Maraqlı məlumatlar


Ən uzin cümlə
Fransız yazıçısı Viktor Hüqonun 1862-ci ildə yazdığı “Səfillər” romanı dünya ədəbiyyatının ən dəyərli incilərindən biridir.
Kitabın üçüncü hissəsində oxumaqdan əl çəkə bilməyəcəyiniz üç səhifəlik bir cümlə var. 823 sözdən ibarət olan bu cümlə indiyə qədər yazılmış ən uzun cümlə hesab olunur.
Dünyanın ən kiçik kitabı
Dünyanın ən kiçik kitabı olan “Dörd fəsil çiçəkləri” 22 səhifədən ibarətdir. Ölçüsü 0,75 x 0,75 millimetr olan kitab bu ölçülərlə Ginnesin Rekordlar kitabına düşmək hüququ qazanıb. Yaponiyanın “Toppan” nəşriyyatında çap olunan kitab hazırda Azərbaycandadır. Təbii ki, bu kitabı oxumaq üçün xüsusi mikroskop və ya obyektiv lazımdır.
“E” hərfi olmayan 4 kitab
Statistikaya görə, oxuduğumuz hər 6 hərfdən biri “e” hərfidir. Yəni çox tez-tez istifadə edilməlidir, elə deyilmi? Ernest Vinsent Rayt tərəfindən 1939-cu ildə yazılmış “Qedsbi” kitabında “e” hərfi, ümumiyyətlə, yoxdur. Raytın kitabının əsas xüsusiyyəti onun lipoqrammasıdır: 50.000 sözdən çox olan roman tamamilə ingilis dilində ən çox yayılmış hərf olan “e” hərfi olmadan yazılıb. Bu cəsur əsər “məhdud yazı” biliciləri arasında kult klassikasına çevrilib və baş qəhrəman Con Qedsbinin səyləri sayəsində uydurma Brunton Hills şəhərinin dirçəliş hekayəsini danışır.
Xarici dillərə ən çox tərcümə olunan 5 kitab
Çox az adam tapılar ki, Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə”ni oxumamış olsun. Bütün zamanların ən çox oxunan və ən yaxşı kitablarından biri olan “Balaca Şahzadə” də Fransanın gündəlik “Le Monde” nin tərtib etdiyi “Əsrin 100 kitabı” siyahısındadır. 7-dən 70-ə qədər hər kəsin marağına səbəb olan kitab indiyədək 253 fərqli dilə və ləhcəyə tərcümə edilib. “Balaca Şahzadə”dən sonra “Pinokkio” gəlir ki, bu da nağıl kitabıdır.
Ən çox tərcümə edilən müəlliflər
YUNESKO-nun hazırladığı siyahıya əsasən, ən çox tərcümə olunan müəllif Aqata Kristidir.
A.Kristi bütün dünyada oxunur. YUNESKO-nun 1932-ci ildən bəri yaratdığı məlumat bazasına əsasən, Aqata Kristinin kitablarının ümumilikdə 7233 tərcüməsi edilib. Burada 7233 rəqəmi tərcümə edilən dillərə deyil, kitabların neçə müxtəlif üsullarla tərcümə edildiyinə aiddir. Məsələn, eyni kitabın müxtəlif insanlar tərəfindən tərcümə edilmiş türkcə nəşrlərinə rast gələ bilərik.
Dünyanın ən bahalı kitabı
Dünyanın ən bahalı kitabı İndiyə qədər satılan ən bahalı kitab Leonardo Da Vinçinindir. Da Vinçinin əlyazması olan “Codex Leicester”, Bill Qeyts tərəfindən 48,4 milyon dollara alınıb. Dünyanın ən böyük dahisi və alimi Leonardo Da Vinçi bu kitabda astronomiya, suyun hərəkəti, hidravlika və geologiya sahələrindən bəhs etmişdir.
Ən böyük kitab oğurluğu
İndiyə qədər məlum olan ən böyük kitab oğrusu Stiven Blumberq olub. Bibliomaniya kimi tanınan bu adam 268 kitabxanadan 23.000 kitab oğurlayıb. Onun sağlığında oğurladığı bu kitabların dəyərinin 20 milyon dollar civarında olduğu təxmin edilir.
~Yazı maşını ilə yazılmış ilk kitab
Yazı makinası ilə yazılmış ilk kitab Mark Tvenin “Tom Soyerin sərgüzəştləri” uşaq romanıdır.
Amerika ədəbiyyatının unudulmaz yumor yazıçılarından biri olan Mark Tven “Remington” brendinin yazı makinasını alan ilk müştərisi kimi tanınır. Ona görə də o dövrdə yazdığı kitabların bir qismi bu makina ilə yazılıb.
Ən qədim məlum yemək kitabı
Tarixdə məlum olan ən qədim yemək kitabı eramızdan əvvəl 1750-ci ildə yazılmışdır. “Babil kitabələri” və ya “Babil yemək dəftəri” kimi tanınan əsərin yazılması Hammurabi dövrünə təsadüf edir. İki tablet şəklində hazırlanan kitabda ümumilikdə 25 resept var. Bu reseptlərdə donuz, mal-qara, qoyun, keçi, maral, quşçuluq məhsullarından , eləcə də üzüm, əncir, xurma və almadan qidalar hazırlanmış və bunun üçün gərək olan inqrediyentlər qeyd olunub.

Mənbə: İnternet