Dəyişən hormonlar, zehni sağlamlıq problemləri və yuxu pozğunluqları riski qadınların yuxu ehtiyaclarına təsir göstərə bilər. Mütəxəssislər böyüklərin gecə ən azı yeddi saat gözlərini yatmasını tövsiyə edirlər. Bəs qadınların kişilərə nisbətən nə qədər yuxuya ehtiyacı var? Bunun əhəmiyyəti varmı?
Başağrısı başın və ya yuxarı boyunun müəyyən bir hissəsində yaranan ağrı deməkdir. Bu ağrı insanlar arasında geniş yayılmışdır. Belə şikayəti olan insanların 70% də bu hal təkrarlana bilər. Amma başağrısı həyat keyfiyyətinə mənfi təsir göstərsə də, əksər hallarda həyati təhlükə yaratmır.
“Yovşan türk mənşəli sözdür. Mahmud Kaşğarinin “Divani Lüğət-it Türk” əsərində bu söz “yapçan” (ىَبْجانْ) və “yavçan” (ىَٯْجانْ) kimi işlənmişdir. Yovşanın elmi adı Artemisia sözünün ya yunan ilahəsi Artemidanın, ya da e.ə. 350-ci ildə ölən botanik və tibb alimi Kariyalı II Artemisiyanın adından yarandığı göstərilir.
Çiy yeməyin zərərli olduğunu birmənalı demək mümkün deyil. Pəhriz kimi xam qidanın həm müsbət, həm də mənfi cəhətləri var. Bəzi hallarda xam yemək faydalı ola bilər, digərlərində isə sağlamlıq problemlərinə səbəb olur.
Ən yaxşı yuxu mövqeyi nədir: qarın, arxa və ya yan tərəfdə?Körpə hansı vəziyyətdə yatmalıdır? Özünüzü yeni bir yuxu mövqeyinə necə öyrətmək olar. Yuxu zamanı düzgün bədən mövqeyi, sağlam yatdığınız və səhər güc və enerji artımını hiss etdiyiniz mövqedir. Əgər bu, baş vermirsə, yatma duruşunuz barədə düşünməyin vaxtı gəlib . Mütəxəssislərlə birlikdə kifayət qədər yuxu almaq və özünüzü gümrah hiss etmək üçün düzgün yuxu mövqelərini nəzərdən keçirəcəyik.
Su planetimizdəki həyatın əsasını təşkil edir. Planetimizin, demək olar ki,təxminən 71%-ni su əhatə edir. Lakin təmiz içməli suya çıxış hələ də çoxları üçün problemdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 2 milyard insan təhlükəsiz idarə olunan içməli su xidmətlərindən məhrumdur. Halbuki, insan orqanizminin düzgün işləməsi üçün insanın su balansını saxlaması vacibdir. Həkimlər içkilərə əlavə olaraq hər gün adi su içməyi məsləhət görürlər. Bəs hansı su təhlükəsizdir və eyni zamanda insan orqanizmi üçün faydalıdır : xam və ya qaynadılmış.
Son zamanlar vətənimizdə pişik saxlayanların sayı xeyli artıb. Bu say artdıqca təcili yardıma “pişik cırmaqlaması və ya dişləməsi” şikayəti ilə müraciət edənlərin də sayı artıb.
Bu təhlükəli məqam haqqında son vaxtlar bir neçə dəfə mətbu vasitədə rast gəlmişəm, bir neçəsi haqqında isə ətrafımdakı insanlardan eşitmişəm. İki gün öncə internetdə rast gəldim ki, Nizami rayonunda yerləşən mərasim evlərinin birində 57 yaşlı bir kişi boğazında yemək qaldığı üçün boğularaq ölüb. Çox rast gəlinən anomaliya olmasa da, son vaxtlar bir qədər fəllaşıb. Artıq beyinlərdə bir udma fobiyası da özünə yer edib. Bu fobiyalı adamların ən çox qorxduğu da bir şey udarkən nəfəs borusuna düşə bilmək təhlükəsidir. Belələri, hətta günbəgün çəki itirsə belə, əziz yemək növlərindən qətiyyətlə imtina edir, hətta su içərkən boğazlarında nəsə qalar və boğular deyə vəsvəsəyə düşərlər. Daha çox isə dənəvər qidalardan, məsələn, fındıq, qoz ləpələrindən, günəbaxan tumundan uzaq durarlar. Bu bununla bağlı müəyyən anlayışları olmalıdır. Odur ki, sosial şəbəkələrdən bu mövzuda nəzərdən keçirdiyimiz bəzi məlimatları oxucularımızın diqqətinə çatdırırıq.
Müasir dünyada vitamin çatışmazlığı bütün inkişaf etmiş ölkələrin həkimlərini narahat edən ciddi problemdir. Mütəxəssislər ən çox D vitamini çatışmazlığı probleminə diqqət yetirirlər.