить человеческое достоинство и ценность человеческой жизни превыше всего — наш общий моральный долг.
Мир должен принадлежать не руинам, а миру, искусству и детскому смеху.
