Ədəbiyyat və İncəsənət

Hər qələm sahibinin ruhunu qidalandıran, misralarına can verən doğma bir fəsli, özünəməxsus ab-havası olur. Jurnalist və şairə dostumuzun yaradıcılığına nəzər salanda isə dərhal hiss olunur ki, onun poeziyasında payız sadəcə bir fəsil deyil — bir ruh halı, həsrətin, nisgilin və incə duyğuların dilə gəldiyi mistik bir aləmdir. Onun misralarında payız öz kədəri, dumanı və küləyi ilə təbiətdən çıxıb bir insan ömrünə, bir qadın taleyinə köçür. Elə şairənin özünün də etiraf etdiyi kimi:
Gör necə bənzəyir bu payız mənə, Ürəyi nigaran, hissi yarımçıq. İkimiz əl-ələ verib gedirik, Gedirik küləyə, yağışa acıq.
Bu poeziya oxucunu tənhalığın və xatirələrin dərinliyinə aparır. Keçmişlə bu gün, soyuyan əllərlə unudulan xatirələr bir-birinə sarılır. Şairə ayrılığın addım-addım gəlişini, “bütün sonraların” hansı ağrı ilə başladığını dəqiqliklə poetikləşdirir:
Eh, bütün sonralar səndən sonra başladı, Sonra bir-birinə bənzədi bütün “Əlvida”lar…
Lakin bu payız yolçuluğunda kədərlə yanaşı, məğrur bir dayanış, küləyə və leysana meydan oxuyan bir ruh da var. Daxilində xəzan gəzdirsə də, sabaha, təzə ümidlərə boylanan bir ürəyin döyüntülərini hiss etməmək mümkün deyil:
Hələ mənim irəlidə
Xəzan donlu, yaz həvəsli
Arzularla savaşım var…
Sizə “Payıza bənzər Qadın”ın tənhalıqdan, kövrək sevdalardan və kədərli küləklərdən toxuduğu həzin şeir çələngini təqdim edirik.
Anaveushaq.com
Oxumağa davam et



