Salam verdim bir gözələ

Nostalji

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Vaqif Bayatlı

Salam verdim bir gözələ


Musiqisi: Hacı Xanməmmədov
Söz: Həmid Abbas


Salam verdim bir gözələ,
Dodağını büzdü, keçdi.
Maral kimi sığallandı,
Ceyran kimi süzdü, keçdi.

Dedim: “Könül, unut onu,
Belə eşqin yoxdur sonu!”
Sevən kəsdə ağıl hanı,
Öz yolunu azdı, keçdi…

Bel bağladım qışa, yaya…
İldən ilə, aydan aya
O qız məni üzdü, keçdi.
Axır bir gün yana-yana,

Yaman düşdüm bu sevdaya,
Bel bağladım qışa, yaya…
İldən ilə, aydan aya
O qız məni üzdü, keçdi.

Leave a Reply