Tarixdə bu gün
İlin 58-ci günü.
Mühüm hadisələr:
1626 — Kardinal Rişelye Fransada duelləri qadağan edən qərar verib.
1933 — Reyxstaq yandırılıb.
1988 — Ermənilər Sumqayıt şəhərində iğtişaş törədib.

1998 — Azərbaycan Respublikası İslandiya ilə diplomatik əlaqələr qurmuşdur.
2003 — Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb.
Doğum günləri:

1901 — Məşhur xalq yazıçısı, M.F.Axundov adına Dövlət mükafatı laureatı Əli Qara oğlu Vəliyev Qərbi Azərbaycanın Sisiyan rayonunun Ağudi kəndində anadan olmuşdur.
1917-ci ildə Ağdü kəndindəki 3 sinifli rus məktəbini bitirmişdir. 1923-cü ildə Şuşa firqə məktəbinə daxil oxumuşdur.
1925-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Darülfünunun Pedaqoji fakültəsinin tarix-ictimayyət şöbəsinə daxil olmuş və 1931-ci ildə həmin ixtisası bitirmişdir.
1933-1934-cü illərdə “Şərq qapısı” qəzetinin redaktoru vəzifəsində çalışmışdır. 1935-1937-ci illərdə Azərbaycanın bir sıra rayonlarında partiya işində işləmişdir. 1937-1941-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqında, Azərbaycan İncəsənət İşçiləri İttifaqında, Voroşilov Rayon İcraiyyə Komitəsində məsul vəzifələrdə çalışmışdır.
1942-1945-ci illərdə Kommunist qəzetinin redaktor müavini işləmişdir. 1945-1950-ci illərdə Kommunist qəzetinin məsul redaktoru və sair vəzifəsində çalışmışdır.
1937-1941-ci illərdə “Qarlı dağlar”, “Qəhrəman”, “Ordenli çoban” və “Sübut” kitabları çap edilmişdir.
1945-1950-ci illərdə “Gülşən” povesti və “Hekayələr” kitabları nəşr edilmişdir. 1954-cü ildə “Gülşən” povesti və “Çiçəkli” romanı M.F.Axundov adına Respublika Dövlət mükafatına layiq görülmüşdür. 1954-1959-cu illərdə yazıçının “Madarın dastanı”, “Ürək dostları”, Azərbaycan, rus və Ukrayna dillərində “Çiçəkli” romanı, “Seçilmiş əsərləri”nin I cildi oxuculara təqdim olunmuşdur.
1974-cü ildə “Gənclik” nəşriyyatı 2 kitabdan ibarət “Budağın xatirələri” romanının yeni-tamamlanmış nəşrini çap etmişdir. 1975-ci ildə “Yeni həyat” hekayələr kitabı çapdan çıxmışdır. 1976-ci ildə “Zamanın ulduzları”, “İstedad” (rus dilində) povest və hekayələr kitabları işıq üzü görmüşdür. 1977-1980-ci illərdə “Qarabağda qalan izlər”, “Narahat adam”, “Turaclıya gedən yol” (3-cü nəşri) romanları, “Qənirsiz gözəl”, “Zamanın ulduzları” (rus dilində) povest və hekayələri, “Şamama Həsənova” oçerki çap edilmiş, bir sıra povest, hekayə, oçerk və ədəbi-tənqidi məqalələri dövri mətbuatda yayımlanmışdır.

1957 — Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator, rejissor, ssenarist, prodüser və montaj rejissoru, Rafiq Səfər oğlu Quliyev Bakı Tarixdə bu gün – 27 fevralşəhərində anadan olub.
1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, 1987-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun “Kinooperatorluq” fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir.
Rejissor M.Kosırevlə çəkdiyi “Gənc Mixailin görüntüsü” adlı diplom filmi xüsusi diqqət çəkərək Monreal film festivalında “Ən yaxşı film” və “Ən yaxşı fantaziya” mükafatlarına layiq görülüb və festival rəhbərliyi tərəfindən “Tələbə Filmlərinin Ümumdünya Proqramı”na salınaraq London, Berlin, Rimini, eləcə də digər film festivallarında nümayiş etdirilib.
1991-ci ildən bədii filmlərin ali dərəcəli quruluşçu operatorudur. Kinostudiyada çalışmaqla yanaşı 1999-2001-ci illərdə Türkiyənin STV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışıb və Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdıran “Xəzərdən dünyaya” verilişinin Asiya və Avropa ölkələrinə yayımını təşkil edib.
2001-ci ildə “Lider” televiziyasında “Azərbaycan” redaksiyasını yaradıb və 2001-2004-cü illər ərzində müxtəlif səpkili 237 televiziya filminin ərsəyə gəlməsinə rəhbərlik edib.
1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino rejissoru və operator sənəti” kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2005-ci ildən həmin kafedranın dosentidir. 2008-ci ildə “Azərbaycan səssiz kinosunun təsvir irsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Sənətşünaslıq namizədidir. Onlarla elmi məqalənin, tədris proqramı və metodik göstərişin, dərs vəsaiti və dərsliyin müəllifidir. 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
2013-cü ildə Serbiyanın Zlatibor şəhərində “Zlatibor-2013” idman filmləri üzrə ikinci beynəlxalq film festivalında Rafiq Quliyevin “Çövkən” filmi idmanda Azərbaycanın milli adət-ənənələrinin uğurla tamaşaçılara çatdırılmasına görə festivalın birinci mükafatına layiq görülmüşdür.
Vəfat etmişdir:

