
Kateqoriya arxivləri: Əxlaq və mənəviyyat
Hər güclü bir kişinin arxasında izzətli bir QADIN dayanır
Əxlaq və mənəviyyat

Şükriyyə taleyim, şükür xudaya
Gördüyüm doğrumu, yoxsa bir röya?
Dolub ürəyimə bu dadlı xülya
Yaşaya bilmərəm bir kərə sənsiz…
Əhməd Cavad
Qonşuluq – təkcə yaxınlıq deyil, həm də məsuliyyətdir
Əxlaq və mənəviyyat

“Əzizinəm, şum olsun,
Şumla yeri, şum olsun.
Çoxlu evin olunca,
Bir yaxşı qonşun olsun…”
Ailədə uşaqların sayı getdikcə azalır və yaxud qadınlar niyə analıq qayğılarından lap tez xilas olmağa can atırlar – VI yazı
Əxlaq və mənəviyyat
Uşaqları gətirməyə dəyər bir dünya yaradaq

İnsan nə qədər ki, subay olur, ailə qurmaq, övlad sahibi olmağa can atır. İmkanı olsa, qarşıdakı gözləməli olduğu illəri də əllərini uzadıb özünə yaxınlaşdırardı ki, tez də məktəbi, hərbi xidməti başa vurub toy edə bilsin, ailə qursun, dünyaya övlad gətirsin. Bunu hələ əli çatmayanda, qovrula-qovrula armudun yetişməsini gözləməli olurdu. Ta ki bu mərhələləri keçib qurtarırdı, ata-ana bir kişinin qızına elçi gedərdi.
Oxumağa davam etAilədə uşaqların sayı getdikcə azalır və yaxud qadınlar niyə analıq qayğılarından lap tez xilas olmağa can atırlar – V yazı
Əxlaq və mənəviyyat

Ovaxtkı ailə modelləri, əsasən, bir-birinə yaxın olardı.
Təsadüfən hansı həyətə yolun düşsəydi və yaxud qonaq olsaydın, bir-birindən sirin, səmimi, ədəb-ərkanlı uşaqların uşaqların əhatəsinə düşəcəkdin.
O vaxt deyərdilər ki, guya uşaqların sayca belə çox olması kəndin geriliyi ilə, insanların savadslzılığı ilə bağlı idi. Bir az yumor ovqatı da qatıb deyirdilər ki, ucqar kəndlərdir, işıq yox, televizor, internet yox, qaş qaralan kimi, tökülüşüb yatıblar…. Guya ona görə də hər həyət-baca uşaqla dolu olurdu.
Ailədə uşaqların sayı getdikcə azalır və yaxud qadınlar niyə analıq qayğılarından lap tez xilas olmağa can atırlar (IV yazı)
Əxlaq və mənəviyyat

Anaveushaq.wordpress.com AZƏRTAC-a (Bax: https://azertag.az/xeber/hesabat_nikahlarin_sayi_azalib_bosanmalarin_sayi_choxalib-3012554) məxsus məlumata əsasən bildirir ki, 2023-cü ildə 54 200 nikah bağlanıb, 21 688 sayda boşanma qeydə alınıb.
Azərbaycanda 2022-ci illə müqayisədə 2023 cü ildə nikahların sayında 7 739 azalma, boşanmaların sayında isə 5 705 artım halı olub. Ən çox boşanma sayı 5 ilə qədər evli qalanlar arasında baş verib.

