Kateqoriya: Dilimiz varlığımızdır
-
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür!
Dilimiz varlığımızdır Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq 19 ildir ki, ana dilimizlə bağlı bu əlamətdar günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik.
-
İNSAN – dünyanın əşrəfi
Dilimiz varlığımızdır İnsanın ən böyük səyahəti öz daxili aləminə səyahətidir. Əbu Turxan
-
Başına dönmək
Dilimiz varlığımızdır “Dönmək” əvəzinə dolanmaq, çevrilmək də deyilir. Başqa sözlə: birinin uğrunda fəda olmaq, özünü qurban vermək. Habelə: “qurban olmaq”, “ağrısınıı (bəlasını, qadasını) almaq” ifadələri də eyni mənada işlənir.
-
Qızlar bulağından su içmək
Dilimiz varlığımızdır Başqa sözlə: yeniyetmə dövrünü yaşamaq, gözəlləşmək, yetkinləşmək, həddi-büluğa çatmaq. Əsasən, yetkinlik dövrünə qədəm qoyan qızlar haqqındadeyilən bu ifadə qədim qəbilə adətlərinin dildə qalığıdır. Ərə getmək vaxtı çatan qızlar rəmzi məna daşıyan və adətən kənddən, yaşayış məskənindən bir qədər uzaqda yerləşən “Qızlar bulağı” adlı bulağın başına toplaşar, orada yuyunar, bəzənər, özünəömür-gün yoldaşı seçərdilər.
-
Diş kirəsi
Dilimiz varlığımızdır Bu ac göz xan gördüyündən göz, eşitdiyindən qulaq kirəsi istəyir. A.Şaiq, “Eloğlu” dramı
-
Dişinə vurmaq
Dilimiz varlığımızdır Məcazi mənada: şəxsin hər hansı xüsusiyyətini müəyyənləşdirmək üçün onu sınamaq, yoxlamaq.İfadənin həqiqi mənası C.Məmmədquluzadənin “Leontiyev” felyetonunda çox aydın şərh edilmişdir. “Məlumdur ki,uşaqlar yumurta döyüşdürəndə əvvəl bir dadışırlar, yəni, yumurtaları dəyişib vururlar dişlərinə və sonra qaytarıb verirlər bir-birinə. Sonra başlayırlar oynamağa.
-
Göyün yeddinci qatında olmaq
Dilimiz varlığımızdır Kinayə və ya zarafat əsnasında kef-damaqda, nəşə içərisində, xoşbəxtlik və səadətin ən yüksək zirvəsində (ən son həddində) olmaq deməkdir.Qədim yunanların təsəvvürünə görə göy hərəkət etməyənyeddi şəffaf təbəqədən (qatdan) ibarətdir. Məşhur yunan filosofu Aristotel (e.ə. 384 – 322) “Göy haqqında” adlı əsərində göyqübbəsinin qurluşunu məhz belə aydınlaşdırırdı.