Əxlaq və mənəviyyat

Amma mən deyərdim ki, oxuduğu kitablar deyilsə də- deyilməsə də, onu oxuyanların əxlaq və hərəkətlərində həmin şəxsin intellektini çox gözəl əks etdirir.
Kitab oxumaq bir mədəniyyətdir. İnsanlar kitabı ona görə oxumurlar ki, sadəcə, mədəni insan təəssüratı yaratsınlar. İnsanlar ona görə oxuyurlar ki, gündə yeni nə isə bur məlumat öyrənsinlər: dünyanı tanısınlar, dünya xalqları, onların tarixi və mədəniyyəti haqqında, heç olmasa, tanışlıq məlumatları olsun.
İnsanlar ona görə mütailə mədəniyyətinə yiyələnirlər ki, söz ehtiyatları , düşünmə və mühakimə qabiliyyətləri artsın və s.
Elə bir lider yoxdur ki, istər öz adını, istərsə də təmsil etdiyi dövlətin adını tarixə qılıncı ilə yazmış olsun. Hər bir xalq , hər bir dövlər tarixə yalnız ədəbi-mədəni səvətləri ilə imza atıb.
Və bu həqiqəti başa düşən, qiymətləndirə bilən bütün ölkələrdə oxu mədəniyyəti digərlərinə nümumə ola bilər.
Yaponiyada əhalinin 14, Amerikada 12, İngiltərə və Fransada 21, Türkiyədə isə 0,001 faizi kitab oxuyur.
Gürcüstanda 47, Ermənistanda 39 faiz kitab oxucusu olduğu halda, bu göstərici Azərbaycanda 11 faizdir.
Bir ildə Amerikada 72, Almaniyada 65, Brazilyada 13, Türkiyədə isə 6 min kitab nəşr olunur. Dərsliklər bu rəqəmlərə daxil deyil.
Yaponiyada cəmiyyətin 14%-i, Amerikada 12 % -i, İngiltərədə və Fransada 21%-i nizamlı kitab oxuduğu halda, Türkiyədə yalnız 10.000 adamdan 1 adam nizamlı olaraq kitab oxuyur.
Kitab üçün norveçli 137, alman 122, belçikalı və avstriyalı 100 dollar, Cənubi koreyalı 39 dollar ayırır. Dünya ortalaması 1,3 dollar ikən, Türkiyədə isə bir adam ildə kitaba ancaq 0,45 dollar xərcləyir.
Yaponiyada ildə 4 milyard 200 milyon kitab çap edilir, Türkiyədə isə yalnız 23 milyon.
Azərbaycanda da oxu səviyyəsi məyusedəcək qədər zəifdir. Valideyn kitab mütailəsinə meyilli deyilsə, onun övladları kitaba yaxın durarmı?
Ona görə də mütəxəssislər çox doğru olaraq bu fikirdədirlər ki, kitab oxuma vərdişi ilk əvvəl ailədən başlanılmalı, daha sonra bağça və məktəbdə zənginləşdirilməlidir. Valideynlər evdə uşaqlarına tez-tez kitab oxumalıdırlar. Uşaqlara dinlədiklərini söylətməli və hər bir fəaliyyəti təqdir etməlidirlər. Bir çox mütəxəssislər isə belə hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Uşaqlara sərbəstlik vermək lazımdır ki, öz maraq dünyalarına uyğun ədəbiyyatlar seçsinlər. Valideyn həm də övladların həmin kitabları övldlarının
Sitatlar: oxumaları üçün hər dəfə övladlarına oxuduqlarını ailə üzvlərinə söyləməyə maraqlandırmalıdırlar. Unudulmamalıdır ki, uşaqların gələcəkdə ailədə, cəmiyyətdə bütün davranış mədəniyyətləri oxuduqları ilə paralel inkişaf edir.

Sitatlar:
Kitablar mənim sevgili dostlarım, gerçək yol göstərənlərimdir, çünki ikiüzlülük etmədən mənə vəzifələrimi xatırladarlar.
A.Daudet
Bir adama bir kitab satdığı zaman, ona yalnız yarım kilo kağız, mürəkkəb və yapışqan satmış olmazsan, ona tamamilə yeni bir həyat satmış olursan. Sevgi, dostluq, yumor və gecə dənizdə gəzən gəmilər, əgər o kitab həqiqətən mənim anladığım mənada bir kitabsa, onun içində bütün göylər və yer vardır.
Xristofer Morli
Allahım mənə kitab dolu bir evlə, çiçək dolu bir bağça ver.
Konfutsi
Günəş dünya üçün nə anlama gəlirsə, kitab da mənim üçün eyni anlama gəlir.
E. Наytiqeyl
İnsanlıq yalanı və ədalətsizliyi qılıncla deyil, kitabla məğlub edəcəkdir.
Emil Zolya
Kitablar sivilizasiyaya yol göstərən işıqlardır.
Franklin Ruzvelt
Bir kitab içimizdəki donmuş dəyərləri parçalayacaq bir balta olmalıdır.
Franz Kafka
Yaxşı seçilmiş bir kitab kolleksiyası, gerçək bir universitet təhsili deməkdir.
Ovidius
Gənclərini kitabla böyütməyən millətlərin sonu acıdır.
Ovidius
Müdrik insanlar həyatın dərdlərinə çarəni kitablardan tapar.
Viktor Hüqo
Kitabxana qurmaq məbəd qurmaq qədər müqəddəsdir.
Viktor Hüqo
Bəzi kitablar dad almaq, bəzi kitablar udmaq, bəzi kitablar da çeynəyib həzm üçündür.
Bacon
Kitab insanın cibində daşıdığı bir bağça kimidir.
Ərəb atalar sözü
Heç bir gəmi bizi kitablar qədər uzaqlara apara bilməz.
Kəlam
Müəllif: Fidan

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.