Beş ilə qədər evli olub boşananların sayı 5814-dür. Ən çox 30-34 yaşlı kişilər və 20-24 yaşlıqadınlar evliliklərinin ilk 5 ilində boşanıblar. Bax, bunlar Azərbaycan ailələrində getdikcə kütləviləşməkdə olan təhlükəli hallardan xəbər verir.
Son üç ildə boşanmaların ümumi sayına nisbətən uşağı olmayanların boşanma sayının fərqini araşdırsaq, cəmiyyətdə sonsuzluq probleminin olduğunu da görərik. Əgər 2009- cu ildə 7784 boşanma halı qeydə alınmışdırsa, onlardan 4634-nün uşağı yoxdur. 2010- cu ildə 9061 boşanma olmuş, onlardan 5527-nin uşağı yoxdur. 2011-ci ildə isə 10 747 boşanma olmuş, onlardan 7368-nin uşağı yoxdur. Bu isə gələcəkdə ciddi fəsadlara gətirib çıxara bilər.
Azərbaycanda son illər daha çox oğlan uşaqlarıa olan istək bütövlükdə ölkədə gender balansını pozur. Nə qədər ağrılı-açılı olsa da belədir. Hətta ailədaxili münaqişələrə gətirib çıxaran
Selektiv abort geniş yayılmışdır. Gözlənilən uşaq qısdırsa, ailələr var ki, yasa batır sanki. Belələri amma tez yolunu həkimdən salır, arzu olunmayan hamiləlik kimi qız uşağından imtina edir. Nəticədə, balans nisbətində oğlan uşaqlarının sayı qız uşaqlarının sayını üstələyir.
Məsələn, 2009-cu ildə ölkə üzrə 637 015 qız, 2010-cu ildə 613 060 qız, 2011-ci ildə isə 597 666 qız təhsil almışdır. Bəzi hallarda təhsildə sayı azalan qızlar təhsillərini davam etdirə bilmir, valideynlər onları erkən yaşda nikah qurmağa sövq edirlər. Qanunla xüsusi hallar istisna olunmaqla selektiv abortlara qadağa var. Amma belə abortlar hər zaman mütəhərrik olub, indi də belədir. “Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir”.

Bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri və İnsan Hüquqları Komitəsinin birgə dinləməsi zamanı deyib. Fərid Babayev onu da qeyd edib ki, Azərbaycan 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini üstələyib.
Azərbaycan ailəsinin bu gün ən ağrılı və utanc problemlərindən biri də küçələrə atılmış uşaqlardır.
2021-ci ildə mətbuat üçün təqdim edilmiş bir statiskaya görə, dünyada hər il təxminən 2 min 500 ana yeni doğulmuş körpəsini hansı formadasa atır: fərqi yoxdur imtina edib, yaxud doğum evində qoyub evə körpəsiz qayııdıb, yaxud da aparıb sığnacaqlara verib. Hər üçünün də mahiyyəti eynidir, bu, rəzalətdir.
Azərbaycanda isə həmin dövr üçün son 3 ilin statistikasına görə, hər il 50-60 uşaq valideynləri tərəfindən tərk edilib və ya küçəyə atılıb. Təkcə iyul ayı ərzində 3 yeni doğulmuş körpə küçəyə atılıb. Müdriklər deyir ki, uşaq cənnət nemətlərindən biridir. Bəs bu qədər müqəddəs neməti zibilliyə necə atmaq olar?
Subay qızlarımız hələ bir yana, qadınlarımız var ki, ərə getsələr də, illərdir bu izdivac ailəyə körpə hənirtisi, körpə qoxusu gətirməyib. Təəssüf ki, həyatda belə qadınlarımız var, hər kənddə, rayonda, şəhərdə rast gəlmək olar belə qadınlara. Onların əlləri həmişə göyə uzanılı olar, pirlərə üz tutar, imkansıza, yetimə nəzir-niyaz paylayarlar ki, Allah onlara da bir övlad qismət etsin.
Biz də dua edirik. Dünyamız salamat olsun. Bütün evlərimiz xeyirli körpə körpə gülüşləri ilə canlansın, həmin evə yaşamaq həvəsi gətirsin. Amma eşidəndə ki, internetdən oxuyanda ki, zibillikdən uşaq tapıldı, vücudum yüz yerindən dağlanır. Tanıdıq-tanımadıq, adətən, bütün balacalar şüurlu olmasa da, böyüklərə sığınarlar, təki, təhlükəsiz yer olsun, onlar rahat uyuya bilsinlər.Televiziyada təbii fəlakət, yanğın və sair qəzalarda o qədər belə etüdləri görmüşük ki…
Bəs ağlı, yaşı, başı üstündə olan bir böyük necə əli gəlir ki, dilsiz-ağızsız tifili küçəyə, zibilliyə atsın?!
Qulaqlarıma sanki Xalq artistimiz Flora Kərimovanın həzin səsi gəlir:
…Zirvə olmaq istəyirəm, ay ana.
Ucalarda hər an səni araram.
– Yox, ay bala, anan qurban boyuna!
Necə onda saçlarını dararam?

