Dilimizin Sosioloji Güzgüsü: “Qadın”, “Arvad” yoxsa “Həyat Yoldaşı”?

Dilimiz varlığımızdır

Türkün dilitək sevgili, istəkli dil olmaz, Başqa dilə qatsan, bu əsil dil əsil olmaz!!!

                                              Məmmədhüseyn Şəhriyar

Oxumağa davam et

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

Dilimiz varlığımızdır

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Bəxtiyar Vahabzadə

Oxumağa davam et

Göz dəymək //Gözə gəlmək

Dilimiz varlığımızdır

Dilimizdə qədim tarixi olan bu ifadələr qədim xurafatla əlaqədardır. Bir sır xalqlarda “pis göz” ilə bağlı olan xurafat ge niş yayılmışdır. “Pis göz” ifadəsinə M.Ə.Sabirin şeirlərində rast
gəlirik. Şairin “Mahi-Rəməzandır” şeirində deyilir:
Sail, qapıdan baxma, bizə pis göz atarsan!
Çox qanqıma, durram, elə vurram ki, batarsan!…

Oxumağa davam et

Bəxtinə ox atmaq

Dilimiz varlığımızdır


Başqa sözlə: taleyini sınamaq. İfadə ən qədim sehrkarlıq inamları ilə əlaqədar yaranmışdır. Qədim insan ova getməzdən əvvəl ovlayacağı heyvanın rəsmini çəkib onu oxlayardı. İlk zamanlar daha çox adət, vərdiş, ustalıq məqsədi izləyən bu hərəkəttədricən rəmzi, sehrkarlıq keyfiyyəti qazanmışdı. Nəsir Rzayev yazır ki, “qaya üzərindəki heyvanın təsvirini nizə və ya oxla vuran – sehrləyən ovçu arxayın olurdu ki, ovlayacağı heyvan artıq sehrləndi və mütləq ona qismət olacaqdır”.

Oxumağa davam et

“Timsahın göz yaşları” ifafəsinin mənşəyi

Dilimiz varlığımızdır

Yəqin ki, “Timsah göz yaşları” ifadəsini eşitməmiş deyilsiniz. Hardan yaranıb bu ifadə, mənası nə deməkdir?
Qədim mənbələrdə ağlayan timsahlar haqqında mətnlər mövcuddur. 17-ci əsrin köhnə rus “Azbukovniki”sində (bir növ ensiklopediyada) deyilirdi ki, timsah insanı yeyərkən ağlayır, sonra da yeməyə davam edir.
İfadə özünü əsəbi və ya kədərli kimi göstərən, əslində isə laqeydlik hiss edən, hətta qürur duyan insanı təsvir etmək üçün istifadə olunur.
Tədqiqatlar göstərir ki, timsahlar əslində emosional olaraq ağlamırlar, əksinə, göz yaşlarının sırf anatomik bir səbəbdən qaynaqlandığını göstərir. Belə ki, timsahların gözlərinin yaxınlığında duz məhlulu ifraz edən tər vəziləri var. Timsah yemək yeyən zaman onun çənələrindəki əzələlər büzülür ki, bu da bu vəzilərin işləməsinə və “göz yaşlarının” görünməsinə səbəb olur.
Yaranışı qədim zamanlara gedib çıxır və bir çox dillərdə mövcuddur. Bu ifadə mərhəmət və humanizmdən uzaq adamların özünü peşman kimi göstərdiyi zaman, qeyri-səmimi, yalançı emosiyasının nümayişidir. Saxta kədəri ifadə edir.

Oxumağa davam et