Dədə Kərəm kimi yanmaq

Dilimiz varlığımızdır


İfadə XVII əsr şifahi xalq ədəbiyyatında yaranmış “Əsli və Kərəm” dastanı ilə əlaqədardır. Dastanda iki sevgilinin mhəbbətinə mane olmaq istəyən Qara Keşiş heç bir vəchlə Əslini Kərəmə verməyə razı olmur. O, Kərəmi dəfələrlə oğru adlandırır, zindana saldırır, uzun əzab və əziyyətlər verdiyi bu fədakar gəncin inadından əl çəkmədiyini gördükdə əlacsız qalıb, hiyləyə əl atır. Zifaf gecəsi Əslinin sehrlənmiş düymələri açılmadıqda Kərəm od tutub alışır və onun külündən Əsli də yanıb məhv olur.


M.F.Axundovun (1812 – 1878) “Hekayəti -Xırs quldurbasan” pyesində Bayram deyir: “…Nə gündüz dincələ bilirəm, nə gecə yata bilirəm. Az qalıb dəli-divanə olub Məcnun kimi dağa-daşa düşəm, Kərəm kimi alışam, yanam”.
Y.V.Çəmənzəminli “Bir cavanın dəftəri”ndə yazır:”Saat on idi, Rəcəb hələ də Kərəm dədə kimi yanırdı. Onu danışdı ran eşq havası idi”. Bir az sonra: “Ürəyim dərdlənəndə bağçanın bir guşəsinə çəkilib oxuyuram.Kərəm kimi od tutub yana
ram, göz yaşları həzin-həzin yanağım aşağı axar”.


R.Rza “Şeir vəzni və məhəbbət haqqında dastan” şei
rində yazmışdır:
Sevdi, sevildi.
Sağlam insana məxsus
bir həvəslə.
Sevdi
nə Fərhad,
nə Məcnun,
nə də Kərəm kimi,
nə daş yondu,
nə zəncir taxdı,
nə də yandı
Dədə Kərəm kimi.


B.Vahabzadənin “Yollara iz düşür…” pyesində Daşqın Göyərçinə deyir: “Hələ uşaq ikən Kərəm kimi səni yuxuda gö
rüb vurulmuşdum. O vaxtdan da Kərəm kimi yanıram”.


Musa Adilov – Filologiya elmləri doktoru, professor

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.