Bəs ana qucağından məhrum edilib atılan uşaların (daha çox qız uşaqları atılır) sacları necə olsun, onların saçlarını Siçan Solub bəylər darasınmı?
Mən inanmıram ki, el adəti ilə toy edib gəlin gətirilmiş bir ailənin başbilənləri doğulan nəvələr qızdır deyə, gəlini boşasınlar. Əgər bir ailədə övlad doğulmazsa, bütün səylər heç bir nəticə verməzsə, sülh yolu ilə nikah pozulması söhbət mövzusu ola bilər. Amma nikahı pozmayan həqiqi aşiqlər də bilirəm, tanıyıram ki, övlad xiffətini sevdiyi ilə birgə çəkib, amma amma bu aşiqlər sevgilərinə xilaf çıxmayıblar: ya uşaqsız yaşayıblar, ya da qohumlardan birinin uşağını götürüb saxlayıblar. Hər kəs öz taleyinə sahib çıxmalıdır.
Heç kim ailə dağıtmağa yönəli olmamalıdır.
2018-ci ildə Azərbaycanda 7000-ə yaxın uşağı olmayan ailə boşanıb
(https://baku.ws/social/oten-il-azerbaycanda-7000-e-yaxin-ushagi-olmayan-aile-boshanib). Bu problemin evliliyəqədər müayinəsi mümkün deyilmi, ailə quran gənclər nikaha qədər belə testdən keçib sonra addım atsınlar: ya müalicə olunsunlar, ya da ancaq dünyaya övlad gətirmək qabiliyyəti olanların nikahı qeydə alınsın.
Cəmiyyətin özünün elə hədəfləri olmalıdır ki, kimsə dəyərlrimizi aşağılamağa cürət etməyə. Çox heyflər ki, bu gün arvad alıb boşamağa, ərə gedib boşanmağa meyilli kütlə formalaşır. Formalaşır və elə bil ki, heç nə olmayıb: onlar həmişə ekranlardadır, manşetlərdən heç əskik olmurlar. Çoxlarının bəyənmədiyi sovet dövründən belə şəxslər özləri hər yerdə geri çəkilərdilər ki, diqqəti cəlb etməsinlər. Belə adamların karyera yolu bloklanırdı. Amma indi 2-ci, 3-cü evliliyi, 2-ci, 3-cü evlilikdən olan uşaqları nümayiş etdirirlər, hələ mətbuat belə xəbərləri xüsusi olaraq diqqətə çatdırırlar. Ölkəmizdə heç kimin şəxsi azadlıqları məhduslaşdırılmır. Hər kəs həyatını istədiyi kimi qura bilir. Məsələ burasındadır ki, belə nümunələr manşetlərə çıxarılmasa yaxşıdır. Öz həyatınızı yaşayın, istədiyinizi geyinin, ən ləziz xörəkləri yeyin, hər il istirahətinizi dünyanın ən mənzərəli yerində keçirin. Amma belə yox da. Yoxsa kimsə 2-ci, 3-cü dəfə evlənəcək, hələ bir arqument də gətirəcək ki, burada qəbahət nə var ki. Qəbahət odur ki, mətbuat bunları tirajlamamalıdır.
50-60 il bundan əvvəl arvad boşamaq, ərdən ayılıb ata evinə qayıtmaq hər iki tərəf üçün çox ciddi utanc sayılırdı. Hamı ailəsinin üstündə əsirdi.
İndi yoxdu belə şey. Uzaqbaşı kəndi buraxıb köçüb başqa rayonda, başqab şəhərdə və ya başqa ölkədə yaşayarlar. Beləcə, gənclərimiz Qərb həyatından, onların eybəcər həyat tərzindən televizya, mətbuat və internet yolu ilə əxz etdiklərinin acı nəticələri getdikcə həyatımızda oturuşmağa başlayır.