1936 — Tibb sahəsində Nobel mükafatı laureatı rus fizioloqu İvan Pavlov vəfat edib.
1962 — Azərbaycanda əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1947, 1950) olmuş Bəsti Bağırova Goranboy rayonunun Bağçakürd kəndində 57 yaşında vəfat etmişdir.
1905-ci ildə Goranboy rayonun Bağçakürd kəndində anadan olmuşdur. 1930-33-cü illərdə Azərbaycan SSR Qasım İsmayılov rayonu “Bağçakürd”(sonralar B.Bağırova adına) kolxozunun kolxozçusu, 1933-1950-ci illərdə həmin kolxozda manqa başçısı və 1953-62-ci illərdə sədri olmuşdur.
AKP-nin XXIII–XXV qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (I-III çağırış), Azərbaycan SSR Ai Sovetinin (IV–V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. 3 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, ÜİKTS-nin qızıl medalı ilə təltif edilmişdir.
Bakı Ali Partiya Məktəbini bitirmişdir.
Bağçakürd kəndinə Bəsti Bağırovanın tunc büstü qoyulmuşdur.
Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

1998 – Tanınmış şair, dramaturq, Əməkdar incəsənət xadimi Hüseyn Məmməd oğlu Rzayev (Hüseyn Razi) 73 yaşında anadan olduğu kənddə vəfat etmişdir.
Hüseyn Rzayev 1924-cü il oktyabrın 17-də Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Ordubad Pedaqoji Məktəbini bitirdikdən sonra Culfa rayonunun Ərəzin kəndində orta məktəbdə müəllim işləmişdir (1941-1943).
İkinci dünya müharibəsində Sovet ordusu sıralarında Oryol, Kursk, Bryansk istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
S.M.Kirov adına ADU-nun Filologiya fakültəsini bitirmişdir
Ordubadda səkkizillik məktəbdə müəllim, Dəstə kənd klubunda müdir, Naxçıvan Radio Verilişləri Redaksiyasında redaktor, “Şərq qapısı” qəzetində ədəbi işçi, Azərbaycan Teleqraf Agentliyinin Naxçıvan MR üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. 1962-1989-cu illərdə “Şərq qapısı” qəzetində Ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuş , sonra təqaüdə çıxmışdır . 1947-ci ildə ilk şeirləri “Şərq qapısı” qəzeti və “İnqilab və mədəniyyət” jurnalında çap olunmuş, bundan sonra dövri mətbuatda müntəzəm olaraq çıxış etmişdir. Dramaturq kimi onun “Odlu diyar” (1963), “Tarla gözəli” (1964), “Günəş” (1968), “Arxalı dağlar” (1974), “Haray səsi” (1978), “Şirinliyin acısı” (1981) pyesləri teatrlarda tamaşaya qoyulmuşdur.

2006 – İkinci Dünya müharibəsinin iştirakçısı, qəhrəman Mehdi Hüseynzadənin partizan yoldaşı Cavad Ataxəlil oğlu Həkimli 92 yaşında vəfat etmişdir.
Cavad Həkimli 1914-cü il oktyabr ayının 28-də Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub.
1936-cı ildə sovet ordusunda xidmətə başlayıb, 1938-ci ildə Tbilisi Ali Hərbi məktəbini bitirib. Vzvod komandiri, rota komandirinin müavini, batalyon qərargahının rəisi olub.
1941- 42 ci illərdə Krımda gedən döyüşlərdə iştirak edib. 1942-ci ilin mayında ağır yaralanaraq, əsir alınıb. Almaniya, İtaliya və Yuqoslaviyanın hərbi əsirlər düşərgəsində saxlanılıb.
Düşərgədəki əsirlərin içərisində Cavad bir nəfər azərbaycanlı ilə tanış olur. Bu, digərlərindən xarakterinə, xasiyyətinə, davranışına, hərəkətlərinə, zarafatçıllığına görə xüsusi seçilən və sonradan əfsanələşən qəhrəman “Mixaylo”-Mehdi Hüseynzadə idi. Onlar bir-birinə “əmioğlu” deyə müraciət etməyə başlayıblar və getdikcə həqiqi dosta çevriliblər.
II Dünya Müharibəsinin iştirakçısı, əfsanəvi partizan Mehdi Hüseynzadənin komandiri, 162-ci “Türküstan” diviziyasının legioneri, İtaliya və Yuqoslaviya azadlıq hərəkatının qəhrəmanı, “Ruskaya Çeta” rotasının rəhbəri, kapitan idi.
Bayramlar və xüsusi günləri:
Dünya Rəssamlar Günü

Fevral ayının 27-si Dünya Rəssamlar Günüdür.
Türkiyədə Çoban rəssam kimi tanınan rəssamı Süleyman Şahin 2006-cı ildə Vinsent Van Qoqun məzarı üstündə and içib ki, Dünya Rəssamlar Gününün qeyd olunmasına nail olacaq və olub da : hər il devral ayının 27-də Dünya Rəssamlar Günü kimi qeyd edilir.
Beynəlxalq Qütb Ayıları Günü

Hər il fevralın 27-də dünyada Beynəlxalq Qütb Ayıları Günü (International Polar Bear Day) qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi ictimaiyyətin onlar haqqında məlumatını artırmaq və bu heyvanların qorunmasının vacibliyini vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər həyata keçirilir.
Qütb ayılarının yoxolma təhlükəsinin əsas səbəblərindən biri olan qütb buzlaqlarının əriməsidir. Ağ ayıların məhv olmasının daha bir səbəbi ətraf mühiti çirkləndirən neft quyularının işlənməsidir. Son illərdə əldə olunmuş məlumatlar sübut edir ki, Qütb ayısı təqribən 5 milyon il əvvəl təkamülə başlamışdır. Onun əcdadı qonur ayı olmuşdur. Lakin ağ ayı, qonur ayıdan fərqli olaraq, uzaq Şimalda, dəniz buzları arasında yaşamağa uyğunlaşmışdır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.