Əlac/Xalq təbabəti

Son zamanlar vətənimizdə pişik saxlayanların sayı xeyli artıb. Bu say artdıqca təcili yardıma “pişik cırmaqlaması və ya dişləməsi” şikayəti ilə müraciət edənlərin də sayı artıb.

Bəs biz pişik dişləməsi zamanı nə etməliyik?

✅lkin yardım olaraq yaranı, əvvəlcə, soyuq su ilə yuyun.

✅Qanaxma varsa, təmiz dəsmalla bağlayın.

✅Qanaxma yoxdursa və ya dayanıbsa steril salfetlə yaranı örtün.

✅Adətən, pişik dişləmələrinin 80%-i iltihablanır. Bu iltihabın səbəbi “Pasteurella multocida” adlanan patogendir. Dişləmədən dərhal sonra ağrı və şişkinlik yaranıbsa, yara sahəsi böyükdürsə, qızartı və qaşınma artırsa bu yaranın infeksiyalaşmasından xəbər verir və mütləq şərtdir ki, mütəxəssis həkimə müraciət edəsiniz. Septik artrit, şəkərli diabet kimi  yataq xəstəliyi olan, immundepresant alan, protez oynaqları olan, alkoqol qəbul edən insanlarda bu proses daha sürətli gedir. Məhz bu səbəbdən də ilkin yardım olaraq bütün xəstələrə profilaktik olaraq antibiotik tətbiq edilir. Adətən, tablet şəklində qəbula üstünlük verilir.

✅Bizi ikinci narahat edən bir məqam isə, pişiyin ev və ya çöl pişiyi olması, bir sözlə peyvəndlərinin olub olmamasıdır. Əgər pişik sizinlə bərabər yaşıyır və bütün peyvəndlərindən əminsəniz, sadəcə, pişiyi 10 günlük nəzarətə alırsınız. Yox əgər pişik çöl pişiyidirsə və peyvəndlərindən əmin deyilsəniz, mütləq mütəxəssis-həkim tərəfindən sizə quduzluq vaksini tətbiq olunmalıdır. Hal-hazırda quduzluq vaksini hadisənin 1,3,7,14 və 28-ci günləri tətbiq edilir

✅Digər bir məsələ isə tetanus vaksinidir. Dərinin tamlığı pozulan bütün yaralanmalarda tətbiq olunn tetanus vaksini tətbiq edilməlidir. Əgər sizə son 5 ildə tetanus vaksini tətbiq edilməyibsə, mütləq şəkildə həkim-mütəxəssisə bu barədə məlumat verməlisiniz.

Bütün mümkün hallarda həkim-mütəxəssislə məsləhətləşməyi UNUTMAYIN!

Mənbə:https://www.threads.net/@dr_ayselkhalilbeyli?xmt=AQGzlOHasDrPokdMVXQwn1qCcgFvkg8K33KykRK_h5j63b0

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!