Biz gözümüzü açıb belə görmüşük ki, Azərbaycan ailələrinin hamısında çoxlu-çoxlu qəşəng balalar var, demək olar ki, ailələrin əksəriyyəti çoxuşaqlı ailə hesab olunub. Bu çoxluq daha çox ucqar rayonların ailələri üçün xarakterik idi. Yeni qurulan ailələr istisna olunmaqla, əksər ailələrdə 5-dən yuxarı uşaq olurdu, 3-4 uşaqlı ailə azuşaqlı ailə hesab olunurdu. Amma o vaxt heç kimsə şikaytlənməzdi, nə uşaqların sayından, nə dolanışıq çətinliyindən. Dünyaya uşaq gətirmisinizsə, çalışmalı, çörək qazanmalı, uşaqları böyütməlisiniz.
Yoxsa, 5-10 uşağın ağzını kiritmək asan məsələ deyildi. Onda heç bir ata da fikirləşməzdi ki, ana nə edir ki, evdə isti yerdə oturub uşaqlara baxır da. Ana da deməzdi ki, bircə aylıq sən evdə otur və mən görən işləri gör, mən də sənin əvəzinə gedim çöldə-bayırda işləyim.
Belə fikir başlarını məşğul etmədiyi üçün onlar Allahın lütfü ilə balalarını şən və qayğısız böyüdərdilər. Evlərindən süd, qatıq, yumurta əksik olmazdı. İşləməyə gəlincə, qadınlar, əsasən, kolxozda tütün əkərdilər, fermalarda sağıcı olardılar. Tək-tək oxumuş qadın olardı ki, onlar da müəllim, tibb bacısı olardı. Amma ailə planması öz axarınca gedərdi. O vaxtlar belə deyənlər də olurdu ki, filənkəsin dolanışığı çətindir, yeməyə qarındolusu çörək tapmır, nəyinə lazım idi dünyaya uşaq gətirmək. Amma deyən də olurdu ki, uşağı verən Allah onun ruzisini də yetirir. Allah yetirirdi də. Təbii ki, öz vəzifələrini, qayğı və borcunu unudub, “niyə” və “nə üçün”lərə cavab axtarmağa vaxt sərf edəndə, bu “niyə” və “nə üçün”lər ailə üçün , uşaq üçün pul qazanmağa sərf edilən vaxtı əlinizdən alacaq. İşinizə, çalışmanıza müvafiq qazandığınız pul ailənizin ancaq zəruri ehtiyaclarını güclə ödəyəcək. Ailəni dolandırmaq üçün gərək dayanmayasan, işləyəsən.
Davamı var…
Ailədə uşaqların sayı getdikcə azalır və yaxud qadınlar niyə analıq qayğılarından lap tez xilas olmağa can atırlar (III yazı)
Əxlaq və mənəviyyat

“Uşağım, sənin qoxunun, səsin, gülüşün üçün necə darıxıram… Hər səhər gözümü açanda səninlə görüşmək ümidi içimi doldurur… Gəlsən, doyunca qucaqlasam, səni övladım kimi qucaqlasam, səni öpərkən qoxunu ciyərlərimə doldursam…”
Bu misralar uşaq həsrətlibir qadının gündəliyindən götürülüb.
Oxumağa davam etAilədə uşaqların sayı getdikcə azalır və yaxud qadınlar niyə analıq qayğılarından lap tez xilas olmağa can atırlar (II yazı)
Ailədə uşaqların sayı getdikcə azalır və yaxud qadlnlar niyə analıq qayğılarından lap tez xilas olmağa can atırlar – I yazı
Əxlaq və mənəviyyat

Evi ev edən qadın, ölkəni xoşbəxt edən dövlət.
Arvadsız ev, susuz dəyirman.
Arvadın isməti – ərin izzəti.
Arvad ilə at igidin bəxtinə.
Qadın kişinin arvadı və evin günəşidir.
Qadının tikdiyi evi Allah yıxmaz, qadının sındırdığı evi də Allah tikməz.
Ev tikən qadınlar var, evi uçuran qadınlar var.
Qadınsız ev yoxdur.
Kişilər rasional, qadınlar isə emosionaldırlar
Əxlaq və mənəviyyat

Qərb həyatında gənclər sərhədsiz sərbəstliyə, macəra həyatına qədərindən çox meyilli olurlar. Bu cür hisslər bizim əxlaq xurallarımıza heç vaxt xas olmayıb.
Digər millətlər Azərbaycan ailəsinin saflığına, etibarlılığına hər zaman həsəd aparmışlar və bu gün də belədir. Onlar müxtəlif yollarla bizim ailə ənənələrmizə viruslar yoluxdurmağa can atırlar, təəssüf ki, bəzən də nail olurlar.
Belə cəhdlər , təbii ki, Azərbaycan ailələrinin keyfiyyətinə, bu ailələri quracaq gənclərin mənəviyyatına ciddi zərbə vurur.
Oxumağa davam et