Qadın, ana, ailə dəyərləri


1. Evlənməkdə gecikmə, ailə həyatın sənin nəfsini pis yerlərə getməkdən saxlayar, adın təmiz qalar.
2. Cəhd edib halal süd əmmiş bakirə qız al, anasının xasiyyətlərini də unutma.
3. Qadın gözəl olmasa da olar. O, xoşüzlü və xoşxasiyyətli olsa, bu, böyük səadətdir. Bədxasiyyət, bədrəftar və çirkin xanımın olsa, vay sənin halına… malın, canın və ömrün fədaya gedəcəkdir.
4. Ata və ananla elə rəftar et ki, onu sən öz övladlarından gözləyirsən.
5. Özünü yaşayışı səndən yuxarı olanlarla müqayisə etmə, özündən aşağı səviyədə yaşayanlara isə nəzər sal.
6. Özünü və arvad-uşağını camaatın yanında tərifləmə.
7. Paltarını arvad paltarına və başqa millətlərin geyiminə bənzətmə. Namussuz və qeyrətsizlərlə oturub-durma.
8. Arvad-uşağına yaxşı güzəran verməkdən imtina etmə, qoy onlar vüsətli həyat sürsünlər.
9. Evin qab-qacağını misdən və gümüşdən eylə ki, onlar həmişə qiymətlidir.
10. Əhli-əyalınla xoşrəftar və mehriban ol, amma heybətli də ol ki, onların cəsarət yolunu bağlaya biləsən.
Mənbə: İnternet