Qadın, ana, ailə dəyərləri

Qadın, ana, ailə dəyərləri

Kişi gücdür, qadın isə o gücü idarə edən estetik və cazibə.
Lev Tolstoy
Oxumağa davam etQadın, ana, ailə dəyərləri

~ Qadın sevəndə hamıdan zəif, seviləndə hamıdan güclü olur.
Erix Osterfeld
Oxumağa davam etQadın, ana, ailə dəyərləri

Ayrı çarpayılarda yatmaq həmişə münasibətlərdəki əks problemləri göstərmir. Və bəzən hətta evliliyi gücləndirə bilər.
Amma əgər evlisinizsə, birlikdə yatmalısınız. Bu fikir o qədər doğru və təbii görünür ki, yəqin ki, heç vaxt başqa variantları düşünməmisiniz. Ayrı yatmaq münasibətlərdəki problemlərin əlaməti və ya hətta cəza və ya manipulyasiya metodu kimi qəbul edilir (“Divanda yatacağam!”). Bununla belə, hər gecə ayrı çarpayılarda yatan bir çox güclü cütlük var. Bəs onlar bunu niyə belə edirlər?
Qadın, ana, ailə dəyərləri

Məğrurluğu , eyni zamanda sadəliyi anamı xatırladır. Ötkəmdi , sözünə güvənir , dəb arxasınca düşmür, müasirliyi kökdə axtarır.
Safdı , yüklü və dərin duyğuların məngənəsində çırpınmağı var. Bu sarıdan dənizə bənzəyir. Baş vurmadığı sular qalmayıb. Göz yaşı ovcunun içindədi. Özü demiş dörd müharibə görüb , gəl kövrəlməsin. Çox ağrıdan , acıdan keçdiyi üçün adamı gendən anlayır.Oturub saatlarla dərdləşə bilirsən onunla . Hansı mövzuda desən adamla polemikaya girməyi bacarır. Düşüncələri maraqlıdı. Ədalətlidi və həmişə həqiqətin yanındadı. Dəyər verməyi gözəl bacarır . Haqqı müdafiə edəndi. Bir az da küsəyəndi.
Yazıçı , şair Şövkət Zərin Horovludan danışıram.
Qadın, ana, ailə dəyərləri

Ana olmaq – sadəcə bir ad deyil, bir həyat tərzidir. Bu, həm yorulmadan sevmək, həm də heç bir şərt qoymadan fədakarlıq etmək deməkdir. Ana olmaq – hər səhər bir təbəssümlə oyanmaq, övladının gülüşündə həyatın bütün mənasını tapmaqdır.
Amma ana olmaq yalnız sevgi deyil, eyni zamanda güc deməkdir. O güc ki, uşaq xəstələnəndə özünü unudub onun başında gecələr yatmayan qadındadır. Bəzən ağlamadan ağlayan, yorulmadan çalışan, amma heç nə olmamış kimi təbəssüm edən qadındadır. Ana, ailənin səssiz dayaq nöqtəsidir.
Ana olmaq – hər gün yenidən öyrənmək, övladla birgə böyüməkdir. Uşağın ilk addımı, ilk sözü, ilk məktəb günü – bunlar ananın yaddaşında əbədilik iz buraxır. O sevgi ki, zamanla azalmır, əksinə – hər gün daha da dərinləşir.
Analar öz övladlarına dünyanı öyrədirlər, amma əslində, övladlar da analara yeni bir dünyanı – şərtsiz sevgini öyrədir.
Ana olmaq – eyni zamanda səbir, anlayış, qurban, təslim olmamaq, tükənməmək deməkdir. Bu, zəif görünən, amma içində dağlar qədər güc olan qadının hekayəsidir.

Bu hekayə hər bir evdə yazılır, hər bir qəlbdə yaşanır. Və bu hekayənin adı **”Ana və Uşaq”**dır.
Müəllif: Fəxri Dost
Qadın, ana, ailə dəyərləri

Qızım, daha mənim həyatımın ən gözəl anları səninlə davam edir. Hər gün böyüyürsən və hər gün başqa bir uşaq olursan.
Oxumağa davam etƏxlaq və mənəviyyat

Nikahın digər bir yazılmamış anlamı da var ki, qadın cəmiyyətin, dinimizin ölçüləri ilə bu ailənin gəlini, bu ərin həyat yoldaşı olduğunu rəsmən qəbul edir və iki nəslin şahidliyi ilə cəmiyyət qarşısında halal bir qadın olacağı haqqında öhdəlik götürür.
Oxumağa davam et