
Kateqoriya arxivləri: Hikmət bağçası/ Kəlamlar
anaveushaq.com-un söz-fikir boxçasından

Kaş düşəydi bu yağışn izinə, Səadətim göydən yerə enəydi. Kaş ki göylər ağlamazdı dərdimə, Kaş bu yağış vüsalıma dönəydi.
Şahin İlqar
Oxumağa davam etUşaqdan büt düzəltməyin: böyüyəndə çoxlu qurbanlar tələb edəcək (Məşhurlar uşaqlar haqqında)
Uşaqlarla bağlı dəyərli fikirlər
Yadda saxlayın və əməl edin : gərəyiniz olar
Qızıldərililər deyib
Hikmət bağçası/Kəlamlar

Xridtofor Kolumbun gündıliyindən:
“Onlara qılınclarımızı göstərdik. İti dəmir silahları ilk dəfə gördükləri bəlli idi. Kəsməyin nə olduğunu bilmədiklərindən bəziləri qılıncların iti tərəfini tutunca əllərini kəsdilər… Bu insanlar nə hansı bir təriqətə bağlıdırlar, nə də bütə tapınırlar. Pisliyi tanımırlar, bir-birilərini öldürmürlər. Heç silahları da yoxdur… Son dərəcə sadə, dürüst, əliaçıq insanlardır. Hər hansı birindən sahib olduğu hər hansı bir şeyi istədikdə dərhal verirlər. Pisliyin nə olduğunu heç bilmirlər, oğurlamırlar, öldürmürlər. Dünyada onlar qədər şirin dilli insanlar yoxdur. Həmişə gülümsəyirlər. Bu insanlar yer üzünün mələkləridir”
Oxumağa davam etBismarkdan dəyərli fikirlər
Hapoleon belə fikirləşib, belə deyib- I yazı
Camal Sürəyadan seçmələr
Hikmət bağçası/Kəlamlar

Görkəmli türk şair və yazıçısı Camal Sürəya (Cəmalətddin Səbər)
1931-ci ildə Türkiyənin Ərzincan vilayətinin Pülümür bölgəsində dünyaya gəlmişdir. O, Zaza mənşəli ailədə doğulmuşdur. 1938-ci ildə baş verən Dersim hadisələri nəticəsində ailəsi dövlət tərəfindən sürgün edilərək Bilecik bölgəsinə köçürülmüşdür. Bu sürgün uşaqlıq dövründə Cemal Süreyanın psixologiyasında dərin izlər buraxmış, onun poeziyasında tez-tez rast gəlinən itki, köç, yalnızlıq və yadlaşma mövzularının formalaşmasına təsir etmişdir. Orta təhsilini Bilecik və İstanbulda alan Süreya, ali təhsilini Ankara Universitetində almışdır. Təhsilini bitirdikdən sonra dövlət qulluğunda çalışmış, lakin əsas fəaliyyətini ədəbiyyat sahəsində davam etdirmişdir.
Camal Süreya 1950–60-cı illərdə Türkiyədə formalaşan İkinci Yeni poeziya hərəkatının əsas simalarından biri olmuşdur. O, türk ədəbi mühitində yalnız şair kimi deyil, həm də ədəbi jurnal redaktoru kimi mühüm rol oynamışdır. O, məşhur “Papirüs” jurnalının qurucusu və redaktoru olmuşdur.
Camal Süreya fransız dilindən türk dilinə 40-dan çox əsər tərcümə etmişdir. O, xüsusilə Fransız poeziyası və fəlsəfi mətnləri ilə maraqlanmış, bu tərcümələr türk oxucusunun Qərb ədəbiyyatı ilə tanışlığında mühüm rol oynamışdır.
Ədib 9 yanvar 1990 -cı ildə 69 yaşında vəfat etmişdir.
Əhməd Nəcib Fazil Qısakürəkdən seçmə sitatlar
Hikmət bağçası/Kəlamlar

Görkəmli türk mütəfəkkiri, şair və yazıçısı, islam ideoloqu Əhməd Nəcib Fazil Qısakürək 26 may 1904-cü ildə İstanbul şəhərində anadan olmuşdur.
İbtidai və orta təhsilini Amerikan və Fransiz kollecləri ilə “Bəhriyyə” məktəbində (Hərbi Dəniz litseyi) almışdır.
N.F.Qısakürək İstanbul Universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə bölümünü bitirdikdən (1924) sonra Fransaya göndərilmiş, Sorbonna universitetinin Fəlsəfə fakültəsində təhsil almışdır (1924–25).
Türkiyəyə qayıdandan sonra “Hollandiya”, “Osmanlı” və “İş” banklarında müfəttiş və mühasibat şöbəsinin müdiri vəzifələrində işləmişdir. (1928–1939). Sonra “Fransız okulu”nda, “Robert kolleci”ndə, İstanbul İncəsənət Akademiyasında, Ankara Dövlət Konservatoriyasında, Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində müəllimlik etmişdir (1939–1943).




