Dilimiz varlığımızdır

Başqa sözlə: yeniyetmə dövrünü yaşamaq, gözəlləşmək, yetkinləşmək, həddi-büluğa çatmaq. Əsasən, yetkinlik dövrünə qədəm qoyan qızlar haqqında
deyilən bu ifadə qədim qəbilə adətlərinin dildə qalığıdır. Ərə getmək vaxtı çatan qızlar rəmzi məna daşıyan və adətən kənddən, yaşayış məskənindən bir qədər uzaqda yerləşən “Qızlar bulağı” adlı bulağın başına toplaşar, orada yuyunar, bəzənər, özünəömür-gün yoldaşı seçərdilər.

Dağıstanın Qubaçi aulunda indi də belə bir adət (bayram, şənlik) qalmaqdadır: adətən, mayın 9-da keçirilən və “Baharın qırx günü” adlandırılan bayram günü sübh tezdən qızlar dağa qalxır, kənddən 5 km aralıda yerləşən bulaq
başına gedirlər. Burada yuyunub bəzənir və mahnı oxuyurlar. Günortaya yaxın gənc oğlanlar bu bulağa yönəlirlər. Hər kəs əlində gül, alma və s. aparır və ürəyində sevdiyi, istədiyi qıza təqdim edir. Oğlanın hədiyyəsini almamaq onu rədd etmək deməkdir. Axşamüstü hər kəs öz sevgilisi ilə aula qayıdır və bun
dan sonra toy başlanır (Dilimizdə işlənən “alma atmaq”, “əyil dəsmalın götür”, “bizə gül göndərən yar” və s. ifadələr hər halda bu cəhətdən maraqlıdır). Göstərilən adətin izlərinə çox müxtəlif şəkillərdə təsadüf olunur. “Bəhlul Danəndə lətifələri”nin (Bakı, 1979) birində Bəhlul deyir:”Bu şəhərin adəti belədir ki, bazarda
bir alma almalısan, cümə günü çıxmalısan şəhərin kənarındakıdağın başına, şəhərin bütün qızları gəlib bir-bir sənin qabağından keçəcəklər, hansı qızdan xoşun gəlsə, almanı ona atarsan. Qız almanı götürsə, bil ki, sənə ərə getməyə razıdır”.
Qədim qəbilənin başlıca xüsusiyyəti üzvlərin eyni ərazidə yaşaması və eyni dildə danışması hesab olunur. Qəbilənin daha bir əlaməti qan qohumluğudur. Qəbilə üzvlərinin zənnincə onların hamısı eyni bir (ulu) babanın törəmələridir. Hər qəbilə bir neçə tirədən təşkil olunurdu. Hər tirənin (vəya qəbilənin) daxilində evlənmək və ya ərə getmək qadağan hesab olunurdu. Odur ki, bir tirənin (və ya qəbilənin) qızları yalnız başqa tirənin(və ya qəbilənin) oğlanlarına ərə gedə bilərdilər. Görüşdən qabaq adətən qızlar qəbilədən aralıda yerləşən bulağa gedər, yuyunub bəzənərdilər. Qızlar bulağı ilə əlaqədar olan bu adətlərin izləri dilimizdə bir sıra ifadələrdə yaşamaqdadır.
“Gül-çiçək bayramı”ndan bəhs edərkən etnoqraf H.A.Quliyev yazır: “Təyin edilmiş dağa və ya çəmənə çatdıqdan sonra mahnı oxunur, rəqs şənlikləri düzəldilirdi. Cavanlar qaçış, tullanma və dağaçıxma yarışları təşkil edirdilər. Qaliblərə qızlar
əl sənəti nümunələri bağışlardılar. Bayram zamanı qız və oğlan bəyənmə halları da çox yayılmışdı… Maraqlıdır ki, çox qədimdə “Gül-çiçək bayramı”nı yalnız qadınlar keçirmişlər, sonralar isə burada kişilər də iştirak etməyə başlamışlar”.
Azərbaycanın müxtəlif rayonlarında adətən ən səfalı yerlərdə və kənddən (obadan) bir qədər aralıda yerləşən bulaqlar “Qız bulaq”, “Qızlar bulağı”, “Qırx qız”, “Qırx qız bulağı” və s.adlandırılır. Maraqlıdır ki, nağıl və dastanlarımızda sevgililər ilk dəfə bulaq başında görüşür, burada əhd-peyman edirlər, oğlanlar gözəllərdən su alıb içir və s. Bulaq, bulaq başı və buradakı gö rüşlərlə əlaqədar çoxlu ifadələr, mahnılar vardır.
Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” romanında təsvir edilir ki, “Qoç” qəbiləsinə gəlmiş gənclər “Qızlar bulağı”na gedir, oraya toplaşmış qızlarla şənlik edirlər və özlərinə həyat yoldaşı seçirlər. Burada Milnir deyir:”Bircə sağ tərəfdəki sarışın qı
za baxın, gözəllik nöqteyi-nəzərindən bu bir məfkurədir. Tənasübi-tam. Bir yerdə qüsuru yoxdur….Halbuki on üç yaşı ola-olmaya, hələ qızlar bulağından su içməmiş. İçsə bu gözəllik bir qat daha artacaq”.

