Bismarkdan dəyərli fikirlər

Hikmət bağçası/ Kəlamlar

~ Hər bir insanda elə olur ki, bəxti gətirir və xoşbəxtlik onun lap yanından keçir. Vacibdir ki, onu vaxtında görməyi və paltarının ətəyindən yapışmağı bacarasan.

~ Məktəb tikmək gələndə qənaət edənlər həbsxanalar tikəcək.


~ Dövlətin müəllimə münasibəti dövlətin gücünü və ya zəifliyini sübut edən dövlət siyasətidir.


~ Pis qanunlarla və yaxşı məmurlarla ölkəni idarə etmək tamamilə mümkündür. Amma məmurlar pis olarsa, ən yaxşı qanunlar belə kömək etməz.


~ Kimsə heç olmasa bir dəfə döyüş meydanında ölmüş bir əsgərin şüşəyə dönmüş gözlərinə baxsaydı, müharibəyə başlamazdan əvvəl yaxşı düşünərdi.


~ Hökumət tərəddüd etməməlidir. Bir yol seçdikdən sonra o, sağa və sola baxmadan sona qədər getməlidir.


~ İnqilabı dahilər hazırlayır, fanatiklər həyata keçirir, fırıldaqçılar isə bəhrələnir.


~ Kiminlə istəyirsiniz ittifaq bağlayın, müharibə edin, amma ruslara heç vaxt toxunmayın.


~ Ruslara heç vaxt inanmayın. Çünki, ruslar hətta özlərinə inanmırlar.


~ Rusiyaya qarşı heç vaxt bir şey düşünməyin, çünki o sizin istənilən hiyləgərliyinizə gözlənilməz axmaqlığı ilə cavab verəcəkdir.

~ Hətta qalib müharibə pisdir və xalqların müdrikliyi ilə onun qarşısı alınmalıdır.


~ Heç vaxt müharibə zamanı ovdan sonra və seçkidən əvvəlki qədər yalan danışmırlar.


~ Güclü həmişə haqlıdır.

~ Serbiya- ot tayasında kükürd kibritidir.

~ Müharibədə müvəffəqiyyət qazanmaq iki amildən asılıdır: yeni tipli silahdan və məktəb müəllimindən.

~ Müasir tarixin ən vacib faktı Şimali Amerikanın ingilis dilində danışmasıdır.

Leave a Reply