Əhməd Nəcib Fazil Qısakürəkdən seçmə sitatlar

Hikmət bağçası/Kəlamlar

Görkəmli türk mütəfəkkiri, şair və yazıçısı, islam ideoloqu Əhməd Nəcib Fazil Qısakürək 26 may 1904-cü ildə İstanbul şəhərində anadan olmuşdur.
İbtidai və orta təhsilini Amerikan və Fransiz kollecləri ilə “Bəhriyyə” məktəbində (Hərbi Dəniz litseyi) almışdır.
N.F.Qısakürək İstanbul Universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə bölümünü bitirdikdən (1924) sonra Fransaya göndərilmiş, Sorbonna universitetinin Fəlsəfə fakültəsində təhsil almışdır (1924–25).
Türkiyəyə qayıdandan sonra “Hollandiya”, “Osmanlı” və “İş” banklarında müfəttiş və mühasibat şöbəsinin müdiri vəzifələrində işləmişdir. (1928–1939). Sonra “Fransız okulu”nda, “Robert kolleci”ndə, İstanbul İncəsənət Akademiyasında, Ankara Dövlət Konservatoriyasında, Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində müəllimlik etmişdir (1939–1943).

Şairliyə 17 yaşında ikən, anasının arzusu ilə başlamış, ilk şeirlərini “Yeni Məcmuə”də dərc etdirmişdir (1922). “Yeni Məcmuə” və “Yeni həyat ” jurnallarında dərc olunan şeirləri ilə ictimaiyyətın diqqətini cəlb etmiş və ona qarşı böyük maraq oyanmışdır.
Nəcib Fazılın “Toxum”, “Pul”, “Bir Adam Yaratmaq”, “Rəis bəy” kimi pyesləri böyük əks-sədaya səbəb olub. Bu əsərlərdən “Bir adam yaratmaq” türk dramaturgiyasının əsasını təşkil edir.
Böyük Şərq jurnalında çıxan yazılarıyla İsmət Paşa və tək partiya (CHP) rəhbərliyinə şiddətli bir müxalifət davam etdirməsi nəticəsində onun məhkəməiddiası qaldlrılmış ona uzunmüddətli həbsi istənilmişdir. Bu kimi bəhanələrlə , nəhayət, həbsə məhkum oldu…
1975-ci ildə onun anadan olmasının 50 illiyi Türkiyə Böyük Millət Məclisində qeyd edilir. Nəcib Fazil 1980-ci ildə Mədəniyyət Nazirliyinin “Böyük Mükafat”ına, “İman və İslam atlası” adlı əsərinə görə fikir əsəri kimi “Milli Kültür Vəqfi mükafatı”na (1981), Türkiyə Yazıçılar Birliyinin “Ali Xidmət mükafatı”na (1982) layiq görülmüşdür. Türk Ədəbiyyatı Vəqfi tərəfindən 1980-ci ildə “Sultan-üs Şüara” (Şairlər Sultanı) Fəxri adını almışdır.
Əsərlərinin bir qismi Azərbaycanda da nəşr edilmişdir.
Nəcib Fazıl Kısakürək 1983-cü ilin mayın 25-də (doğulduğu gün) vəfat etmişdir.

1.Ayağın daşa ilişərsə “Allah qəhhr etsin” belə deməməlisən. Dua etməlisən ki, daşa ilişəcək ayağın var.
2. Ölkələr pulsuzluqdan deyil, əxlaqsızlıqdan çökərlər.
3. İnsanları tanıdıqca, sevəcəksən yalnızlığı.
4. Danışsam dilim yanar,
Sussam – qəlbim
5. Yanında olduğum zaman dəyərimi bilməzsən;
dəyərimi bildiyin gün, məni yanında görməzsən.
6. Bir nar ağacı var, bir də dar ağacı,
Namərdə nar düşdü, İgidə dar ağacı.
7. Tək olduğum üçün kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz…
8. Qadın qəbiristanlığa girərkən başını bağlayır, çölə çıxarkən açır, ölüyə qarşı bağlayıb, diriyə qarşı açmaq ağla sığmaz.
9. Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq. Yaşayarkən təmiz qalsaydıq öləndə yuyunmazdıq.
10. Ağlaya bilsəydiniz, anlaya bilərdiniz.11.Yarpaq ağacdan bezmişdi, yaz, sadəcə, bir bəhanə idi.
12. Tərəddüd etsən, ayaqların səni daşımayacaq… “Gedəcəyəm” de və addımla və yeri…
13. Yer kürəsi bizim xəbərimiz olmadan boşalıbmı? Günəşə köç varmı və geridə qalanlar bizikmi?14. Ölüm ölənlər üçün bayram,
bayramda sevinmək var.
Ah, necə də gözəl,
bayramda taxta ata minmək var!
15. Sevgini bəyan et… Onu gizlətmək başqalarına fürsət verir.