Təbiətin ən sirli və füsunkar möcüzələrindən biri olan, botanikada “Selenicereus grandiflorus” kimi tanınan bu kaktus çiçəyi elə-belə “Gecənin Kraliçası” adını almayıb.O, bu standarta və unikal taxt-taca tam layiqdir
“16-cı yüzilliyin görkəmli alimi və filosofu Frensis Bekon pəncərədən qar fırtınasını izləyərkən qəflətən ağlına toyuğu qarda dondurmaq istəyi düşür və bunu təcrübədən keçirmək üçün toyuğu qarda dondurmağa başlayır. Nəticədə toyuqla bərabər Bekon özü də donaraq dünyasını dəyişir”.
Təbiət hər zaman bizi təəccübləndirməyi bacarır. Dünyada elə bir çiçək var ki, o nə qızılgül kimi gözəl qoxu saçır, nə göz oxşayır. Bu çiçəyi dibçəkdə əkmirlər. O, İndoneziya cəngəlliklərinin dərinliklərində gizlənən, amma görənləri təəccübləndirən “Rafflesia arnoldii”, yaxud xalq arasında tanınan adı ilə “Cəsəd Çiçəyi”dir.
Evlilik yaşı tarixi proseslərdən, mədəni fərqlərdən və sosial dəyişikliklərdən asılı olaraq xeyli dəyişən bir mövzudur. Evlilik yaşı ilə bağlı bəzi maraqlı faktlar:
ABŞ Prezidenti Frankin Pierce ölkəsinə axın edən avropalı immiqrantları ABŞ-ın şimal-qərbinə yerləşdirmək istəyirdi. Bu məqsədlə o, 1854-cü ildə qızıldərili qəbilə rəisi Sietlə (Seattle) məktub yazır və ondan yaşadığı əraziləri tərk etməyi tələb edir. Bu təklifi qəbul etmələri müqabilində qızıldərililərə rahat şəkildə yaşaya biləcəkləri ərazilər vəd edir. Sietl bu təklifə cavab olaraq, tarixi bir çıxış edir və daha sonra bu çıxış mətn halında ABŞ Prezidentinə təqdim olunur. Bu mətn UNEP (BM Ətraf Mühit Proqramı) tərəfindən indiyə qədər bilinən ən təsirli və səmimi çıxış olaraq qəbul edimişdir. “Vaşinqtondakı böyük rəis torpaqlarımızı almaq istəyi barədə bizə ismarıc göndərib. Böyük rəis eyni zamanda dostluq və xoş niyyət sözlərini də bizə ərmağan olaraq göndərib. Bu, çox nəzakətli hərəkətdir. Çünki, onun bizim dostluğumuza çox ehtiyacı yoxdur. Ancaq, biz bu təklif barədə düşünəcəyik. Bilirik ki, torpaqlarımızı verməsək, ağ insanlar silahları ilə gəlib əlimizdən alacaqlar. Göy üzünü, torpağın istiliyini necə ala bilərsiniz? Bu fikirləriniz bizə qəribə gəlir. Əgər biz havanın təzəliyinə və suların parıltısına sahib deyilsək, siz onları necə pulla ala bilərsiniz? Bu dünyanın hər parçası mənim insanlarım üçün müqəddəsdir. Hər parıldayan şam iynəsi, bütün qumlu sahillər, qaranlıq meşələrin dumanı, hər açıq sahə, vızıldayan böcəklər xalqımın xatirəsində və təcrübələrində müqəddəsdir.
Bu şəkildəki çiçəklər üzə bənzəyən çiçəklərdir və pareidolia effekti yaradır — yəni, beyinimiz ləçəklərdə göz, burun, ağız kimi üz xüsusiyyətləri görür. Bu tip görüntülər çox vaxt “Dracula simia” adlı “monkey orchid” (meymun sifətli orkide) ilə əlaqələndirilir.
Hippilər 1960-cı illərdə müharibə əleyhinə, sülhə, azadlığa və təbiətə inteqrasiyaya çağıran əks-mədəniyyət hərəkatı idilər. Onlar rəngarəng geyimləri, uzun saçları, musiqiləri (xüsusilə rok və folklor) və narkotik istifadəyə meyillilikləri ilə tanınırdılar. Həmçinin “Çiçək uşaqları” kimi tanınan bu insanlar materializmi rədd edir və icma həyatını, vegetarianlığı və Şərq mistisizmini qəbul edirdilər. Onlar Hindistan və Nepal kimi Uzaq Şərq ölkələrinə qədər uzanan “Klassik Hippi Yolu” vasitəsilə dünya miqyasında tanındılar və Türkiyədə Sultanəhməddə paltarlarını qurutmaq kimi qeyri-adi hadisələrlə xəbər başlıqlarına çıxdılar.
Ədədlər saymaq, ölçmək və təşkil etmək üçün simvolik sistemlərdir. Saymaq üçün “natural ədədlər”dən (1, 2, 3…) başlayaraq, müsbət, mənfi və sıfır daxil olmaqla “tam ədədlərə” (…, -2, -1, 0, 1, 2…), sonra “rasional ədədlərə” (kəsrlərə) və nəhayət, bütün riyazi ehtiyacları əhatə etmək üçün “həqiqi ədədlər” və “kompleks ədədlər”ə qədər genişlənir.
Mütailə edən insanlar orta hesabla oxumayanlara nisbətən iki il daha uzun yaşayırlar . Hətta gündə 30 dəqiqə oxumaq əhəmiyyətli faydalar verir, ömrü uzadır və keyfiyyətini artırır. Bu, idrak bacarıqlarının inkişafı, stressin azaldılması, üfüqlərin genişlənməsi və başqalarını daha yaxşı başa düşməklə əlaqədardır ki, bu da ümumilikdə sağlamlığa və uzunömürlülüyə faydalı təsir göstərir.