İbtidai qəbilə quruluşunun özəyini ayrı-ayrı qəbilələr təşkil edirdi. Qəbilənin bütün üzvləri arasında qan qohumluğumövcud olub, hamısı bir ulu babadan törəmə hesab edilirdilər. Qəbilə daxilindəki kişi və qadınlar cinsi əlaqədə ola bilməz, evlənə bilməzdilər. Yalnız bir qəbilədən olanlar başqa qəbilə nümayəndələri ilə evlənə bilərdilər. Etnoqrafiyada ekzoqamiya adlanan bu əlaqələrin izlərinə folklor materiallarında və dil faktlarında təsadüf olunur.
Y.V.Çəmənzəminlinin “Qan içində” romanında nökəröz xanımına deyir: “Xanım, təsəddüqün olum, cavandır, qoy əylənsin! Kiçikbəyimin bu saat qızlar bulağından su içən vaxtıdır”.
M.Müşfiqin bir şeirində deyilir:
Birinci içməmişdi su qızlar bulağından,
Pərişandı ikinci sevgi daş-qalağından.
Abbas Abdulla “Kəndimizin toyları” etnoqrafik hekayəsində yazır: “Elə ki, ağsaqqal-qarsaqqal, ağbirçək-qarabirçək toy qapısına cəm olar, halay vurular, Qara Hümmət “Dolça bulaqda qaldı” çalar. Qızlar bulağından təzəcə su içmiş bir el gözə
li kəklik kimi səkə-səkə meydana çıxar, dodaqaltı zümzümə eliyər”.
M.Allahverdiyev yazlr: “Azərbaycanda geniş yayılmış tamaşalardan biri də “Gülvermə”dir. Baharda oğlan və qızlar yaşlıların rəhbərliyi altında kənddən aralı, səaflı bir yerdə toplanır, çalır, oxuyur, rəqs edir, satirik səhnələr göstərir və bir-biri
nin təqlidini çıxarırdılar. Onlar tamaşaları göstərib qurtardıqdan sonra, dəstələr bir-birinə yaxınlaşır, qızlar qoşa zurnanın sədaları altında rəqs edir, oxuyur və oğlanlardan hünər göstərməyi tələb edirdilər. Oğlanlar da at minir, güləşir və bədiə deyirdilər. Nəhayət, həyat qurmaq istəyən oğlan və qızlar bir-birinə gül verib gəzintiyə çıxırdılar…
“Gülvermə” tamaşasında iştirak edən yaşlılar dağılandan sonra gənclər özlərinə gəlin seçirdilr. Əvvəlcə oğlan və qızlardan ibarət xor təşkil olunurdu. Onlar mahnılarla yarışırdılar”.
Məşhur “Bənövşə-bənövşə” oyunu həmin adətin qalığından başqa bir şey deyildir. Əllərində gül, bənövşə (Qubada belə qızlar bulağından biri də məşhur “Qız bənövşə” bulağıdır) tutmuş qızlar bir sıra, oğlanlar başqa bir sıra təşkil edirdilər. Sıraların başçıları arasında adətən belə dialoq gedirdi: – Bənövşə! – Bəndə düşə! – Bizdən sizə kim düşə? – Adı gözəl, özü gözəl filankəs (Əli, Vəli və s.).
Adı çəkilən oğlan yüyürə-yüyürə qızların sırasına yaxınlaşır, topladığı gülləri (adətən bənövşə dəstəsini) xoşladığı, bəyəndiyi qıza təqdim edir. Qız da qızların sırasından ayrılır, onlar birlikdə (bəzən də əl-ələ verib) uzaqlaşırlar. Oğlanı bəyənməyən qız yoldaşlarının əlini buraxmır, bənövşə dəstəsini qəbul etmir
di.

S.Rəhimovun “Şamo” romanında deyilir:”Pası eşitmişdi ki, bəs qırx nəfər qız, “Qızlar bulağı” deyilən çeşmədən camla su içəndən sonra dünya gözəlinə çevrilmişlər.
Hər qız özünə görə bürc kimi bir oğlan sevmişdir… Ancaq nə isə
cadulanan oğlanların hər birisi ayrı-ayrılıqda uğursuzluğa uğra
mış, öz eşqlərinə çata bilməmişlər. Qızların hamsı bu dünyadan
nakam gedibdir”.
S.Paşayevin “Yanardağ əfsanələri” kitabında “Qız daşı” əfsanəsi bir çox əfsanə, rəvayət və nağıllarımız üçün səciyyəvidir. Həmin əfsanə belə başlayır: “Haramı dağının ətəklərində iki kənd vardı. Bir gün bu kəndin oğlanı o biri kəndin qulac saçlı bir qızını sevir. Qız da oğlana vurulur. Onların görüş yeri meşə bulağı olur. Bulağın suyu, daşı iki cavanın saf məhəbbətinin şahidinə çevrilir”.

Musa Adilov– Filologiya elmləri doktoru, professor




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.